FAXRALI KƏNDİ - 1

FAXRALI KƏNDİ - 1 Coğrafi mövqeyi:
Faxralı kəndi Dələver (Talaveri) çayının sahilində, rayon mərkəzindən 19 km gündoğarda, dəniz səviyyəsindən 560 m hündürlükdə yerləşir.
Əhalisi: 1870-ci ildə 170 ailədə 1139 nəfər, 1926-cı ildə 470 ailədə 2321 nəfər, 2002-ci ildə 1447 ailədə 6891 nəfər, 2006-cı ildə 1568 ailədə 6784 nəfər.

Maarif: Dünyəvi məktəb 1919-cu ildə yaradılıb. Orta məktəb (2005-ci ildə 26 sinifdə 563 şagird), iki baza məktəbi (2005-ci ildə müvafiq olaraq 17 sinifdə 267 şagird və 10 sinifdə 143 şagird) fəaliyyətdədir.

Toponimi: Faxralı ulu babalarımızın məskən saldığı, öz gözəl ənənələrinin xatirələrini yaşadan bir kənddir. Müdrik qocalar, el ağsaqqalları və ağbirçəkləri kəndin adını "Fağır Alı", bəzən də "Fəxr Əli" (Həzrət Əlinin Fəxri, islamın təbliğatçısı) kimi mənalandırmış, Qazaxın sonralardan Dağ Kəsəmən kəndinə birləşmiş Faxralı kəndi, bəzən də Goranboy rayonunun Faxralı kəndi olə eyni kökdən olduğunu nəql etmişlər.

Tarixi: Müşahidələrin nəticəsi budur ki, ulu babalarımız ilk dəfə Molla Əhmədli təpəsi deyilən yerdə yurd salmış, sonra indiki İmir Həsən kəndinin ərazisində məskunlaşmış, nəhayət axırıncı dəfə isə suyu, otları bol olan ucsuz-bucaqsız geniş bir ərazidə meşəlik sahələri indi Ermənistan adlanan qədim türk torpaqları ilə sərhədlənən iki dağ arasında, mənzərəli bir yerdə Faxralı adlı vətən tutmuş, həmişəlik yurd-yuva qurmuşlar. bu tarixi faktı hər üç qədim yaşayış yerinin ərazisində olan qəbilər də tasdiqləyir. Yaxınlıqda qədim abidələr, səkkizayaqlı kilsə, qəbirüstü yazılar, XVII əsrin yadigarı məscid diqqəti çəkir.

Söz düşəndə 30-35-ci illərin dünyagörmüş qocaları deyərdilər: "Faxralı yeddi kəndin sonudur." Məlumdur ki, Faxralı 30-dan çox tayfanı özündə birləşdirib. Hətta bu tayfaların bir qisminin İranda, Türkiyədə, Azərbaycanda, Türkmənistanda və türklər yaşayan digər ərazilərdə eyni adlı tayfalar, kəndlilərlə soydaşlıqları barədərəvayətlər, fikirlər söyləmək olar.

Faxralı Bolnisi rayonunun ən böyük, axar-baxarlı kəndlərindən biridir. Başqa kəndlərdə olduğu kimi, bu kənddə də əhali mal-qara saxlasa da, onların əsas məşğuliyyəti əkinçilikdir. Yaylaqlarda xatirə kimi qalan mal-qoyun arxacları, xalxallar, yüksək zirvələrdə düzəldilmiş daş qaravullar (nişangahlar) əsrlərin yadigarıdır.

Vaxtilə kənddə yeddi mindən artıq əhali yaşayıb. Bu kənddə başqa kəndlərdən fərqli olaraq, su məsələsi çətindir. Kəndin əkin sahələrinin çox hissəsi susuz-dəmyə torpaqlardır. Həyətyanı sahələri suvarmaq üçün su yoxdur. Əhali içməli, ümumiyyətlə, hər şey üçün istifadə etdiyi suyu bulaqdan daşıyır. Kənddə 15-dən artıq bulaq var, hər kəs suyu özünə yaxın olan bulaqdan gətirir.

Onu da qeyd edək ki, Gürcüstanda qatı millətçi Qamsaxurdiyanın prezident olduğu dövrdə Bolnisinin digər kəndləri kimi Faxralının da adı dəyişdirilib, olub Talaveri. Yeri gəlmişkən, kənd sakinləri kəndin tarixi adının dəyişdirilməsindən çox narazı qaldıqlarını söyləyərək, dəfələrlə bu barədə əlaqədar təşkilatlara müraciət etdiklərini, lakin bunun heç bir nəticə vermədiyini bildirdilər. Onların dediyinə görə, bu məsələ Saakaşviliyə də çatdırılıb, ancaq sözügedən problemə o da maraq göstərməyib.

