Başkeçidin el şairi Novruz Məhəmmədoğlu (1933-2010)

Başkeçidin el şairi Novruz Məhəmmədoğlu (1933-2010)
Novruz Məhəmmədoğlu
(1933-2010)


Müəllim adını daim uca tutan, peşəsinin fədaisi,
zamanının sayılan-seçələn müəllimi, işinə can qoyan insan Novruz Məhəmməd oğlu Novruzov 1933-cü ildə qədim Borçalı mahalının
Başkeçid (indiki Gürcüstanın Dmanisi)
rayonun­dakı Şindilər kəndində doğulub,
boya-başa çatıb.
1952-ci ildə Qazax Müəllimlər Seminariyasını,
daha sonra Bakıda Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun riyaziyyat fakültəsini bitirib.
Uzun müddət doğma Şindilər kəndindəki
orta məktəbin direktoru, direktor müavini

vəzifələrində çalışıb.
Novruzov Novruz Məhəmməd oğlu
2010-cu il dekabrın 7-də
dünyasını dəyişib.
Allah rəhmət eləsin...


Novruz Məhəmmədoğlu şagirdlərinə
dərin bilik, savad verməklə yanaşı,
eyni zamanda o, ədəbiyyatla da maraqlanıb,
ara-bir şeirlər də yazıb və el şairi kimi tanınıb.
Aşağıda Novruz Məhəmmədoğlunun
bir neçə şeirini dərc edirik.



BORÇALI

Qarabağa qara duman çökəndə,
Xocalılar göz yaşını tökəndə,
Daşnaqlar da vertolyotu sökəndə,
Könüllücə silahlandı, Borçalı.

Səs verdi Bakının haray səsinə,
Gedin dedi oğul, qız, nəvəsinə,
Çox heyf söylədi Dilarəsinə,
Qovrulub Kərəmtək yandı Borçalı.

Bizləri də istədilər qovalar,
Baxan gözümüzü basıb ovalar,
Səsimizi kəsib, bizi boğalar,
Rəşidi tək pəhlivandı Borçalı.

Qarabulağa "Ekrisi" dedilər,
Başkeçidə "Dmanisi" dedilər,
Kəpənəkçiyə də "Bolnisi" dedilər,
Marneuli yox Sarıvandı, Borçalı.

Yaylaqların varlarıdı sahibləri,
Hüseyn, Molla Musa, Çopur Alı,
Yaradanqulu ağa, o, Hacı Vəli,
Sanmayın ki, bir mehmandı Borçalı.

QAÇQIN AĞRISI

Qaçqınlıq yurdumdan qopardı məni,
Vətəndən uzağa apardı məni,
Atamın, anamın ağlayan ruhu,
Görəsən axtarıb taparmı məni.

Beləmi yazılmış alın yazısı,
Ağuşuna alıb hicran dalğası,
Dünya çalxalanır qəm çanağında,
Mat qalıb ömrümün ağı-qarası.

Gözüm önündədi çardaqlı üzüm,
Bol barlı-bəhrəli o, şah cöyüzüm,
Alın darvazamdan asın əzizim,
Bu acı iradım, bu haqlı sözüm.

Hicranın yükünü çəkənlər bilər,
Çətinki, köçkünlər sevinər, gülər,
Vətən xatirəsi rahat buraxmaz,
Anıb zaman-zaman göz yaşı tökör.

Qübətələrə düşdüm ahıl yaşımda,
Çoxaldı alnımda artdı qırış da,
Yazın bu sözlərim əbədi qalsın,
Qəbrimin üstündə qoy baş daşımda.

Hanı döğulduğum Borçalı yurdum,
Mən orda yaşadım, yurd-yuva qurdum.
Unutmaq olarmı eli, obanı,
Ömrümü, günümü mən orda qoydum.


KƏRƏNTİ

İgidləri yorğun salır,
Qadınlardan hayıf alır,
Neçə maşın yola salır,
Hər gələndə yay - kərənti.

Çəkdikcə hey rəngin solar,
Kəsməyəndə otu yolar,
Hardan olsa yehrə bular,
Bululları pay - kərənti.

Eniş, yoxuş heç qanmayıb,
Yaylalarda ov ovlayıb,
Yorğunluğa inanmayıb,
Yehrəni gen yay, kərənti.

Daş görəndə tez qamaşıb,
Düzənlikdə ot qapışıb,
Kolluqlara gen yanaşıb,
Qayaları say - kərənti.

Novruzu da salıb yorğun,
Əlcək baxır mənə oğrun,
Daşlı çıxsın hər qoruğun,
Ömrün olsun zay, kərənti.

ŞAMLIQ MEŞƏSİNƏ

Yaşıl budaqlardan imarətin var,
Min mehman almağa şücaətin var,
Hər gələn qonağa qucaq açırsan,
Ətirli güllərin, hər nemətin var.

Qonağın bol olur, hər il mayında,
Öz təravəti var yazın, yayın da.
Rəssamı, rəngsazı aciz eyliyən,
Yüz rəngə çalır payız ayında.

Baltadan divana şikayətin var,
Sapı özündəndi, xəcalətin var.
Möhürsüz, imzasız sındırsalar da,
Sən divan tutmursan, ədalətin var.

Nəbini, Mehdini qaçaq saxladın,
Ələ keçsin, düşmən tapsın qoymadın,
Satqının, yağının yolun bağladın,
El qəhrəmanına sədaqətin var.

Novruz müəllim tərif desin qoy sənə,
Qaqqıldaşır turac, kəkliyin yenə.
Hər səhər marallar çeşmənə gələ,
Onları vurana qiyamətin var.

ƏLVİDA

Ey ömür günlərim, baharım-yazım,
Ey açan səhərim, gecəm-gündüzüm,
Ey nəvəm-nəticəm, ey oğlum-qızım,
Günlərim tükənib, sizə əlvida.

Gedirəm, ey yarım, həyat yoldaşım,
Mən idim hər şeyin - dostun, sirdaşın,
Ağlama, sızlama, ağlar baş daşım,
Sinəndə yığılan sözə əlvida.

Ey elim, ey obam, Şindilər kəndim,
Sizi mən əzizim, canım bilərdim,
Macal olsa görüşünə gedərdim,
Dağlara, bağlara, düzə əlvida.

Əlvida deyirəm mən bu həyata,
Mənim gəmim daha batır dəryada.
Ay yarım, gəl baxım, çatır son vida,
Məni arayacaq gözə əlvida.

Novruzam, illəri vermədim bada,
Tələbəm, şagirdim salacaq yada,
Kim qalıb ki, mən də qalam dünyada,
Keçdiyim yollara, izə əlvida,
Sağ olun canlarım, sizə əlvida.

HƏYAT YOLDAŞIMA

Təklikdən şikayət edib,
Qəhərlənib, qəlbin didib,
Məni tənha qoyma deyib,
Nə tez-tez bəyan edirsən.

Təbiətin qanunudu,
İnsan Allahin quludu,
Alnımıza nə yazılıb,
Hamının gedən yoludu.

Tale sənə həmdəm olsun,
Rəngin saralıb, solmasın,
Ömrümüzü sən yada sal,
Mənsiz qoy təsəllin olsun.

Sən oldun başımın tacı,
Sən oldun dərdim əlacı,
Bilirəm ki, mənsiz sənin,
Ömrün-günün keçər acı...

RUHUM ŞAD OLSUN

Baharları gəlsin, gülləri açsın,
Nəvə, nəticəmi hər vaxt yarısın,
Qəm, kədər onlara uzaqdan baxsın,
Mənim də göylərdə ruhum şad olsun.

İlləri illərdən xeyirli gəlsin,
İşiqları yansın, suları axsın,
Tanrı düz göz ilə onlara baxsın,
Mənim də göylərdə ruhum şad olsun.

Nəslim davam etsin, nəslim böyüsün,
Hər körpəm arzuya, muraza yetsin.
Oxusun, ad alsın, qabağa getsin,
Mənim də göylərdə ruhum şad olsun.

Qohumum, qardaşım bəxtiyar olsun,
Vətənim, torpağım hey yaşar olsun,
Adı ölkələrdə qoy şüar olsun,
Mənim də göylərdə ruhum şad olsun.


(Bax: Müşfiq BORÇALI. Sazlı-Sözlü Başkeçid.
III cild, Bakı, 2015, səh.132-137).


ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Ad Gününüz Mübarək, hörmətli Səadət xanım!..

Ad Gününüz Mübarək, hörmətli Səadət xanım!..

"SAZLI-SÖZLÜ BORÇALI", Poeziya, Müsabiqə, Başkeçid, Təbriklər
DAĞLARQIZI ŞÖVKƏT XANIMDAN BİR NAMƏ

DAĞLARQIZI ŞÖVKƏT XANIMDAN BİR NAMƏ

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid, Darvaz, Müşfiq Borçalı
Siyavuş Uyğuna Başsağlığı

Siyavuş Uyğuna Başsağlığı

"Şərqin səsi", Borçalı, Nekroloqlar
Yubileyiniz mübarək, hörmətli Səadət Səda NOVRUZLU!..

Yubileyiniz mübarək, hörmətli Səadət Səda NOVRUZLU!..

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Başkeçid
BAŞKEÇİD rayonu ŞİNDİLƏR kəndi

BAŞKEÇİD rayonu ŞİNDİLƏR kəndi

Başkeçid
Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Eltun Mehdioglu: ÇOXDU BORÇALIDA SƏFALI YERLƏR

Poeziya, Borçalı, Başkeçid, Müsabiqə
YƏHYA DARVAZLI (1935-2023)

YƏHYA DARVAZLI (1935-2023)

Poeziya, Müsabiqə, Darvaz
Xəyalə Söhbətovanın şeirləri

Xəyalə Söhbətovanın şeirləri

ADPU, Müsabiqə
MƏHƏMMƏD XƏYAL (1984)

MƏHƏMMƏD XƏYAL (1984)

"SAZLI-SÖZLÜ BORÇALI"
Ormeşənli TAHAR İSMAYILOĞLU (1933-2019)

Ormeşənli TAHAR İSMAYILOĞLU (1933-2019)

Müsabiqə, Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
RƏFAEL QƏHRƏMANOV:

RƏFAEL QƏHRƏMANOV: "Laçın avazıyla elə ağlaram..."

Qarabağ, Müsabiqə
İlyas Əfəndi VƏFALI:Yurdum Borçalıdır, elim Nəcməddin...

İlyas Əfəndi VƏFALI:Yurdum Borçalıdır, elim Nəcməddin...

Müsabiqə, Borçalı
Yasəmən Pünhan FƏRHADLI (1951)

Yasəmən Pünhan FƏRHADLI (1951)

"SAZLI-SÖZLÜ BORÇALI", Başkeçid
Tanınmış şair-müəllim-rəssam-pəhləvan və el ağsaqqalı YƏHYA BORÇALI vəfat e ...

Tanınmış şair-müəllim-rəssam-pəhləvan və el ağsaqqalı YƏHYA BORÇALI vəfat e ...

Darvaz, Nekroloqlar
XƏYALƏ SÖHBƏTOVA (2022)

XƏYALƏ SÖHBƏTOVA (2022)

ADPU, Poeziya, Müsabiqə
Məhsəti ŞEYDA (1969):

Məhsəti ŞEYDA (1969): "TANI MƏNİ ƏZİZİM..."

"SAZLI-SÖZLÜ BORÇALI", Poeziya, Borçalı, Bolus
Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Tanınmış memar və xeyirxah iş adamı TEYMUR QARALOV Başkeçiddə vəfat edib

Başkeçid, Nekroloqlar
Allah rəhmət eləsin, Səlim Vəli oğlu İsgəndərov!..

Allah rəhmət eləsin, Səlim Vəli oğlu İsgəndərov!..

Bolus, Nekroloqlar
Zərəngiz Dəmirçi (1962): BORÇALI

Zərəngiz Dəmirçi (1962): BORÇALI

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Borçalı
NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

NOVRUZ BAYRAMINIZ MÜBARƏK!..

Əsas xəbər, Folklor, Təbriklər
Rəy yazın: