GAHA Bolnisi rayonunda olimpiada keçirib Gürcüstan » Bolus 16 июня 2016 Gürcüstanın Azərbaycan Hüquqşünaslar Assosiasiyası (GAHA) Bolnisi rayonunda Azərbaycandilli məktəblərin şagirdləri arasında olimpiada keçirib.Olimpiadada 12 məktəbin 100-ə yaxın şagirdi iştirak edib. Test tapşırıqlarını vaxtında və düzgün yerinə yetirmiş 10 şagirdə GAHA-nın sertifikati təqdim olunub. Olimpiadanın bu mərhələsinin qalibi Naxiduri (Arıxlı) kənd məktəbinin şagirdi Turqan Suleymanova oldu. İkinci yerə isə Mamxuti (Saraclı) kənd məktebinin şagirdi Göyəy Bayramova layiq görüldü.GAHA-nın təsisçisi və layihə rəhbəri Əli Bədirov ZİM.Az-a bildirib ki, Gürcüstanın Azərbaycanlı Hüquqşünaslar Assosiasiyasının (GAHA) əsas məqsədi gənc nəslin vətəndaş və hüquqi təhsilə yiyələnmələrinə yardımçı olmaqdır: "Bu Layihdə məqsədimiz, gənclərin və yeniyetmələrin hüquq elminə marağını artırmaq və onlara stimul verməkdir. Biz istəyirik ki, onlar arasında öz hüquqlarını bilən vətəndaşlarımız, hətta hüquqşünaslarımız çox olsun. Bu tədbiri biz Tbilisidə, Başkeçiddə (Dmanisidə), Qaraçöpdə (Sagarecoda), Barmaksızda (Tsalkada), Qabalda (Lagodexidə) və Qarayazıda (Qardabanidə də) həyata keçirmişik.Layihə Payizda davam edəcək və bu Vətəndaş təhsil olimpiadası Gürcüstanın hər bir Azərbaycandilli məktəbində keçiriləcək. Sonra isə galibləri görüşdürəcəyik ki, Gürcüstan üzrə ən güclü Azərbaycan dilli məktəblərin şagirdlərini ödüllündirək." Biz də GAHA-ya bu şərəfli işində yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.