Məhşurları: Faxralı camaatı sazlı-sözlü, şair təbli xalqdır. Bu el çoxlu saz-söz ustaları, şairlər, ziyalılar - alimlər yetişdirib. Faxralı kəndinin yetişdirdiyi alimlərdən biri mərhum millət vəkili, professor Şamil Qurbanovdur. Ş.Qurbanov da məhz Faxralıda dünyaya göz açaraq, burada boya-başa çatmışdı. Bundan başqa hazırda Azərbaycan ictimaiyyəti tərəfindən yaxşı tanınan Mətbuat Şurasının sədri Əflatun Amaşov və tanınmış hüquqşünas İsaxan Aşurov, Dünya Gənc Türk Yazarlar Birliyinin mərhum üzvü, istedadlı şair Hamlet Kazımoğlu (DGTYB-nin Sankt-Peterburq təmsilçisi) da məhz Faxralı kəndinin yetirmələridir.

Yazılmış kitablar: Səməndər Məmmədovun “Faxralı tək ağır elim var mənim” toplusu, Hüseynqulu Məmmədlinin “Görüm Faxralının biri olsun beş”, Rəşid Faxralının ”Oğuz eli Faxralı” kitablari qiymətlidir.

Kəndin internet saytı: http://www.faxrali.com/
Saytın yaradıcısı: - Cavanşir Rəşid oğlu Hüseynov (Amaşlı nəsli)
13.05.1987-ci ildə Gürcüstan Respublikasının Bolnisi rayonda anadan olub. 1994 - 2004-cü illərdə Azərbaycan Respublikası Abşeron rayonu Xırdalan şəhər 3 nömrəli orta məktəbini bitirib. 2004 - 2008-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə-Kredit fakultəsinin bakalavr ali təhsil pilləsini, 2009-2010-cu illərdə isə həmin universitetin magistr pilləsini "Qırmızı Fərqlənmə" diplomları ilə bitirmişdir.
Borchalı.net və bir çox saytları hazırlamışdır.

***

FAXRALI KƏNDİNİN TARİXİNDƏN:


Faxralı ulu babalarımızın məskən saldığı, öz gözəl ənənələrinin xatirələrini yaşadan bir kənddir. Müdrik qocalar, el ağsaqqalları və ağbirçəkləri kəndin adını "Fağır Alı", bəzən də "Fəxr Əli" (Həzrət Əlinin Fəxri, islamın təbliğatçısı) kimi mənalandırmış, Qazaxın sonralardan Dağ Kəsəmən kəndinə birləşmiş Faxralı kəndi, bəzən də Goranboy rayonunun Faxralı kəndi ilə eyni kökdən olduğunu nəql etmişlər.

Müşahidələrin nəticəsi budur ki, ulu babalarımız ilk dəfə Molla Əhmədli təpəsi deyilən yerdə yurd salmış, sonra indiki İmir Həsən kəndinin ərazisində məskunlaşmış, nəhayət axırıncı dəfə isə suyu, otları bol olan ucsuz-bucaqsız geniş bir ərazidə meşəlik sahələri indi Ermənistan adlanan qədim türk torpaqları ilə sərhədlənən iki dağ arasında, mənzərəli bir yerdə Faxralı adlı vətən tutmuş, həmişəlik yurd-yuva qurmuşlar. bu tarixi faktı hər üç qədim yaşayış yerinin ərazisində olan qəbilər də tasdiqləyir.

Söz düşəndə 30-35-ci illərin dünyagörmüş qocaları deyərdilər: "Faxralı yeddi kəndin sonudur". Məlumdur ki, Faxralı 30-dan çox tayfanı özündə birləşdirib. Hətta bu tayfaların bir qisminin İranda, Türkiyədə, Azərbaycanda, Türkmənistanda və türklər yaşayan digər ərazilərdə eyni adlı tayfalar, kəndlilərlə soydaşlıqları barədərəvayətlər, fikirlər söyləmək olar.

Yaylaqlarda xatirə kimi qalan mal-qoyun arxacları, xalxallar,yüksək zirvələrdə düzəldilmiş daş qaravullar (nişangahlar) əsrlərin yadigarıdır.

("Faxralı tək ağır elim var mənim" adlı kitabdan istifadə olunub).

