Nazilə Səfərli = Həyatı və yaradıcılığı Borçalı, Poeziya 30 апреля 2015 TƏRCÜMEYİ-HALIM:Mən Nazilə Cəfərova (Səfərli) 1979-cu il 25 yanvarda Ulu Borçalımızın qədim Başkeçid (indiki Gürcüstan Respublikasının Dmanisi) rayonunda anadan olmuşam. Orta məktəbə Bolnisi rayonunun Kazreti qəsəbəsindəki 2№-li orta məktəbdə qədəm qoymuşam. 1993-cü ildə ailəmizlə Bakı şəhərinə köçmüşük. Suraxanı rayonunda məskunlaşmışıq. 9-cu sinifi 270№-li orta məktəbdə davam etdirmişəm. 10-11-ci sinifləri isə Xətai rayonundakı 269 saylı orta məktəbdə başa vurmuşam. Bir sözlə, 3 məktəb dəyişmişəm, ancaq sinif yoldaşlarımla əlaqəm yoxdur. Ümüdvaram ki, bu sayt vasitəsi ilə hamısını tapa bilərəm. Ali məktəbi Rusiyada oxumuşam. Vladimir şəhər Aviamexanika institutunun hüqüq fakultəsini bitirmişəm. Evliyəm. 2 oğlum var (Nurlan və Turan).YARADICILIĞIM :Şer yazmağa 13 yaşımdan başlamışam. İlk şerim 19 yaşımda "Kredo" qəzetində çıxıb. Sonradan uğurlarım artmağa başlayıb. 3 kitabın müəllifiyəm ( "Mən günəşə sən mənə bax", "Səni məndən soruşurlar", "Sazla sevişən mələk"). "Abdulla Şaiq", "Məshəti Gəncəvi", "Xurşud Banu Natəvan", "XXƏ Əsrin Ziyalısı" və "Qızıl Qələm" mükafatlarına layiq görülmüşəm. "Qarabağ harayı" şer müsabiqəsinin laureatıyam. Bədii qiraətə görə "Qızıl Mikrofon" Oskar naminasiyasına layiq görülmüşəm."Aşıq Pəri" məclisinin üzvüyəm, hal-hazırda el şənliklərinin təşkilatı ilə məşğulam. "Nazilə" qızlar ansanblının rəhbəriyəm. Toylarımızda aparıcılıq edirəm. Uğurlarım artmaqdadır. Gürcüstanda, Rusiyada, İranda, İsraeldə, Türkiyədə, Belarusiyada və başqa ölkələrdə qastrol səfərlərim olub. Tezliklə elə burada Nazilə Səfərlinin yeni şeirlərini oxuyacaqsınız... Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.