AMM-Gənclər şöbəsi və Odlar yurdu GİB arasında memorandum imzalanıb Borçalı, Tiflis 12 апреля 2015 Azərbaycan və Gürcüstan gəncləri dəyirmi masa ətrafında müzakirələr apardılar.11 aprel saat 12:00-da Tbilisi şəhərində Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyində Azərbaycanın Odlar Yurdu Gənclər İctimai Birliyi və Azərbaycanlıların Mədəniyyət Mərkəzinin (AMM) Gənclər şöbəsinin təşkili ilə Azərbaycan və Gürcüstan gəncliyi bu gün və sabah mövzusunda dəyirmi masa ətrafında görüş keçirildi. Tədbir iştirakçıları öncə Tbilisidə yerləşən ümummilli lider Heydər Əliyevin büstunu ziyarət etdilər. Sonra tədbiri giriş sözü ilə açan AMM-nin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva görüşün məqsədinin gələcəkdə Azərbaycan-Gürcüstan gəncləri arasında dostluğun, əməkdaşlığın, birgə layihələrin həyata keçirilməsidir. Toplaşan gənclərin Tbilisi ali təhsil ocaqlarında ən yüksək nəticələrlə təhsil alan gənclər olduğunu bildirən N.Əliyeva gələcək əməkdaşlığa dair gənclərin fikirini və təkliflərinin nəzərə alınmasının zəruriyyətindən danışdı. “Odlar yurdu təşkilatı ilə əməkdaşlığımız əsasən iki ölkə gəncləri arasında körpü rolunu oynamaqdan ibarət olacaqdır. Bizim əsas məqsədimiz iki ölkə gənclərinin inkişafı istiqamətində müxtəlif layihələr həyata keçirməklə nəinki azərbaycanlı həmçinin gürcü gənclərini də layihələrə cəlb etməkdir”-vurğuladı N.ƏliyevaOdlar yurdu İctimai Birliyinin sədri Nigar Ələsgərova çıxışında Azərbaycanda aparılan gənclər siyasətindən danışaraq dünyada gənclərə ən çox dəstək göstərən ölkənin məhz Azərbaycan olduğunu vurğuladı. Azərbaycan gəncliyinin harada yaşamasından asılı olmayaraq əldə etdiyi uğurlardan danışan Nigar xanım Gürcüstan gəncliyinin də olduqca böyük potensialara malik olduğunu deyərək Gürcüstan gənclərilə əməkdaşlıq etmək arzusunun məhz bununla bağlı olduğunu vurğuladı. Gəncədə fəaliyyət göstərən təşkilatın əsas məqsədinin və həyata keçirdiyi layihələrdən danışan Nigar Ələsgərova bu tipli layihələrin Gürcüstanda da həyata keçirmək arzusunda olduğunu bildirdi. “Əsas məqsədimiz Gürcüstan gəncliyinin inkişafı istiqamətində layihələr həyata keçirməklə yanaşı Azərbaycan mədəniyyətini, tarixini, uğurlarını Gürcüstanda təbliğ etməkdir. Ümüd edirəm ki əməkdaşlığımız uğurlu olacaqdır”.Görüşə Azərbaycandan Tbilisiyə gələn 20 nəfər fəal gənc qatılaraq Gürcüstanda yaşayan azərbaycanlı tələbə-gənclərlə görüşərək fikir mübadiləsi apardılar, təkliflər irəli sürdülər. Səslənən təkliflər arasında sosial problemlərin həlli istiqamətində müəyyən addımların atılması, Gürcüstan azərbaycanlıları arasında könüllülük məktəbinin inkişafı, gənclərin maarifləndirilməsi və digər məsələlər oldu. Tədbirdə Azərbaycan və Gürcüstan gəncliyi arasında körpü rolunu oynayacaq iki təşkilat arasında əməkdaşlığa dair memorandum imzalandı.Görüşün sonunda isə qonaqlara Tbilisi şəhərinin tarixi yerlərinə ekskursiya təşkil olundu. Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Mətbuat xidməti. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.