Biz niyə Saakaşvilini seçməliyik?

Biz niyə Saakaşvilini seçməliyik? Bu məqaləmi 2012-ci ilin sentyabrında Bakıda nəşr olunan "Hürriyyət" qəzetində çap elətdirmişdim. Həmin məqalədə qaldırdığım məsələlərin bu gün də aktual olduğunu nəzərə alıb, onu nəzərinizə çatdırır və qarşıdan gələn seçkilərdə hər bir soydaşımızı yalnız Vahid Milli Hərəkat partiyasının lehinə səs verməyə çağırıram.

Tapdıq Yolçu,
şair-publisist,
Gürcüstan, Rustavi şəhəri.


Genel | admin | Eylül 17, 2012 at 11:55
________________________________________


Biz niyə Saakaşvilini seçməliyik?

Bir qazax lətifəsi var: Səhrada bir bahalı “cip” maşını xarab olub, dayanıbmış. Onun sahibi yaxınlıqdan atla keçib-gedən cavan oğlanı köməyə çağırır: – Ey, İgit, İgit, bəri gəlsənə! Oğlan yaxınlaşaraq deyir: – Həə, səhrada görəndə “İgit” deyə çağırırsınız, ancaq şəhərdə rastlaşanda hey “Bambet, Bambet” deyirsiniz…
Bəli, seçkilər də yaxınlaşanda xalq kütləsi hakim qüvvələrin, müxtəlif partiya rəhbərlərinin nəzərində “İgitə” çevrilir, hər kəs onların səsini qazanmaq üçün bütün imkan və bacarığını ortaya qoyur. Seçkilərin də nə dərəcədə halal keçirilib-keçirilməməsindən asılı olmayaraq xalq hər dəfə onları daha çox narahat edən bir seçimlə üzləşməli olur – kimin vədinə inanıb, ona səs verməli?! Hamı da ümid edir ki, ölkədə “vəziyyətin düzəlməsi” onun seçimindən asılıdır!
Oktyabr ayının 1-də Gürcüstan parlamentinə seçkilər keçiriləcəkdir və bu yazıda məqsədimiz soydaşlarımıza öz seçimlərində yanılmamaq üçün bir ipucu verməkdir. Əslində, mənə elə gəlir ki, onlar öz seçimlərini çoxdan ediblər və bu yöndə bütün soydaşlarımızın rəyi eynidir! Yəni, bu gün Gürcüstanda hansı azərbaycanlını dindirsən Mişaya səs verməyin vacibliyini söyləyər və bunun əsaslandırılması üçün də hər kəs özünəməxsus dəlil-faktlar ortaya qoyacaqdır(kiçik arayış verim ki, soydaşlarımız “Mişaya səs vermək” deyəndə, elə Milli Hərəkatı dəstəkləməyi nəzərdə tutur!).
Ümumiyyətlə, Gürcüstanda hamının qısa şəkildə Mişa adlandırdığı Mixail Saakaşvilinin son 8 il ərzində ölkədə həyata keçirdiyi islahatların şanı-şöhrəti Avropa məkanını çoxdan aşaraq, artıq bütün dünyaya yayılmışdır. Cümlə-cahanın hər yerindən ölkəmizdəki islahat təcrübələrini öyrənmək üçün gələn nümayəndələrin də sayı get-gedə artmaqdadır, ən çox təəccüb və fərəh doğuran isə onların sırasında Böyük Britanıya və ABŞ kimi “demokratiya cəngavərlərinin” elçilərinin olmasıdır.

Aristotelin belə bir deyimi var ki, siyasətdə heç bir zaman mütləq həqiqət olmur, kim daha yaxşı aldadırsa, o da qalib gəlir. Bu mənada demək istərdim ki, elə Saakaşvili hakimiyətinin də soydaşlarımıza münasibətdə bəzən haqq-ədalət prinsipinə tam riayət etmədiyinin şahidi oluruq. Bu sahədə şəxsən mən iki mühüm amili xüsusi vurğulamaq istərdim – birincisi, illər ötür, ancaq soydaşlarımızı narahat edən torpaq məsələsi layiqli həllini tapmır. İkincisi, soydaşlarımızın məsul dövlət vəzifələrində təmsil olunmasında müəyyən çatışmazlıqların olduğu fikrindəyik. Belə ki, hakim dairələrin bunun üçün bəyan etdikləri “dövlət dilini bilmək və bilik-bacarıq” kriteriyasına hər zaman əməl olunmur və burada hansı amillərin daha çox nəzərə alındığını ölkəmizdə hər bir ağıl-dərrakə sahibi çox gözəl bilir. Əslində, ən yeni tarixində vətəndaşları olan iki millətdən xəyanət görmüş gürcü rəhbərlərin gələcəkdə növbəti separatçı qüvvə ilə üz-üzə qalmamaq üçün bu sahədə yerinə yetirdikləri kadr siyasətini bir Gürcüstan vətəndaşı kimi mən də bütün çılpaqlığı ilə çox gözəl anlayır və alqışlayıram. Lakin təbiətim etibarilə mən “at gedişi” etməyi bacarmadığımdan (qaban ilində doğulduğumdandır!) bu sözümü də “kəsə-kərəmətinə” deyirəm ki, gürcü qardaşlarımızın bizimlə bu şəkildə ehtiyatla davranmaqları bəzən heysiyyətimə toxunur, axı, bizim arxadan zərbə vurmağa qadir olan xalq olmadığımızı onlar çoxdan bilməli idilər!

Soydaşlarımız üçün həyati əhəmiyyətli olan bu iki amilə belə “göz yummaqla”, biz, qarşıdakı seçkilərdə yenə də, məhz Mişaya, yəni onun rəhbəri olduğu Milli Hərəkatın nümayəndələrinə səs verməliyik. Onların arasında bəzilərimizin xoşumuza gəlməyən kadrlar da ola bilər, məsələn, Rustavi şəhər sakini kimi şəxsən mən hazırda həmin hərəkatdan majoritar qaydada deputatlığa namizəd olan keçmiş merimizin vaxtilə bizə qarşı necə sayğısızlıq göstərdiyindən narazıyam, ancaq seçki günü mütləq onu dəstəkləyəcəyəm. Belə etməklə, həmin gün bir seçici kimi Milli Hərəkatın hansısa sıravi bir üzvünə yox, məhz Mişaya olan etibarımı nümayiş etdirmiş olacağam! Çünki Saakaşvilinin bu gün ən qatı rəqiblərindən olan Nino Burcanadzenin də etiraf etdiyi kimi, “Saakaşvilini nə qədər dəli adlandırsalar da, o, siyasəti çox yaxşı anlayır…”.

Ən önəmlisi də odur ki, Saakaşvili özündən əvvəlki dövlət başçılarından fərqli olaraq azərbaycanlıların ölkənin tam hüquqlu vətəndaşı olduğunu qəbul edir və bunu dönə-dönə bəyan edib, yəni bizi adam yerinə qoyub. Ona görə Mişaya səs verməmək tərəfimizdən ən böyük naqislik olardı!
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə

“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə "Gürcü arzusu”, nə də İvanaş ...

Gürcüstan, Borçalı, Siyasət
“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

Gürcüstan, Siyasət
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan, Siyasət
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan
Marneulidə nələr baş verir? - Mer seçkisinin pərdəarxası

Marneulidə nələr baş verir? - Mer seçkisinin pərdəarxası

Rustavi, Borçalı, Qarayazı, Siyasət
SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

Gürcüstan, Tiflis, Qarayazı, Siyasət
Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Tiflis, Borçalı, Siyasət
Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Ruslan HACIYEV: “Marneulidə Temur Abbasova rəqib görmürəm”

Borçalı
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

---
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Borçalı, Siyasət
Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Tiflis, Siyasət
SAMİRƏ İSMAYILOVAya SƏS VERƏK!..

SAMİRƏ İSMAYILOVAya SƏS VERƏK!..

"Şərqin səsi", Bolus, Darvaz, Siyasət
Savalan Mirzəyev: “Akmamed İmamquliyev siyasətçi deyil”

Savalan Mirzəyev: “Akmamed İmamquliyev siyasətçi deyil”

---
Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Gürcüstanın hakim partiyası azərbaycanlını Marneuli meri vəzifəsinə namizəd ...

Borçalı
Deputatlığa namizəd Baniamin Kasımovla MÜSAHİBƏ

Deputatlığa namizəd Baniamin Kasımovla MÜSAHİBƏ

Tiflis, Bolus, Msxeta, Siyasət
“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır

“Soydaş haqqında” qanuna ehtiyac duyulmaqdadır" - MİLLƏT VƏKİLİ ƏFLATUN AM ...

Milli Məclis, MEDİA
Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Saakaşvilinin partiyasındakı azərbaycanlı deputat danışdı

Borçalı, Siyasət
“YAP icazə versə, təkrar seçkilərə qatılacam”

“YAP icazə versə, təkrar seçkilərə qatılacam”

Siyasət

"Azərbaycandakı seçkilər şəffaf şəkildə keçib" - YAP-dan açıqlama

YAP, Azərbaycan, Siyasət
Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Demokratiyanı üstün edən nədir - gənc politoloq-alim Ramid Hüseynovun fikir ...

Siyasət, Köşə yazılar
Rəy yazın: