SOYDAŞIMIZ AzTU-da DEKAN SEÇİLİB Bolus, Təbriklər 14 января 2020 TƏBRİK EDİRİK!..Bu günlərdə dəyərli soydaşımız, gənc və istedadlı alim, texnika üzrə fəlsəfə doktoru Nizami Qədim oğlu Poladov Azərbaycan Texniki Universitetinin "Metalurgiya və metalşünaslıq" fakültəsinin dekanı seçilib.Nizami Qədim oğlu Poladov - 1982-ci il may ayının 22-də qədim Borçalı mahalında, indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Faxralı kəndində anadan olub. 1988-1996-cı illərdə Faxralı kənd orta məktəbində təhsil alıb. 1996-cı ildən təhsilini Bakıda davam etdirib. 1999-cu ildə Bakı şəhərindəki 99 N-li orta məktəbi bitirib. Elə həmin ildə Azərbaycan Texniki Universitetinin (AzTU) Metallurgiya fakultəsinə daxil olub, “Qara və əlvan metalların tökmə istehsalı“ ixtisasına yiyələnib. 2003-cü ildə bakalavr, 2005-ci ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirib.2008-ci ildə ATU-nun aspiranturasına daxil olub. 2012-ci ildə “Çuqun metal qəlibin istismar xassələrinin yüksəldilməsini təmin edən metallurji və texnoloji tədbirlərin işlənməsi” mövzusunda namizədlik dissertasiyası müdafiə edib və texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. Nizami Poladov 11 elmi əsərin müəllifidir. Məqalələri Azərbaycan, Sankt-Peterbruq, Donetskdə nəşr olunub. 2003-2008-ci illərdə “Baku Steel Company” şirkətində növbə rəisi vəzifəsinədək yüksəlib. 2008-ci ildən “EMBAWOOD” MMC-də şöbə rəisi vəzifəsində çalışıb. 2020-ci ilin yanvarında isə Azərbaycan Texniki Universitetinin "Metalurgiya və metalşünaslıq" fakültəsinin dekanı seçilib.Biz də dəyərli soydaşımız, gənc və istedadlı alim Nizami Qədim oğlu Poladovu AzTU-nun "Metalurgiya və metalşünaslıq" fakültəsinin dekanı seçilməsi münasibətilə ürəkdən təbrik edir və ona elmi-pedaqoji fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!...Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.