RUHUN ŞAD OLSUN, TARİYEL QƏRİBLİ!.. (1946-1998)

RUHUN ŞAD OLSUN, TARİYEL QƏRİBLİ!.. (1946-1998) TARİYEL QƏRİBLİ (1946-1998)

Tariyel Əhməd oğlu Qəribli - 1946-cı ildə
qədim Borçalı mahalındakı Bolnisi qəsə­bə­sində
(indiki Bolnisi şəhərində) anadan olmuşdur.
Əslən Saraçlı kəndindəndir.
1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir.
Uzun müddət orta məktəbdə müəllim işləmişdir.
1964-cü ildən müntəzəm olaraq mət­buatda
çıxış etməyə başlamışdır.
Şeirləri «Gürcüstan», «Azər­baycan mü­əl­limi», «Azərbaycan gənc­ləri», «Şərq qa­pısı», «Qələbə bayrağı» qəzetlərində, «Azərbaycan təbiəti» jurnalında, «Çeşmə»«Dan ulduzu» ədəbi məcmuələrində dərc olun­muşdur.

Şairin «Borc», «Koroğlu qayası», «Dərd»
və s. şeirləri xüsusilə diq­qətəlayiqdir.
İki bənddən ibarət olan «Borc» şeirində
bir-birini əvəz edən nəsillərin bir-birinə olan
borc hissəsi çox yığcam şəkildə ümumiləşdirilmişdir.
«Ata olma­san, ata qədrini bilməzsən» zərbi-məsəli bu şeirin epiqrafı ola bilər.
Şeir gənc atanın körpə övladı haqqında səmimi düşüncəsidir:

Anam nələr çəkib beşik başında,
Atalıq qayğısı necə çətindir?
Bunu körpə balam uşaq yaşında,
Mənə yavaş-yavaş «öyrədir» indi.

Bəzən yumruq düyüb ağlamağı var,
Bəzən gülümsəyib açar ovcunu.
Elə bil ki, deyir: «Tez mənə qaytar,
Nənəmə, babama olan borcunu!».

Görkəmli ədəbiyyatşünas-alim Əkrəm Cəfər «Çeşmə» məc­muəsində çap olunmuş şeirlər haq­qında söhbət açarkən yazmışdır:
«T.Qəribli «İnsanam» adlı şeirində insana həqiqətən düzgün qiymət verir».

Arzu, dilək olmayanda,
Sevən ürək olmayanda,
Elə gərək olmayanda,
Yaşamağın nə mənası?!

- deyən şair - Tariyel Əhməd oğlu Qəribli, təəssüflər olsun ki, elimzə, obamıza gərəkli vaxtında, yaradıcılığının ən gözəl çiçəkləndiyi bir zamanda 1998-ci il iyunun 2-də qəflətən dünyasını dəyişmişdir...

Allah rəhmət eləsin...Ruhu şad olsun!..

Aşağıda onun bir neşə şeirini oxucularımıza ərmağan edirik.


Müşfiq BORÇALI,
ZiM.Az


(Bax: Müşfiq MƏDƏDOĞLU (Çobanlı). Çağdaş Borçalı Ədəbi Məktəbi".
Bakı, "Azərbaycan" nəşriyyatı, 1994, səh.125-126.)



Tariyel QƏRİBLİ

RUHUN ŞAD OLSUN, TARİYEL QƏRİBLİ!.. (1946-1998) SARAÇLI


Sığınıb dağların yaşıl qoynuna,
Yenə gülüstana döndü Saraçlı.
Yayılıb sədası bütün cahana,
Dillərdə söylənir indi, Saraçlı.

Qədim adətidir qonağa hörmət,
Yoldaşa sədaqət, dosta məhəbbət,
Şadlıq bəxş eyləyib ona təbiət,
Yarandığı gündən şəndi, Saraçlı.

Bilirəm dünyada yaxşılıq itməz,
Namərdin bağında tikan da bitməz,
Ömründə heç kəsə xəyanət etməz,
Xətadan, bəladan gendi, Saraçlı.

Bu eldən güc alıb neçə sənətkar,
Aşıq Hüseyni var, Əflatunu var,
Hər yerdə tanınır Zahidlə, Yaşar,
Elmdə, hünərdə öndü, Saraçlı.

Bülbülə gülşəni, gülü şirindir,
Övladları məğrur, dili şirindir,
Hər kəsə öz yurdu eli şirindir,
Tariyel Qəribliyə kəndi, Saraçlı.


RUHUN ŞAD OLSUN, TARİYEL QƏRİBLİ!.. (1946-1998) MƏN

Demərəm bu yerə bəlkə gəlmədim,
Ömürlük buralı olasıyam mən.
Bu dağda, daşlarda qoyduğum işlə,
Əbədi tarixdə qalasıyam mən.

Sevdim bu yerlərin bahar, yazını,
Duydum elimizin xoş avazını.
Hüseynin, Əmrahın Telli sazını,
«Misri» kökü üstə qalasıyam mən.

Tariyel Qəribliyəm, söylə nə qəmim
Yığılsın başıma könül həmdəmim.
Borçalı yurdumdur doğma məskənim,
Doğma Saraçlının balasıyam mən.


ANA QORXUSU

Göydə gurultu salıb
təyyrələr uçanda
Diktor yad ölkələrdən
Efirdə söz açanda
Təlaş keçirib yaman
Narahat olur anam
Deyirəm ki anacan
Nədəndir Söylə görək
Səndə bu vahimələr
Narahatlıq
Həyacan
O deyir kövrələrək
Nə bilim ay bala mən
Dilim ağzım qurusun
Deyirəm yenə birdən
Boşaldıb ürəyini
söhbəti bitirmir o
MÜHARİBƏ sözünü
dəhşətli ən ağır
acı bir kəlmə kimi
Dilinə gətirmir o...

HƏDSİZLİK

Elə yerindəyəm təbiətin mən
Gözəllik içində itib batmışam
Yapışıb buludun ətəklərindən
Dağın zirvəsinə gedib çatmışam
Buradan aydınca görünür hər yan
Sağ tərəf meşədi sol tərəf dərə
Aşagı baxıram sankin bir zaman
Gül çiçəək yığıbdır çəmənliklərə
Görürəm dərənin düzün həddi var
Sığır bu ölçüyə həm meşə həm dağ
Görürəm hər şeyin bir sərhəddi var
Yoxdur gözəlliyin sərhədi ancaq...

RUHUN ŞAD OLSUN, TARİYEL QƏRİBLİ!.. (1946-1998) BU NƏ İŞDİ DƏDƏ QORQUD

Ölçüb biçdin hər kəlməni
Danıçanda havayı sən
Ad qoymaqda yanılmadın
Dördcə sözdən savayı sən
Qaranlığa zülmət dedin işığa nur
Seçdin sən öz vədəsində
Yaxşı odur
Yaman budur
Adı kimi uca tutub
MƏRD çağırdın ərənləri
NAMƏRD deyə damğaladın
ər oğluna yaraşmayan
nahaq bir iş görənləri
ulu kimi soy söylədin
ulu kimi boy boyladın
Nəyi gördün bu aləmdə
Nə ad verdin
Yaraşdırdın
Tək dördünün adı ilə
Mənasını qarışdırdın
O zamanlar
Sən cəmisi dördcə sözün
adını düz deməmişdin DƏDƏ QORQUD
Amma indi
...AĞI qara
Qaranı ağ eyləyən var
Düzə əyri
əyriyə düz söyləyən var
Bu nə işdi DƏDƏ QORQUD?...

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Qədim SARAÇLI kəndi

Qədim SARAÇLI kəndi

Bolus, Müşfiq Borçalı
AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

AŞIQ ƏHMƏD SARACLI (1921-1997)

"SAZLI-SÖZLÜ BORÇALI", Folklor, Bolus
ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİD Saraclı Əliyev Ramiz Sayad oğlu (25.08.1968-15.01.1993)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI  (15.IX.1968-14.06.1994)

ŞƏHİD BİNƏLİ MUSAYEV SARACLI (15.IX.1968-14.06.1994)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
Şəhid ELVİN ƏLİMƏRDANOV  (SARAÇLI) (12.12.1994-16.10.2020)

Şəhid ELVİN ƏLİMƏRDANOV (SARAÇLI) (12.12.1994-16.10.2020)

ŞƏHİDLƏRİMİZ, Bolus, UNUTSAQ, UNUDULARIQ!....
ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

ALLAH RƏHMƏT ELƏSİN, YADİGAR MÜƏLLİM!..

Bolus, Nekroloqlar
SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

SARAÇLI BAYRAM ƏLİYEV (1910-1994)

Borçalı
AŞIQ HÜSEYN SARACLININ  MƏNALI ÖMRÜNDƏN XATİRƏ

AŞIQ HÜSEYN SARACLININ MƏNALI ÖMRÜNDƏN XATİRƏ

Digər ali məktəblər, Bolus
Əflatun Saraçlı (1936-2008)

Əflatun Saraçlı (1936-2008)

TDPİ-nin Azərbaycan bölməsi, Bolus
Dilsuz Musayev: SARACLI

Dilsuz Musayev: SARACLI

Bolus
Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Ustad aşıq Hüseyn Saraçlının 100 illiyi münasibəti ilə yubiley tədbiri keçi ...

Folklor, Borçalı, Bolus, Elanlar
Hüquqşünas BƏHMƏN NAZIYEV (1956)

Hüquqşünas BƏHMƏN NAZIYEV (1956)

Bolus, Hüquq
Ulu Borçalımızın Vüqarlı Şairi - ƏLİ VÜQARLI    (1936-2012)

Ulu Borçalımızın Vüqarlı Şairi - ƏLİ VÜQARLI (1936-2012)

"SAZLI-SÖZLÜ BORÇALI", Bolus, UNUTSAQ, UNUDULARIQ!....
TALIB NİKBİN (1938-2020)

TALIB NİKBİN (1938-2020)

Bolus
HƏSƏN HACIYEV (1927-1999)

HƏSƏN HACIYEV (1927-1999)

Tiflis, Bolus
HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

HÜSEYN SARAÇLININ 100 İLLİK YUBİLEYİNƏ LAYİQLİ TÖHFƏ

Folklor, Bolus
NAKAM TALELİ VERGİLİ ŞAİR HÜSEYN SARAÇLI (1917-1937)

NAKAM TALELİ VERGİLİ ŞAİR HÜSEYN SARAÇLI (1917-1937)

Borçalı
Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Ustad aşıq Hüseyn Saraçlı ilə son müsahibə

Bolus
Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Gürcüstanda görkəmli şair Nizami Saraclı Mutlutürkün 65 illik yubileyi keçi ...

Borçalı
Tbilisidə Fəxri Xiyabanda –

Tbilisidə Fəxri Xiyabanda – "Panteoni"də dəfn olunan soydaşımız...

---
Rəy yazın: