HACIXƏLİL (HAŞXALI) KOXALI NƏSLİ Bolus, Tarix, Turan 28 декабря 2016 PÜNHAN ƏFƏNDİYEV Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra şəxsi təsərrüfatda olan hər şey üçün: mal-qara, qoyun, keçi, ev quşları hətta meyvə ağacları üçün belə kəndli vergi verməli idi. Məsələn, bir toyuğun illik vergisi 60 yumurta idi. Belə vergi 50-ci illərin ortalarına qədər davam etdi. 1926-1927-ci təsərrüfat ilində adambaşına verginin miqdarı Gürcüstanda 2 rubl 25 qəpik təşkil edirdi. Yenə həmin ildə varlı kəndlilərə düşən vergi payı Gürcüstanda 35,13 faizə çatmışdı. 1929-cu ildə Borçalı qəzası ləğv edilərək 3 rayona bölündü: Borçalı (Marneuli), Lüksemburq (Bolnisi), Başkeçid (Dmanisi). Bundan sonra bölgədə kütləvi şəkildə kollektiv təsərrüfatların (kolxozlar) yaradılmasına başlandı və ilin sonlarında hər üç rayonda MTS (maşın-traktor stansiyası) yaradıldı.İri özəl təsərrüfatların mövcudluğu yeni qurulmüş dövlətin marağında deyildi və o bir təhlükə mənbəyi kimi görülürdü. Bu səbəbdən də qolçomaqlar bir sinif kimi məhv edilməli idi. Sovet hakimiyyətinin yerli qurumlarına onları mülkiyyətdən tamamilə məhrum etmək, bütün istehsal vasitələrini, mal-qarasını, maşınları və digər avadanlıqları müsadirə edib kolxozların mülkiyyətinə çevirmək hüququ verildi. Müsadirə isə zorakılıqla həyata keçirilirdi. Bu cür zorakılıqlar hökümətə qarşı əks reaksiyalara səbəb olur, üsyanlarla nəticələnirdi. Bu üsyanlardan biri Arıxlıda baş verdi. Etirazları yatırmaq üçün isə repressiv tədbirlər həyata keçirildi. Bundan narazı qalanlar silaha sarılıb qaçaq dəstələrinə qoşulur, yeni quruluşa, onun siyasətinə qarşı müqavimət gəstərirdilər. Onlardan biri də Koxalı nəslindən Hacıxəlil (Haşxalı) idi. O, çox qoçaq, igid adam olub qaçaqlar arasında böyük hörmət sahibi idi. Hacıxəlil hökumətin "silahlarınızı təhvil verin, sizi bağışlayacaq, sərbəst buraxacağıq" vədinə inanmadı. Sonrakı hadisələr onun haqlı olduğunu ortaya çıxartdı. Digər qaçaqlardan fərqli olaraq o, təslim olmadı. Silahlarını təslim edən və hökumətdən əfv diləyən qaçaqların çoxu sonradan güllələndi. Hacıxəlil isə Türkiyəyə qaça bildi. Hacıxəlil Türkiyəyə gedəndən bir qədər sonra geri atının dalınca qayıtmalı oldu. Buna dəyərdi. Çünki bu at həm qıvraq, həm dözümlü, həm də sürətli idi. Sahibini baxışlarında anlayır, onun nə istədiyini sanki başa düşürdü. Hacıxəlilin qaçaq düşməsinin səbəblərindən biri də məhz bu at idi. Onu milis dəstəsinin rəisi özü üçün götürmək istəsə də, atın sanibi rədd cavab vermişdi. Nəticədə narazılıq yaranmış, Hacıxəlili həbs etmək üçün bəhanə axtarılırdı. O, sərhəddi keçdikdən sonra inandığı, etibar etdiyi bir nəfərlə Arıxlıya, atının Əyriqarda ona çatdırılması ilə bağlı xəbər göndərir. Heç kim cürət edib onun atını gözlədiyi yerə aparmağa cəsarət etmir. Nəhayət Hacıkərim (Palazqulaq Məhəmmədin qardaşı) atı aparıb Hacıxəlilə təhvil verir. Bunu hökumət bildikdən sonra Hacıkərimi tutub Sibirə sürgünə göndərir. Həmin vaxt Hacıkərim Molla Əminin bacısı Mayqa adlı bir qıza