* * *

Təqdim edilən məlumatlar Səbuhi Məsimov tərəfindən arxiv materiallarından tapılmışdır. PDF formatda olan həmin kitab 1872-ci ildə çap olunub. Kitab Tiflis quberniyası və onun ərazisində olan bütün yaşayış məntəqələri, bu məntəqələrdə yaşayan əhalinin sayı və milliyyəti haqqında məlumatları, həmçinin quberniyanın coğrafiyası və iqtisadiyyatı haqqında bir çox məlumatları əks etdirir. Əhaliyə aid məlumatlar 1869-cu ildə Tiflis quberniyasında yaşayış məntəqələri üzrə aparılmış kameral siyahıyaalmanın (ailə sayına və ya ev sayına görə) nəticələri əsasında alınmış məlumatlardır, yəni 1869-cu ilə aiddir.

1869-cu ildə hələ Borçalı qəzası yox idi və Borçalı kəndləri Tiflis qəzası tərkibinə daxil idilər. Faxralı kəndi PDF-in 152-ci səhifəsində / kitabın isə 146-cı səhifəsində göstərilib. Yəni, orada qeyd olunur ki, həmin dövürdə Faxralıda 73 tatar (azərbaycanlı) ailəsi yaşayırmış.

Mənbənin/kitabın orjinal adı belədir: Военный обзор Тифлисской Губернии и Закатальского округа, составлен подполковником Генерального штаба В. Н. Филиповым. Воспроизведено в оригинальной авторской орфографии издания 1872 года (издательство "Санктпетербург: Товарищества "Общественная польза").


“Yurd yeri” çal!

Səməd qağa! Sinəmizi dağladın,
“Yurd yeri”ni yada salıb çağladın.
O yerlərə təzdən bizi bağladın.
Pozma halın, düşmən görsün sərt yeri,
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!

Heç demirsən, gözü yolda qalan var,
Səməd deyib səni yada salan var,
Bulud kimi boşalan var, dolan var,
Bir də gəzək Xəmmədini, Səngəri
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!

Mərd babalar qoyub təməl daşını,
Gəc baxanlar bada verib başını,
Şimşək çaxar, göylər tökər yaşını,
Tamaşadı aşıb-daşan selləri.
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!

Gözəl dağı, Yastananı aşdınmı?
Təhməz bulaq – kef üstündə coşdunmu?
Ballı dərə, Palıddını keçdinmi?
Şennik gəzib, sən də gəl gəz bu yeri.
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!

Şamil bulaq, Tənəklini – yurdumu,
Qızıl qaya şahin kimi durdumu?
Hər çalanda artırırsan dərdimi,
Çıx dağlara seyr eyləyək Ləlvəri.
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!

Qoşabulaq, Bejənazan binəsi,
Kimi görsən sözlə dolu sinəsi,
Şair Nəbi – ləli-gövhər dənəsi,
Tərənnüm et dürr tökülən dilləri.
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!

Gül İsmayıl vurğun oldu sazına,
Tərif dedi, mail oldu sözünə,
Oruc deyər, mən də düşdüm izinə,
Faxralıda bir də salaq lövhəri.
Səməd qağa, “Yurd yeri” çal! ”Yurd yeri”!

Oruc Nikbin
12.05.1995


FAXRALI KƏNDİ - 1 Oruc Nikbinin birinci kitabı olan “Vətən səsi, yurd həsrəti” oxucular tərəfindən rəğbətlə qarşılanmış, “Qızıl Qələm”, “Xalqın nüfuzlu ziyalısı” mükafatı, “Vicdanlı Qələm” diplomu ilə təltif edilmişdir. “Faxralıdan güc almışam” şeirlər ktabı oxucularla ikinci görüşdür. Kitaba ön söz yazan xalq şairi Zəlimxan Yaqub demişdir: ”Təbiətə bağlılığına gorə doğuldugu torpağa, daşa, dərəyə, nəhayətsiz çöllərə, düzlərə vurğun olduğuna görə mən Oruc müəllimi onun vurulduğu təbiət qədər sevir, ürəyindən keçənləri dilə, qələmə gətirmək üçün ona uğurlar arzulayıram”.
Biz də sevimli xalq şairimizə qoşularaq Oruc müəllimə uzun ömür, can sağlığı və uğurlarının davamlı olmasını arzulayırıq!..


***
Qızılqaya, Boyukgunoy, Qaradağ,
Səngərimdə əriyən qara bax.
Dağlarında Cəngı calır hər bulaq
Ömrümdə mənalı anım Faxralı!..

Bu torpaqdı sazın-sözün mahalı,
Hər çəməni, hər talası bir xalı.
Dağları var yapıncılı, çalmalı
Kitabtutmaz min dastanım Faxralı!..
Səməndər Məmmədov




Mənbə: faxralı.com
.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: