Azərbaycanlı gənc Gürcüstan dövlət nazirinin müşaviri təyin olunub Gürcüstan » Borçalı 24 июня 2017 TƏBRİK EDİRİK!..Gürcüstanda azərbaycanlı gəncə yüksək vəzifə həvalə olunub. 31 yaşlı Ayaz Nizami oğlu Məmmədov Gürcüstanın Barışıq və Vətəndaş Bərabərliyi məsələləri üzrə dövlət nazirinin müşaviri təyin olunub.ZiM.Az xəbər verir ki, A.Məmmədov bu vəzifəyə təyin olunanadək Gürcüstan Maliyyə Nazirliyinin Kvemo Kartli bölgəsinin Marneuli, Bolnisi, Dmanisi, Zalqa və Tetritskaro rayonlarının Vergi Müfəttişliyində baş zabit vəzifəsində çalışıb.Ayaz Məmmədov İlya Çavçavadze adına Dövlət Universitetinin hüquq fakültəsini, həmçinin Zurab Jvaniya adına Dövlət İdarəçilik Məktəbini bitirib.Evlidir. Bir oğlu var.Biz də gənc soydaşımızı yeni vəzifəyə təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar arzulayırıq!..ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.