Borçalıda aşıqlarla görüş keçirilib

Borçalıda aşıqlarla görüş keçirilib Borçalıda aşıqlarla görüş keçirilib Borçalıda aşıqlarla görüş keçirilib Borçalıda aşıqlarla görüş keçirilib Borçalıda aşıqlarla görüş keçirilib Borçalıda aşıqlarla görüş keçirilib Borçalıda aşıqlarla görüş keçirilib Azərbaycan Aşıqları Birliyinin nümayəndə heyəti soydaşlarımızın Gürcüstanda kompakt yaşadığı Marneuli rayonunda fəaliyyət göstərən Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) Gürcüstan Aşıqlar Birliyinin üzvləri ilə görüşüb.

Tədbirdə Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarsaı Dostluq Qrupunun rəhbəri Əflatun Amaşov, Azərbaycan Aşıqlar Birliyinin yaradıcılıq məsələləri üzrə katibi Məhəmmədəli Məşədiyev, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu, filologiya üzrə fəlsəfə doktoru, tədqiqatçı-professor Mahmud Hacıxəlilov, AMM-in rəhbəri Fazil Həsənov, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, sabiq parlament deputatı Hidayət Hüseynov, Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri Nizami Zillioğlu, "Qeyrət" Xalq Hərəkatının sədri Əlibala Əsgərov,"Yeni Azərbaycan" və "Şərqin səsi" qəzetlərinin Gürcüstan üzrə bölgə müxbiri, şair Bəhram Mehdi, yazıçı Əli Abbas, Aşıq Qərib, Aşıq Ziyəddin Keşəli, Aşıq Telli, Aşıq Ramin Qarayev, Əflatun Kamandaroğlu, Şahbaz Göyçəoğlu, Aşıq Nargilə və başqaları iştirak ediblər.

“Region press” qəzetinin redaktoru Binnət Məmmədov tədbiri açdıqdan sonra Azərbaycan Aşıqlar Birliyinin sabiq sədri, Xalq Şairi Zəlimxan Yaqubun əziz xatirəsi yad olunub.

Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib, mövcud problemlərdən və onların həlli yollarından danışıb, təkliflərini səsləndirib.

Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycan-Gürcüstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Əflatun Amaşov çıxış edərək xalqımızın qədim və zəngin mədəni irsə sahib olduğunu qeyd dərək, aşıq sənətinin hələ də ölmədiyini vurğulayıb. Klassik aşıq sənətinin ustadları olan Aşıq Əmrah Gülməmmədovun, Aşıq Kamandar Əfəndiyevin, Aşıq İmranın, Aşıq Ədalətin, Aşıq Hüseyn Saraclının və digər aşıqların yaradıcılıq irsindən bəhrələnməyin vacib olduğunu diqqətə çatdırıb: "Artıq dünya dəyişib və XVII əsrdə bir insanın aldığı informasiya indi bir qəzetin informasiyasına bərabərdir. Məhz bu nöqteyi-nəzərdən aşıqlarımız da savadlı olmalı, öz üzərilərində çalışmalıdırlar."

Tədbirdə çıxış edən Azərbaycan Aşıqlar Birliyinin sədr müavini, Azərbaycan Aşıqlar Birliyinin (AAB) yaradıcılıq məsələləri üzrə katibi Məhəmmədəli Məşədiyev dövlətimizin aşıq sənətinə qayğısından, bu sənətin inkişafı ilə bağlı görülən işlərdən danışıb. O, Azərbaycan Aşıqlar Birliyinin nəzdində Gürcüstan Aşıqlar Birliyinin üzvlərinin də təmsil olunduğu 9 nəfərdən ibarət Bədii şura yaradıldığını və bundan sonra şura üzvlərinin iştirakı ilə birliyə üzv qəbul olunacağını bildirib: "Aşıqlar Birliyinin üzvlüyünə hər əlinə saz götürən aşıq qəbul olunmayacaq. 40-dan çox hava və 10 divani bilməyən aşıq birliyin üzvü olmayacaq. Biz hazırda yaşayan qocaman aşıqların yaradıcılığını öyrənməyi təklif edirik və həmçinin klassik sənətkarlarımızın ifalarından yararlanmalıyıq. Bizim dayaq nöqtəmiz xalqın iştirakı ilə keçirdiyimiz məclislər olmalıdır. Bundan sonra biz mükəmməl şəkildə hazırlaşdıqdan sonra bölgələrdə konsertlər keçirəcəyik."
M.Məşədiyev Borçalı, Göyçə aşıq məktəbi yodursa, bu sarayın-Aşıqlar məktəbinin sütunlarının olmadığını bildirib: "Borçalı Aşıq Məktəbi inkişaf etməlidir. Bunu heç kim danmamalıdır. Hamımız birgə çalışmalıyıq."

Məhəmmədəli Məşədiyev açıqlamasında aşıqların birliyinə çalışdıqlarını, aşıq sənətinin inkişafı üçün bölgələrdə görüşlər təşkil etdiklərini bildirib: "Biz bölgələrdə tədbirlər keçiririk. Gənc istedadların üzə çıxarılmasına çalışırıq. Bu gün də görüşümüz Gürcüstanda baş tutub. Biz hamının çıxışlarına qulaq asdıq, təklif və rəylər irəli sürüldü. Biz çox şadıq ki, Borçalıda aşıq yaradıcılığı inkişaf edir," M.Məşədiyev bildirib.
Birliyin hazırladığı yeni layihələrdə Azərbaycanın və Gürcüstanın bölgələrində aşıq sənətinin inkişafı, təbliği, Borçalı aşıq məktəbinin fəaliyyətinin genişləndirilməsi, bu işə gənclərin cəlb olunması və s. məsələlər nəzərdə tutulub. Həmin layihələr AMM ilə birgə həyata keçiriləcək.

Ə.Amaşov M.Məəşədiyevin çıxışına öz münasibətini bildirərək qeyd edib ki, Azərbaycan parlamentinin də bu layihələrə dəstək verəcək.

AMM-in sədri Fazil Həsənov çıxışında qeyd edib ki, rəhbərlik etdiyi qurumun təşəbbüsü ilə Gürcüstanda aşıqların qurultayı, görkəmli saz və söz ustadlarının yubileyləri təşkil olunub, Aşıq Kamandarın ev muzeyi inşa olunub və büstü qoyulub. Ev muzeyi Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin siyahısına əlavə olunub.

Gürcüstan Parlamentinin üzvü Azər Süleymanov, “Salam” Mədəni Xeyriyyə Cəmiyyətinin rəhbəri Maya Rəcəbova, AMM–in gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva və başqaları çıxış edərək Gürcüstanda aşıq sənətinin inkişafından, problemlərindən, ölkədə aşıq sənətinin adət-ənənələri, Azərbaycan-Gürcüstan mədəni əlaqələrinin daha da möhkəmləndirilməsi və s. haqqında öz rəy və təkliflərini bildiriblər, Marneulidə "Ozanlar Evi" və yaxud, "Aşıqlar Evi"nin yaradılmasını arzulayıblar. Tədbirdə o da qeyd edilib ki, saz şou-biznesə çevrilməməlidir. Borçalıda, eləcə də digər bölgələrdə dastan gecələri təşkil olunmalı, dastanlar 5-6 nəfər aşıq tərəfindən ifa edilməlidir.

Sonra Borçalı aşıqlarının ifasında həzin saz havaları səsləndirilib.

Görüş ustad aşıq Kamandar Əfəndiyevin ev müzeyinin ziyarətilə başa çatıb.

Nizami Məmmədzadə,
jurnalist
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Marneulidə Aşıq Kamandar Əfəndiyevin 85 illik yubileyinə həsr olunan konser ...

Borçalı
Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalıda Aşıq Hüseyn Saraçlının xatirə günü keçirilib

Borçalı
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
Birləşmiş Gürcüstan Aşıqlar İttifaqı fəaliyyətə başlayıb

Birləşmiş Gürcüstan Aşıqlar İttifaqı fəaliyyətə başlayıb

Borçalı
Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi

Aşıq Hüseyn Saraclının 100 illik yubiley gecəsi "Mədəniyyət" kanalında ya ...

Tv, Elanlar
Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Ustad Aşıq Hüseyn Saraclının anım günü keçirilib

Folklor, Bolus, UNUTSAQ, UNUDULARIQ!....

"Salam" Mədəni Xeyriyyə Cəmiyyətinə uğurlar arzulayırıq!..

Rustavi, Təbriklər
Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Gürcüstanda yaşayan türklər və azərbaycanlılar Türkiyəyə dəstək aksiyası ke ...

Rustavi, Borçalı, Turan
Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Musa Nəbioğlunun yeni kitabı işıq üzü görüb

Yeni nəşrlər, Folklor
Aşıq Tərmeyxana və  Aşıq Telliyə BAŞSAĞLIĞI

Aşıq Tərmeyxana və Aşıq Telliyə BAŞSAĞLIĞI

Borçalı, Nekroloqlar
Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib

Rustavidə “Salam Mədəni Xeyriyyə Mərkəzi”nin hesabat konfransı keçirilib

Rustavi
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
“Sarıtel - gənc aşıqların səs incisi” adlı diskin təqdimatı keçirilib

“Sarıtel - gənc aşıqların səs incisi” adlı diskin təqdimatı keçirilib

Mədəniyyət
Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Aşıq Mahmud Məmmədovun 80 illik yubileyi

Mədəniyyət, Folklor
Fransada “Azərbaycan aşıqları və fransız truverləri” mövzusunda beynəlxalq  ...

Fransada “Azərbaycan aşıqları və fransız truverləri” mövzusunda beynəlxalq ...

Folklor, Avropa
SARVAN BAYRAM FAXRALI (1921-1956)

SARVAN BAYRAM FAXRALI (1921-1956)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
28-ci Dədə Camal məclisi:

28-ci Dədə Camal məclisi: "Boçalı folklor mühiti və Borçalı aşıq məktəbi"

"Borçalı" Cəmiyyəti
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Azərbaycan Aşıqlar Birliyi VI Qurultayını keçirib

Folklor
Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

Əflatun Amaşov Gürcüstan parlamentinin sədr müavini ilə görüşüb

MEDİA, Gürcüstan
Rəy yazın: