Marneuli meri Teymur Abazov seçkilər zamanı yaralanan Ceyhun Çoydarova baş çəkib Gürcüstan » Borçalı 28 октября 2017 Bu günlərdə Marneuli meri Temur Abazov “Gürcü Arzusu” fraksiyasının sədri Amiran Giorqadze ilə birlikdə oktyabrın 19-da saat 22.40 radələrində Qızılhacılı seçki qərərgahı önündə avtomatdan açılan atəş nəticəsində yaralanan Ceyhun Çoydarova baş çəkib.ZİM.Az saytı Marneuli TV-nin müxbiri Aidə Veysəlovanın məlumatına əsasən xəbər verir ki, görə, hazırda Ceyhun Çovdarovun vəziyyəti yaxşıdır: “C.Çoydarova baş çəkən Marneuli meri Temur Abazov bizə açıqlamasında GEO Hospitalda yatan C.Çoydarovun və V.Bayramovun özlərini ötən daha yaxşı hiss etdiklərini, C.Çoydarovun tezliklə palataya köçürüləcəyini bildirib. Marneuli meri C.Çoydarovun qohumları ilə də görüşüb.”Qeyd edək ki, Marneuli meri T.Abazov həmçinin Marneulinin yeni bələdiyyəsinə üzv seçilən Ceyhun Çoydarovu seçkilərdə qələbə qazandığı üçün təbrik edib.C.Çoydarovun qohumlarının ZİM.Az saytının müxbirinə verdiyi məlumata görə, o, sabah palataya köçürüləcək.Nizami MƏMMƏDZADƏ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.