Gürcüstanın Bolnisi rayonunda Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib Gürcüstan » Bolus 8 мая 2023 1789 100 1 2 3 4 5 2023-cü il May ayının 6-da Gürcüstanın Bolnisi rayonunda dünyaşöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbir keçirilib.Tədbirdə Azərbaycanın Gürcüstandakı səfirlik əməkdaşları, Gürcüstan parlamentinin deputatları, yerli hökumət nümayəndələri, elm və ictimaiyyət adamları iştirak ediblər.ZiM.Az xəbər verir ki, əvvəlcə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbiri giriş sözü ilə "Qafqaz" Hüquq və İnteqrasiya Mərkəzinin sədri Rezo Həsənov açaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən, bu ilin “Heydər Əliyev İli” elan edildiyini bildirib, bununla əlaqədar dünyanın hər yerində olduğu kimi, Gürcüstanda da silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, bu tədbir çərçivəsində, eyni zamanda, Azərbaycan Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşı, "Soydaş" İctimai Birliyinin sədri Kamran Ramazanlının müəllifi olduğu "Heydər Əliyevin Enerji Strategiyası və Gürcüstan" kitabının təqdimatı keçirilir.Sonra Kamran Ramazanlı Heydər Əliyevin enerji siyasəti, xüsusilə neft strategiyası barədə ətraflı məlumat verib. Bildirib ki, Ulu Öndər istər sovetlər dövründə, istərsə də müstəqillik illərində Gürcüstanla münasibətlərə xüsusi diqqət yetirib. O qeyd edib ki, dahi siyasətçinin rəhbərliyi və təşəbbüsü ilə buradakı soydaşlarımızın sosial rifah halının yaxşılaşması istiqamətində mühüm addımlar atılıb. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan ərazisindən keçməsi də onun uzaqgörən siyasətinin nəticəsidir.Sonra Gürcüstan parlamentinin deputatı Qoqi Meşveliani, H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru Zakir Eminov, Azərbaycan səfirliyinin müşaviri Sərxan İsmayılov, Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov, Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyin Yusifov, iqtisadiyyat üzrə fəlsəfə doktoru Aygül İsayeva və başqaları çıxış edərək, dünyaşöhrətli siyasi xadim, unudulmaz şəxsiyyət Heydər Əliyevin Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsində, Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar olunmasında, eləcə də regionun sosial-iqtisadi inkişafında mühüm rol oynadığını qeyd ediblər.Bildirilib ki, bu gün Ulu Öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.Qeyd olunub ki, Ulu Öndərin neft strategiyası Azərbaycanın və Gürcüstanın dövlət müstəqilliyinin qarantıdır. Çıxışlarda Azərbaycanın 44 günlük Vətən müharibəsindəki qələbəsinin, Azərbaycan dövlətinin Gürcüstandakı soydaşlarımıza göstərilən diqqət və qayğının əhəmiyyəti xüsusi vurğulanıb.Qeyd edək ki, Azərbaycan və gürcü dillərində nəşr olunan kitabda Ulu öndər Heydər Əliyevin enerji strategiyasının mahiyyəti, "Əsrin müqaviləsi”nin tarixi əhəmiyyəti enerji strategiyasının yeni mərhələsində Azərbaycan-Gürcüstan münasibətləri və s. məsələlər geniş araşdırılıb.ZiM.Az Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.