Bilal ƏNSƏR: Doğma Ləmbəlimdə yeni həyatı, Borçalı dəbində qura biləydim...

Bilal ƏNSƏR: Doğma Ləmbəlimdə yeni həyatı, Borçalı dəbində qura biləydim... Biləydim

Tanrıdan yazılmış qismətim ola,
Arzular ardınca çıxaydım yola,
Bu ahıl çağımda, Allahım, nola,
Doğma həyətimə girə biləydim.

Babamın qurduğu körpüdən keçib,
Ləlvərin suyundan doyunca içib,
Səcdə etmək üçün ürəkdən seçib,
Doğma qəbirləri görə biləydim.

Həsrətlə baxaraq Mağazalıya,
Balakən dağına, Lopda qalaya,
Soyumun igidi o Boz Alıya,
Sevgimi sadağa verə biləydim.

Cadırğan sevgimin çiçəkli düzü,
Göyçalım, Yeldağım yurdumun gözü,
Cənnət güşəsidir Ləmbəlim özü,
O yurda özümü sərə biləydim.

Bir nəzər salaydım bağçaya-bağa,
Yurdumun göz yaşı Qara bulağa,
Nənəmin inancı pirə, ocağa,
Polad tək sinəmi gərə biləydim.

Çırmanıb keçəydim Tona çayını,
Öpəydim babamın torpaq payını,
Çəkib kamanımın oxlu yayını,
Düşmənin üstünə sürə biləydim.

Yurdumun durumu yaratdı heyrət,
Gündən-günə coşur sinəmdə qeyrət,
Gözlərimdə atəş, düşmənə nifrət,
Əkdiyim güllərdən dərə biləydim.

Görəydim elimdə toyu, busatı,
İgidlər yarışa sürəydi atı,
Doğma Ləmbəlimdə yeni həyatı,
Borçalı dəbində qura biləydim...

Dünənimin də, bu günümün də beşiyi və ... olan Borçalımın müasir təəssübkeşlərinə atəşli salamlar!
Ürəyiniz həmişə yurd qeyrəti ilə döyünsün, dostlar!

Sizin
Bilal ƏNSƏR.



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Dilarə ŞAHİDQIZI: BORÇALI (Müşfiq Mədədoğluna)

Dilarə ŞAHİDQIZI: BORÇALI (Müşfiq Mədədoğluna)

"SAZLI-SÖZLÜ BORÇALI", Poeziya, Borçalı, Darvaz, Müşfiq Borçalı
Nail LAÇIN (1962):

Nail LAÇIN (1962): "Qovuşa biləydim sənə, Laçınım!.."

Müsabiqə
DÜRDANƏ ZAHİDQIZI (1963)

DÜRDANƏ ZAHİDQIZI (1963)

Regionlar, Müsabiqə
Abdulla Babaşov (1963)

Abdulla Babaşov (1963)

Müsabiqə
BAYRAM AŞIQLI   (1960)

BAYRAM AŞIQLI (1960)

Müsabiqə, Turan
BİLAL ƏNSƏR:

BİLAL ƏNSƏR: "Baş Keçidi yazmışam, Ləmbəlimlə sıx sirdaş..."

Qərbi Azərbaycan, Başkeçid
KİFAYƏT BƏRDƏLİ (QARAŞOVA) (1964)

KİFAYƏT BƏRDƏLİ (QARAŞOVA) (1964)

Poeziya, Müsabiqə
Gürcüstanda yaşayıb-yaradan şair TAPDIQ YOLÇU vəfat edib

Gürcüstanda yaşayıb-yaradan şair TAPDIQ YOLÇU vəfat edib

Rustavi, Qarayazı, Nekroloqlar
Bilal ƏNSƏR: Yaxşı insan, Rəşid Qədirov, hardasan?

Bilal ƏNSƏR: Yaxşı insan, Rəşid Qədirov, hardasan?

Regionlar, Borçalı, Qərbi Azərbaycan
BİLAL ƏNSƏR:

BİLAL ƏNSƏR: "Göydə Allahım var, Yerdə İlhamım!.."

Müsabiqə, Turan, Qərbi Azərbaycan
Eşit harayımı MÜŞFİQ ÇOBANLI!..

Eşit harayımı MÜŞFİQ ÇOBANLI!..

Darvaz, Arxiv, Müşfiq Borçalı
Gənc İstedad Fəxri Əfrasiyabovun şeirləri

Gənc İstedad Fəxri Əfrasiyabovun şeirləri

"Şərqin səsi", Poeziya
HƏNİFƏ ŞƏBNƏM (1957)

HƏNİFƏ ŞƏBNƏM (1957)

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Başkeçid
Bilal ƏNSƏR:

Bilal ƏNSƏR: " Qocalar ağlamasın"

Poeziya, "Mən Şirvanın səsiyəm", Turan, Qərbi Azərbaycan
GÜNEL TÜRKSOY (1985)

GÜNEL TÜRKSOY (1985)

Poeziya, Müsabiqə
QURBAN İSGƏNDƏROV (1959)

QURBAN İSGƏNDƏROV (1959)

Qabal, Müşfiq Borçalı
Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Doğum gününüz mübarək, hörmətli PƏRVANƏ SALMANQIZI!..

Müsabiqə, Təbriklər
Esmira Şükürova:

Esmira Şükürova: "Bir stəkan qatıq"

Nəsr
RƏHBƏR ƏKBƏRZADƏ  (1984)

RƏHBƏR ƏKBƏRZADƏ (1984)

Poeziya, Müsabiqə
Mən səndən doymamışam - Ulu Borçalının gözü DARVAZIM!..

Mən səndən doymamışam - Ulu Borçalının gözü DARVAZIM!..

Poeziya, Borçalı, Darvaz
Rəy yazın: