Marneuli İcra Hakimiyyətinin iclası keçirilib Gürcüstan » Borçalı 20 декабря 2016 2016-cı il dekabrın 20-də Marneuli Bələdiyyəsinin İcra Hakimiyyətində, İcra Başçısı Merab Topçişvili, növbəti işgüzar iclasını keçirib. Marneuli İcra hakimiyyətinin baş mütəxəssisi Turac xanım İbrahimova ZiM.Az-a bildirib ki,tədbirdə İcra Başçısının müavinləri, Xidmət Rəhbərləri, Bələdiyyə cəmiyyətlərinin və ittifaqlarının rəhbərləri, həmçinin İcra Başçısının kənd ərazi birliklərindəki nümayəndələri yer alıblar.Özünüidarəetmənin nümayəndələri tədbirə başlamazdan əvvəl İcra Başçısının Tserakvi kənd ərazi vahidliyindəki nümayəndəsi Davit Kupatadzenin ruhunu bir anlıq sükut ilə yad ediblər. İşgüzar görüşə toplananlar iclasda Bələdiyyə ərazisində baş verən vacib hadisələri müzakirə ediblər.Ötən il ərzində görülən işlər təhlil edilib. Gələn ilin prioritet məsələləri və qarşıda duran planlar diqqətə çatdırılıb, müzakirə olunub. İclas iştirakçıları Bələdiyyənin rəhbər şəxsləri ilə birlikdə Bələdiyyədə mövcud problemlərdən və məsələlərin həlli yollarından bəhs ediblər.Etibar OVÇUYEV,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.