Marneulidə müstəqillik günü Gürcüstan » Borçalı 26 мая 2016 May ayının 26-sı Marneuli rayonunda 1918-ci ildə Gürcüstanın ilk dəfə respublika olaraq müstəqillik qazanması bayram edilib, düzdür bu müstəqillik qısa olsa da insanlarda əbədi müstəqilliyə ümid yaratdı.Bu münasibətlə bu gün Marneuli rayonunda bayram tədbiri təşkil olunmuşdur. Tədbir iki hissədən ibarət idi. 1-ci hissə mədəniyyət evinin həyətində baş tutdu. Gürcüstanın dövlət himni ilə başlayan bayram tədbirinə Marneuli icra başçısı Merab Topcishvili və Marneuli bələdiyyə sədri Nəbi Abdullayev də qatılmışdı insanların bayram sevincinə. Söz alan rəsmilər gürcü xalqını və Gürcüstan vətəndaşlarını təbrik etdilər və müstəqilliyimizin əbədi olmasını arzuladılar.Birinci hissə daha sonra güləş və uşaqların atraksion əylənmələri ilə davam etdi.Tədbirin ikinci hissəsi Marneulinin mərkəzi küçəsində, icra hakimiyyətinin önündə başladı. İkinci hissə daha rəngarəng musiqi nömrələri və gürcü və azərbaycan rəqsləri ilə yadda qaldı. “İnguri”, “İberiya”, “Qarapapaqlar”, “Karvan” rəqs qruplarının rəqs nömrələri sevinc və maraqla qarşılandı.Müstəqillik gününə həsr olunmuş bayram tədbirində müharibədə iştirak etmiş şəhidlər də unudulmadı, şəhidlərin şəkilləri və uşaqların azadlıq haqqında çəkdikləri rəsmlərin və Mühafizə Nazirliyinin göndərdiyi hərbi texnikaların nümayişi və sərgisi keçirildi. Tbilisidən şənliyə qatılan müğənnilər tədbirə nəşə qatdılar.Elida MUXAYEVA,ZiM.Az-ın xüsusi müxbiri.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.