Qurban Əzizli: Mübarək, Səyavuş, 65-in!.. Borçalı, Təbriklər 24 апреля 2015 Qurban Əzizli,Şair-publisist.Mübarək, Səyavuş, 65-in!.. (Şair Səyavuş UYĞUNUN Qasımlıda keçirilən kitabının təqdimatına və anadan olmasının 65-illiyinə həsr edirəm) Xoş sözlər, təbriklər, alqışlar üçün, Buyurub gəlmişik biz Qasımlıya. Payla sevincini sən qucaq-qucaq, Ad günün düşübdü bayramlı aya. Qələmin əlində işləsin gərək, Əzmlə davam et tutduğun yolu. Yazdığın çoxsaylı kitablar görək, Qəlbimiz nurlansın, ay Dilman oğlu. Qeyrətdən yoğrulub sənin əzəlin, Babandır qeyrətli İstil İsmayıl. Daima yaz, yarat durmasın əlin, Yurdun, yazılanı unudan deyil. “Babakərin-pirim mənim” bir dastan, Darasın saçını Babakər yeli. Ömrün bahar olsun: güllü-gülüstan, Şairə təpərdir eşqi, əməli. Yazdığın kitabda, şair Səyavuş, Sənətkar amalı, xəyalı vardır. Düzdüyün hər misra şeir Səyavuş, Dəyərli incidir, sambalı vardır. Zaman heç gözləmir, sən yarat, sən yaz, Şair övladıdır yazılan əsər. Kamil bir şair tək yazmasan olmaz, Borçalı ninciyər, Qasımlı küsər. Qartal qanadın var, qartal baxışın, Duruşun Babakər vüqarı kimi. Göz yaşın yanaqda sevinc naxışın, Saçların Ləlvərin ağ qarı kimi. Yurd səni yaşada, el səni sevə, Ömürdən bir an da getməyə hədər, Sənətdə tutasan bir uca zirvə, Arxanca əl edə qoca Babakər. Sən dostsan, sevilən sadə bir insan, Şərəflə, şöhrətlə ucalasan sən. 65-nə yaşdır, ay cavan oğlan, Yüz yaşdan o yana qocalasan sən. Sən işlət qələmi nəki ömrün var, Qoy şair ömrünə bir ziynət ilsun. Yazdığın dəyərli, dürlü kitablar, Ulu bir millətin sərvəti olsun. Kitab bayramındır, yaşın yubileyin, Uğurla süslənsin qoy hər bir işin. Səni qucaqlayıb, arzumu deyim, Əziz dost, mübarək altmış beşin! 4 aprel 2015-ci il. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.