nişanlı olur. O vaxtlar sürgün gedər-gəlməz hesab edildiyindən Mayqanı yenidən başqa oğlana- Hacıöyünün Bayrama nişanlayırlar. Lakin Hacıkərim bir neçə vaxtdan sonra sürgündən qacaraq yenidən kəndə qayıdır. Bu vaxt onun qardaşı Palazqulaq Məhəmməd artıq qaçaq idi. Hacıkərim də qardaşının dəstəsinə qoşulmaq istəyir. Onun bircə məqsədi olur ki, bu yolla keçmiş nişanlısı Mayqanı qaçırsın. Lakin qardaşı Palazqulaq Məhəmməd onu heç cür yaxına buraxmır, hökumət tərəfindən öyrədilib göndərildiyini zənn edir. Palazqulaq qardaşını çox sınağa çəkir, nəhayət onu dəstəyə qəbul edir. Haçıkərimə Arıxlıya qayıtdıqdan sonra Mayqanı qaçırmaq fikrinə düşür. Nəhayət xeyli hazırlıq gördükdən sonra başının dəstəsilə qızı qaçırmağa gəlir və buna müvəffəq də olur. Mayqa uzun illərdən sonra, XX əsrin 70-ci illdərin əvvəlində qardaşının dəvətilə Türkiyədən Arıxlıya qonaq gələndə bu hadisəni onunla görüşmək üçün gələn qadınlara söyləyib: "Küçədə birdən səs-küy düşdü, atəş səsləri eşidildikdə qoxumdan çarpayının altına girib gizləndim. Otağa bir neçə silahlı kişi girdi və hər tərəfi axtarmağa başladılar. Məni sarpayının altından çəkib çıxartdılar. Çox qorxmuşdum, bədənim əsir, dilim söz tutmurdu. Məni Hacıkərimin atına mindirdilər və silahlı dəstə milislər gələnədək kəndi tərk edib sürətlə Türkiyəyə doğru yol aldılar". Türkiyəyə keçmək isə asan olmayıb. Sərhəddə rus əsgərləri ilə atışma olur və Mayqa ayağında yaralanır, bir neçə qaçaq atışmada öldürülür. Rus hərbiçilərinin mane olmaq cəhdlərinə baxmayaraq silahlı qaçaq dəstəsi Türkiyəyə keçə bilir. Mayqa çoxlu qan itirdiyindən onu təcili həkimə çatdırırlar. Həkim onun ayağını kəsmək istəyəndə Hacıkərim silahını həkimə uzadıb deyir: «Əvvəlcə məni öldür, sonra nişanlıimın ayağını kəs». Həkim çox çətinliklə Mayqanı sağalda bilir. Mayqanın söylədiklərinə görə, İkinci Dünya Müharibəsi illərində Hacıkərimi tapşırıqla Borçalıya göndərmək istəyirlər. Sərhəddi keçən zaman onu öldürürlər. Qeyd edək ki, 30-cu illərin sonralarına doğru Türkiyə ilə sərhədlər möhkəmləndirilib və gediş-gəliş çətinləşib. Amma buna baxmayaraq Koxalının Hacıxəlil Türkiyədən gəlib nəslindən daha bir neçə nəfəri rus sərhədçilərinin arasından keçirərək Qarsa apara bilib. Deyiılənlərə görə, sərhədə çatanda qaçaqlar atların birinə tənəkə qutular bağlayır, sonra onu qamçılayaraq qaçmağa məcbur edirmişlər. At sürətlə qaçdığından tənəkə qutular səs salır, əsgərlər isə atı tutmaq üçün onun arxasınca qaçırmışlar. Sərhədin nəzarətsiz qalan hissəsindən isə arıxlılar asanlıqla Türkiyəyə keçirmişlər. Hacıxəlilin atı isə onu dəfələrlə ən çətin vəziyyətdən xilas edib. Bir dəfə Hacıxəlil bir yoldaşı ilə Türkiyəyə gedərkən dağda milis dəstəsi ilə qarşılaşır və atışma başlayır. Milis dəstəsinin onları mühasirəyə alacağını görən Hacıxəlil yoldaşına bildirir ki, milislərə atəş açaraq onların diqqətini yayındıracaq, qarışıqlıqdan istifadə edib aradan çıxsın. Amma yoldaşı onu tək qoyub getmək istəmir. Sonunda Hacıxəlil onu razı sala bilir. Hər ikisi döyüş meyldanını tərk etsə idi arxadan vurula bilərdilər. İkisindən biri milislərlə atışmalı və diqqəti yayındırmalı idi. Bu vəzifəni də Hacıxəlil öz üzərinə götürür. O bilirdi ki, atı ən çətin anda onu döyüş meydanından sağ-salamat çıxara biləcək. Belə də olur. Deyilənlərə görə, sovet hökuməti Koxalının Mehralıya Hacıxəlil Arıxlıya gələndə xəbər verməsini tapşırıbmış. Lakin Mehralı bu barədə məlumat vermədiyindən həbs edilərək güllələnib. Başqa bir versiyaya görə isə Mehralı üsyankar təbiətli olub, yeni hökumətə qarşı etiraz və üsyanların fəal iştirakçısı kimi həbs edilib. Qolçomaqlara, qaçaqlara qarşı həyata keçirilən cəza əməliyyatlarının birində Molla Alı, Koxalı nəslindən Mehralı tutulub. Mehralını milislər calada güllələyib və üç gün meyitə heç kim yaxın baraxılmaıb.Haçıxəlil mərd, şərəfli, sözübütöv bir şəxs olmaqla yanaşı həm də əliaçıq idi. İmkansızlara imkanı daxilində yardım edib. Kiçik bir hadisə onun kimliyini tamamilə ortaya çıxarır. Ənvər dayım danışırdı: " Yetim idik. Atam Mansır kişi ölmüşdü. Dayim Molla Həmid oğlu Məhəmmədin mal-qarasını otarırdım. Bir gün bizim sürü başqa bir sürüyü qarışdı və buğalarımız həmi sürünün inəkləri ilə cütləşdi. Bundan dayım Məhəmməd xəbər tutdu və bərk əsəbləşdi. Növbəti gün məni Xrama mal-qaranı otarmaq üçün göndərəndə cəza olaraq çarıqlarımı vermədi. Ayaqyalın qaldım, ayaqlarımı tikanlar didik-didik etmişdi. Sürünü dəyirmi calaya (çalaya) endirdik. İnəklər su içməyə getdilər, biz onları yuxarıdan izləyirdik. Birdən qarşımıza bir dəstə atlı çıxdı. Onlardan öndə gələni ayaqyalın olduğumu görüb axan qanı silmək üçün yanındakılardan birinə mənə bir parça bez verməsini tapşırdı. Sonra isə kimlərdən olduğumu soruşdu. Alı öyündən Mansırın oğlu olduğumu və dayımın sürüsünü otardığımı bildirdim. Atlı yenidən yanındakına xurcundan corab və çarıq çıxarıb mənə verməyi tapşırdı. Həmin atlını, əlbəttə tanıdim. Ailəsini aparmaq üçün Türkiyədən Arıxlıya başının dəstəsiylə qayıdan Koxalının Hacıxəlil idi. O, bizdən ayrılanda bu barədə heç kimə danışmamağımızı tapşırdı. Axşam evə qayıtdıqda dayılarım təzə çorab və çarığımı gördükdə təəccübləndilər, kimin verdiyini soruşdular. Aydındır ki, Haçıxəlilin adını çəkə bilməzdim, çünki xəbər qısa müddətə kəndə yayılar, kimsə NKVD-yə məlumat çatdırardı. Sadəcə olaraq tanımadığım bir nəfərin verdiyini söylədim. Mənim ayaqyalın Xrama göndərildiyimi eşidən dayım Diri kişi (İbrahim) bərk əsəbləşmişdi. Qardaşı Məhəmmədi danladıqdan sonra bir daha məni cəzalandıran olmadı. Diri kişi həmişə bızə arxa, dayaq olub, korluq çəkməyə qoymayıb.Sədrəddin adlı bir qardaşım vardı 1937-ci ildə Qamot Əlinin atası İsə, Arom Məmmənin atası Musa və satılmışdılardan Məhəmmədlə birlikdə içərisi ərzaq və pal-paltarla dolu dilicana hüçum edərək qarət etmişdilər. O vaxt kəndlərə, iri yaşayış məntəqələrinə ərzaq, pal-paltar dilicanla daşınır, mağazalara paylanırdı. Bu qarət hadisəsi barədə hökumətə xəbərçilik edildiyindən qardaşımgili həbs etdilər və bir daha onu görmədim. Həmişə Koxalının Hacıxəlilə dua etmişəm",Koxalının Haçıxəlillə Palazqulaq Məhəmməd tamamilə fərqli qaçaqlar idi.Koxalının Mahmud Hacıxəlilin Arıxlıya son səfərini belə xatırlayırdı: "Bir gecə Hacıxəlil qəfildən gəldi. Məqsədi məni Türkiyəyə aparmaq və Uzunbaşlar nəslindən Yusifdən (Usuf) intiqam almaq idi. Mənə təcili səfərə hazırlanmağımı tapşırdı. Mehralının azyaşlı uşaqlarını başsız qoyub getmək istəmirdim. Akkama (Hacıxəlil) dedim: "Ata-anamı dumanlı xatırlayıram. Məni sən və Mehralı əmim böyüdüb, əlimi çörəyə çatdırmısınız. İndi Mehralı əmimin uşaqlarının köməyə ehtiyac duyduğu, dəstək gözlədiyi bir vaxtda onları burda qoyub gedə bilmərəm". Məndən bu sözləri eşidən Hacıxəlil alnımdan öpüb, "Səndən də bunu gözləyirdim" dedi.Sonra isə Yusifi evdən bayıra çağırmağı tapşırdı. Yusif həmin vaxt sovet hakimiyyətinin tərəfdarı kimi tanınır, kəndin fəallarından sayılırdı. Məni məcbur edib iltizam almışdılar ki, Hacıxəlil kəndə gələn kimi bu barədə Yusifə xəbər verim. O da milis dəstəsini çağırıb Hacıxəlili tutdurmalı idi. Bu barədə Hacıxəlil məlumatlı idi. Alçaq, üstü torpaqla örtülü evlər indikimi kimi sıx yerləşməmişdi, hasarlar da alçaq idi. Gecə yarısi Hacıxəlillə birlikdə Yusifin evinə doğru gəldik, akkam dedi ki, evin yaxınlığında hazır vəziyyətdə gözləyəcək. Məni isə pəncərəni döyüm Yusifi bayıra çağırmağı tapşırdı. Pəncərəni döydükdən az sonra Yusif yuxudan oyandı və kim olduğumu soruşdu."Koxalının Mahmudam. Gəldim ki, Hacıxəlilin kəndə gəldiyini sizə xəbər verim" dedım. İçəridə bir an sakitlik yarandı. Bir neçə dəqiqədən sonra Yusifdən eşitdiyim sözlər məni təəccübləndirdi. "Get Hacıxəlilə de ki, kəndi tərk etsin. Milis dəstəsi onu axtarır. Tutan kimi gülələyəcəklər". Bu cavabı gözləmirdım. Verdiyim xəbəri eşidən kimi tez evdən çıxıb xəbərçilik edəcəyinə əmin idim. Bu, sözsüz onun ölümünə səbəb olacaqdı, çünki Hacıxəlil beşaçılanla həyətdə hazır vəziyyətdə gözləyirdi. Bəxtı gətirdi. Onun sözlərini Hacıxəlil də eşitdi. O, "Yusif, səni öldürməyə əmin etmişdim. Bu sözlərindən sonra bağışladım" dedi. Hacıxəlil Türkiyəyə qayıtdı və soralar Arıxlıya bir daha qayıtmadı". Onunla bağlı bir hadisəni də xatırlamaq yerinə düşər. Bir gün onun Aba (Becan Paşanın böyük babası) ilə arasında narazılıq yaranır. Aba bir neçə qohumu və dostu ilə Haçıxəlili ortalıqda təkləyir. Onlar xəncərlərini çəkərək Haşxalıya hücum edirlər. Haçıxəlil tək olsa da, özünü müdafiə edərək evlərinə doğru geri çəkilir. Məqsədi evdən beşaçılanı götürüb ona hücum edənlərə layiq olduğu cavabı vermək olub. Haçıxəlil xənçərdən çox məharətlə istifadə etdfiyindən qarşı tərəf sayca çox olsa da, ona ciddi zərbə bura bilməyir. Hacıxəlilin təkləndiyini görən Telli (Koxalının Mehralının arvadı) ətəyinə daş yığaraq qaynının köməyinə gəlir. Bu qaynına evdən beşaçılanı götürməyə imkan yaradır. Aba və onun qohumları izə vəziyətin pisləşdiyini görüb ən yaxşı çıxış yolunu "döyüş meydanını" tərk etməkdə görürlər.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.