Təbrik edirik, Təhməz müəllim! Borçalı, Təbriklər 13 мая 2015 Bu günlərdə Tbilisinin "Ustari" nəşriyyatında gözəl müəllim, uzun illər Ulu Borçalımızın Bolnisi rayonundakı Dəllər (indiki Muşevani) kəndində azərbaycan dili və ədəbiyyatı müəllimi və məktəb direktoru işləmiş dostum Təhməz Abbasovun "Ömür hədər getməyib" adlı kitabı çox nəfis bir şəkildə işıq üzü görüb. Kitabda müəllifin müxtəlif illərdə yazdığı və mətbuat orqanlarında çap olunmyş məqalələri və şerləri nəşr edilmişdir. Eyni zamanda müəllifi yaxşı tanıyanların xatirələri də burada özünə yer tapmışdır. 216 səhifəlik bu kitabın ideya verəni və ön sözün müəllifi görkəmli tərcüməçi-jurnalist Emin Elsevər (Mahmudov)dir. Kitabın redaktorları şair-jurnalistlər Tapdıq Yolçu və Binnət Əlioğludur. Bu münasibətlə əziz dostumuz, hörmətli ağsaqqal müəllimi təbrik edir, həyatda ona uzun ömür, möhkəm can sağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayıram! İnanıram ki, bu kitab dostlar üçün çox gözəl bir hədiyyə olacaq, stolüstü kitaba çevriləcəkdir. Belə kitablara hər zaman ehtiyacımız var. Bu sözümün doğru olduğunu kitabı oxuyanlar təsdiq edəcəklər.Əflatun KEŞƏLİ.REDAKSİYADAN:Biz də bu səmimi təbrikə və xoş arzulara qoşuluruq!...Müşfiq BORÇALI.ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.