FƏRMAN CEYRANLIya AÇIQ MƏKTUB

FƏRMAN CEYRANLIya AÇIQ MƏKTUB Fərman bəy, çox təəssüf edirəm ki, sən - mənim dostum Gürcüstandakı parlament seçkilərində kifayət qədər səs toplaya bilmədin. Bununla bağlı söylədiyin bəzi fikirlərlə də razılaşmamaq mümkün deyil. Nə olar, sən Gürcüstan siyasi-ictimai mühitində hələ təzəsən, inanıram ki, gələcək seçkilərdə xalq səni daha yaxşı tanıyacaq və əməllərinə müvafiq olaraq öz seçimini edəcək. Lakin sonuncu cümlən məni çox pərişan etdi:

"İndi mən bizim Azərbaycanda yasayan eloglulara səslənirəm: siz orada özünüzə umac ova bilmirsiniz, burada bizə əriştə kəsməyin, xahis edirəm."


Bax, bu cür ittihamı sənin kimi Borçalı oğluna heç cür yaraşdıra bilmirəm. Mən heç şübhə etmirəm ki, dünyanın harasında yaşamasından asılı olmayaraq, Borçalı əsilli hər bir kəsin ürəyində Vətən - Borçalı sevdası əbədi olaraq özünə yurd-yuva qurub. Onun bu yuvasını uçurmağa bəşəri qüvvələrin gücü çatmaz!

Biz bədnam qonşularımızın diaspor hərəkatına həmişə qibtə etmişik ki, oyuncaq ölkənin bu gün yaşamasında bu qüvvənin böyük xidmətləri var. Bəs biz nə edirik? Borçalını izolyasiya etməyə çalışırıq... Böyük türk dünyasından təcrid etmək istəyirik!


Biz umac da ova bilirik, əriştə də kəsə bilirik, ancaq bircə şərtlə: suyu, duzu sizdən olsa!
Borçalıların könlünü qırmaq lazım deyil, Fərman bəy!


Sizin seçicilərinizin oğullarıdır Azərbaycanda yaşayanlar, sizin seçicilərinizin qanıbir qohumlarıdır Azərbaycanda yaşayanlar, Borçalının varlığı ilə nəfəs alanlardır Azərbaycanda yaşayanlar! Onları incitmək lazım deyil, onlara düşmən gözü ilə baxmaq lazım deyil! Əksinə, onlarla yaxınlıq sizin uğurunuz ola bilər.


Hörmətlə:
Şərif KƏRİMLİ,
yazıçı-publisist,
"Borçalı" İctimai Birliyinin həmtəsisçisi
və sədr müavini.



Aşağıda Fərman Ceyranlının müraciətini də oxucularımıza təqdim edirik:



FƏRMAN CEYRANLIya AÇIQ MƏKTUB Ferman Ceyranli

Вчера в 9:32 · Грузия, Самегрело-Верхняя Сванетия, Zahesi ·


Eziz dostlar. Artig Gurcustanda kecirilen parlament seckileri arxada demek olar ki, arxada galdi.
Isterdim bezi mulahizelerimi sizinle bolusum.Esas etibari ile 2 partiya arasinda mubarize gedirdi 5 nomreli M.Saakasvilinin ve 41 nomreli indiki igtidar Gurcu arzusu.Axirinci adi cekilen partiya lazim olandan da coxunu elde etdi. Yeni 150 deputatdan texminen 30 u 5 lerin oldu. 5ler agir meglubiyyetle uzlesdiler.Proporsional gaydada 26 faizden cox,mojaritar gaydada ise azerbaycanlilar yasayan bolge Marneulini cixmag serti ile demek olar ki,her yerde uduzdular.Men neyi xususi olarag vurgulamag isteyirem.5 lere verilen seslerin yaridan coxunu azerbaycanlilar yasayan bolgeden bizim eloglular verdi.Gurcu ve diger milletden olan vetendaslar cox az bir sayda onlara ses verdiler.Belelikle M.Saakasvili artig 3 cu defedir ki,azerbaycanlilarin hesabina is gordu.
Maragli deyilmi gurcu milliyetinden olan vetendaslar demek olar ki, ses vermediler.
Dusundurucu deyilmi.
Demek ya gurculer oz devletlerini bizden az isteyir,ya da ki,biz neyi ise duz fikirlesib gerar gebul etmirik.Gelin gisaca bir tehlil aparag.Bir toplum,millet olarag gurculerin ve bizim yeni azerbaycanlilarin son vaxtlar kecdiyi tarixi yolu nezerden kecirek.Uduzdugumuzun ve duz yolda olmamagimizin sahidi olurug.Yeni Azerbaycan ve Gurcustan devletinden sohbet gedir.Biz son vaxtlar artig 2 ci defedir ki,kanistitusiyani deyiserek olkemizi orta asiya olkelerine cevririk,gurculer ise Avropa ittifagina gosulmagin bir addimligindadir.
M.Saakasvili de 3 cu defe hakimiyyetde galmagdan otru kanistitusiyani deyisdi bu onun hakimiyyetden getmesi ile sonuclandi.Gurculer Amerika en demokratik dovlet olduguna gore onlara baxib oyrenir.Hec Amerikada gormusunuzmu ki,bir prezident iki muddet isledikden sonra birde gele prezident ola.Hetta az faizle uduzub seckilerde istrak eden namized bele tekrar olarag seckilere gosulmur.
Biz ise orta asiya modelini secirik.Indi bizim bezi eloglular Azerbaycanda yasayanlar icerisinde siyasetle mesgul olanlarda var Saakasviliden yapisib el cekmirler.Gardas Gurcustan demokratik olkedir,gurcu xalginin bizimle mugayisede etdikleri onu gosterir ki,onlar bu seyleri bizden daha yaxsi bilirler.Onlar demirler ki, Misa hec ne etmeyib, edib sagolsun biz daha yaxsi seyler isteyirik.Indiki hakimiyyetin dovrunde de xeyli demokratiya sahesinde isler gorulub.Ele goturek alternativ televidieni rustavi2.Bu gun olunan acig sacig fikirlerin seslendirilmesini,secilen deputatlarimizin sayini ve s. Bu o demek deyil ki,bunlar daimi galmalidir xeyir.Bunlardan da yaxsilari gelmelidir.Gurcustan inkisaf etmelidir.Yenilikler gelmelidir.
Gorunur bizim mentalitet meselesidir bir adamdan,bir familyadan yapisanda el cekmirik nece ki,Azerbaycanda 40 ildir bunu edirik.Zennimce bu genetik bir xestelikdir muselmanlarda.Bu gun Gurcustan dovleti xususi programlar hazirlamalidir ki,bizim burada yasayan toplum gurcu dilini oyrenerek gurcu cemiyyetine,ictimayyetine,siyasetine integrasiya etsinler.Siyasi maariflendirme isleri aparilmalidir ki,adekvat secim ede bilsin.Eks tegdirde nece ki,bu gun bas verir siyasi proseslerde onlarin ayaglarindan geri cekerek ireli getmelerine manealar yaranacag.
Indi men bizim Azerbaycanda yasayan eloglulara seslenirem siz orada ozunuze umac ova bilmirsiniz,burada bize eriste kesmeyin xahis edirem.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə

“Saakaşvili artıq Gürcüstana yaxınlaşır... Nə "Gürcü arzusu”, nə də İvanaş ...

Gürcüstan, Borçalı, Siyasət
Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Gürcü politoloq Qulbaat Rtsxiladze: “Azərbaycanlıların kompakt yaşadığı əra ...

Ədəbi əlaqələr, Tiflis
“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

“Saakaşvilinin partiyası niyə parçalandı, 21 deputat onu nədən tərk etdi ?” ...

Gürcüstan, Siyasət
Ramin Bayramov: - “Qoy bu onların sonunun əvvəli olsun!”

Ramin Bayramov: - “Qoy bu onların sonunun əvvəli olsun!”

Qarayazı
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan, Siyasət
RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

RUSLAN HACIYEV: “Salome Zurabişvilinin qələbəsinə əminəm”

Gürcüstan, Borçalı, Siyasət
GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

GÜRCÜSTAN PARLAMENTİNƏ SEÇKİLƏRİN İLKİN NƏTİCƏSİ: 6 NƏFƏR SOYDAŞIMIZIN QALİ ...

Gürcüstan
Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstanda yaşayan azərbaycanlılar adından Azərbaycanda yaşayan bütün soyd ...

Gürcüstan, Borçalı
Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Diqqət, diqqət!.. BƏLKƏ MƏN SƏHV EDİRƏM?!..

Təhsil, Gürcüstan, Borçalı, Darvaz, Müşfiq Borçalı, Köşə yazılar
SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

SAVALAN MİRZƏYEV: “Boş vədlərə inanmayın”

Gürcüstan, Tiflis, Qarayazı, Siyasət
SAMİRƏ İSMAYILOVAya SƏS VERƏK!..

SAMİRƏ İSMAYILOVAya SƏS VERƏK!..

"Şərqin səsi", Bolus, Darvaz, Siyasət
Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Əbdürrəhim bəy Haqverdiyevin Gürcüstan Milli Şurasının 19 dekabr 1918-ci il ...

Borçalı, Tarix
Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Azər Süleymanov: “Əqidə dostuyuq, onu yarı yolda qoya bilməzdim...”

Tiflis, Siyasət
ASKEF-in Genel  Başkan Savaş Ünal Efendiyə

ASKEF-in Genel Başkan Savaş Ünal Efendiyə

Təbriklər, Turan
ABAY PAŞAYEV: Uzaqdan durub bizə yol göstərməyinizdən əl çəkin, xahiş edirə ...

ABAY PAŞAYEV: Uzaqdan durub bizə yol göstərməyinizdən əl çəkin, xahiş edirə ...

TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Qarayazı

"Gürcüstanda soydaşlarımız Azərbaycan dilində təhsil almaqda ciddi problem ...

Borçalı
Fərman CEYRANLI: “Əsas məqsədim azərbaycanlıları silkələyərək ayıltmaqdır”

Fərman CEYRANLI: “Əsas məqsədim azərbaycanlıları silkələyərək ayıltmaqdır”

Səhiyyə, Gürcüstan, Tiflis, Qaraçöp, Siyasət
Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Millət vəkili Azər Süleymanov: “Əqidə yoldaşlarımı yarı yolda qoyanlardan d ...

Tiflis, Borçalı, Siyasət
GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASININ İLK ALİ QANUNVERİCİ ORQANI: GÜRCÜSTAN  ...

GÜRCÜSTAN DEMOKRATİK RESPUBLİKASININ İLK ALİ QANUNVERİCİ ORQANI: GÜRCÜSTAN ...

Ədəbi əlaqələr, Tiflis, Tarix
Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

Azər Süleymanov: “Gürcü xalqı özü öz ssenarisini yazıb və yazacaq”

---
Rəy yazın: