SAHİL VƏTƏNOĞLU, AD GÜNÜN MÜBARƏK!.. Bolus, Təbriklər 6 ноября 2018 VƏTƏNOĞLU Borçalının balası Sahil VətənoğlunaYurd möhnəti sinən üstə od oldu,Alovlanıb dil açdı, Vətənoğlu.Sənin qəlbin param-parça yurd oldu,Yaradana əl açdı, Vətənoğlu.Nə vəzifə, nə də şöhrət, mal dedin,Haqqa qurban, nahaq qana qan dedin.“Ellərin yolunda can qurban!”,-dedin,Duyğuların gül açdı, Vətənoğlu. Bu gənc yaşda ürəyində ağrı nə?Buta qurban Vətən adlı ağrına,İz salmışdır Təbriz, Dərbənd bağrına,Ol Qarabağ yol açdı Vətənoğlu.Səadət BUTA,“Şərəf” ordenli şairə,“Abdulla Şaiq” və “Qızıl Qələm”mükafatları laureatı.ƏZİZ DOSTUM, QARDAŞIM SAHİL VƏTƏN OĞLU, DOĞUM GÜNÜN MÜBARƏK OLSUN.ÇOX YAŞA, SAĞLAM YAŞA. NƏ YAXŞI Kİ, VARSAN...Yaşadır vətənin öz qeyrətini,Yaşadır adında düz, Vətən oğlu.Qoruyar həmişə söz qeyrətini,Versə bir kimsəyə söz, Vətən oğlu.Hörməti-izzəti böyükdü mərdə,Hörmətə layiqdir dövrü-bəşərdə.İstər xeyir işdə,istərsə şərdə,Tapılar hamıdan tez, Vətən oğlu.Fikiri,xəyalı xaslar xasında,Çırpınar zehninin öz dünyasında.Aslan döyüşündə,nər qovğasında,Bükməz hər yetənə diz, Vətən oğlu.Qaçar bəd işlərdən,qaçar günahdan,Ruzisi,qisməti verilir haqdan.Dindarıq, dindaşıq bu yolda çoxdan,Doğmayıq, qardaşıq biz, Vətən oğlu.Dostuq savab işlər görənlər ilə,Allaha qəlbini verənlər ilə.Qynayıb-qarışaq ərənlər ilə,Olaq el-obaya göz, Vətən oğlu.Ucalıb Təbrizin ilhamı zilə,Axır ürəyindən söz gülə-gülə.İnşAllah, Allahın köməyi ilə,Qoyarıq tarixdə iz, Vətən oğlu.Təbriz İMAN DARVAZLIZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.