İSA MEHDİOĞLU Gürcüstan » Bolus 6 октября 2017 AĞSAQQALLARIMIZİSA MEHDİOĞLU - 1929-cu ildə qədim Borçalı mahalında - indiki Gürcüstan Respublikasının Bolnisi rayonundakı Bolus-Kəpənəkçi kəndində Molla Mahmud əfəndinin ailəsində anadan olub. 1948-ci ildə Marneuli orta məktəbini bitirərək elə həmin il də Azərbaycan Dövlət Tibb institutunun müalicə-profilaktika fakultəsinə daxil olub və 1954-cü ildə ali təhsilini başa vurduqdan sonra Azərbaycanın və Gürcüstanın müxtəlif sağlamlıq ocaqlarında həkim işləyib. Həkim işlədiyi müddətdə daim elmi fəaliyyətlə də məşğul olub.1994-cü ildə Azərbaycan Hemotologiya və Qanköçürmə institutundan təqaüdə çıxıb. “Azərbaycan tibb jurnalı”nda çap olunan 17 elmi məqalənin, 1975-ci ildə çapdan çıxmış “Azərbaycanda donorluğun inkişafı” və 2014-cü ildə çap olunmuş “Ailənin sağlamlıq kitabı” adlı kitabların yazarıdır (müəllifidir).2008-ci ildən dini təriqətləri araşdırmaqla məşğuldur. İnternet saytları səhifəsində 30-dan çox milli və dini ideologiyalar səpkisində yazılmış məqalənin, 2011-ci ildə çap olunmuş “Təsəvvüf tarixinə yeni baxış”, “Türk dünyasında Xızır fenomeni”, 2017-ci ildə çap olunmuş “Türk dünyasında Zülqərneyn fenomeni” kitabıarının yazarıdır.İSA MEHDİOĞLU hazırda Baki şəhərində yaşayır. Biz də ona uzun ömür, möhkəm cansağlığı və elmi işlərində uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.