ALLAH RƏHMƏT ELƏSİN, PROFESSOR ƏLLƏZ DAŞDƏMİROV!.. Bolus, Nekroloqlar 6 марта 2018 ALLAH RƏHMƏT ELƏSİN!... Azərbaycan elminə və ictimaiyyətinə ağır itki üz verib. Tanınmış iqtisadçı-alim, dəyərli eloğlumuz, böyük ziyalı, böyük şəxsiyyət, çox hörmətli professor Əlləz İsa oğlu Daşdəmirov 2018-ci il martın 4-də 79 yaşında vəfat edib, əbədiyyətə qovuşüb. Əlləz İsa oğlu Daşdəmirov - 1938-ci ildə qədim Borçalı mahalında, indiki Gürcüstanın Bolnisi rayonundakı Saraçlı kəndində anadan olmuşdur.1963-cü ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin İqtisad fakultəsinin Mühasibat uçotu ixtisası üzrə tam kursu bitirmişdir.1963-1972-ci illərdə Abşeron rayonunun Zirə südçülük-tərəvəzçilik sovxozunda baş mühasib vəzifəsində işləmişdir.1972-ci ildən 1984-cü ilə kimi Az.ETKTİ elmi işçi, baş elmi işçi və şöbə müdiri vəzifələrində çalışmışdır.1976-cı ildə dissertasiya işini müdafiə edərək iqtisad elmləri namizədi alimik dərəcəsi almışdır.01 sentyabr 1984-cü ildən D.Bünyadzadə adına Xalq Təsərrüfatı İnstitutunda baş müəllim vəzifəsində işə qəbul olunmuşdur.Uzun müddət Azərbaycan Dövlət İqtisad Universitetində “Mühasibat uçotu və audit” kafedrasında dosent, 2016-cı ildən isə professor olaraq çalışmışdır.Keçən ilin oktyabrından təqaüdə çıxmışdır. 110 elmi məqaləsi, o cümlədən 2 monoqrafiya, 2 dərs vəsaiti və 1 dərsliyi nəşr olunmuşdur.Əlləz İsa oğlu Daşdəmirov həm də gözəl ailə başçısı idi: üç oğlu, 4 nəvəsi var.Çox acı olsa da, Əlləz İsa oğlu Daşdəmirov 4 martda 79 yaşında gözlərinu yumaraq əbədi olaraq bu dünyadan köçüb. Xırdalan qəbirstanlığında qardaşının yanında dəfn olunub.Biz də, ZiM.Az-ın bütün yaradıcı heyəti adından professor Əlləz İsa oğlu Daşdəmirovun vəfatından kədərəndiyimizi bildirir, mərhumun ailəsinə, bütün doğmalarına və yaxınlarına dərin hüznlə baş sağlığı veririk.Bəli, Azərbaycanda iqtisadçı kadrların hazırlanmasında əvəzsiz xidmətləri olan tanınmış iqtisadçı-alim, dəyərli eloğlumuz, böyük ziyalı, böyük şəxsiyyət, çox hörmətli professor Əlləz İsa oğlu Daşdəmirovun əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.Allah rəhmət eləsin!.. Ruhu şad, Məkanı cənnət olsun!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.