DƏMİRLİ KƏNDİ Gürcüstan » Bolus 2 мая 2016 DƏMİRLİ - Qədim Borçalı mahalının Bolulus bölgəsində - indiki Gürcüstanın Bolnisi rayonunda Gədi çayının sol sahilində, rayon mərkəzindən 20 km qərbdə, dəniz səviyyəsindən 800 m yüksəklikdə yerləşən qədim türk kəndidir.Dəmirli kəndində 1918-ci ildə 109 nəfər, 1926-cı ildə 20 ailədə 109 nəfər, 2002-ci ildə 95 ailədə 359 nəfər, 2006-cı ildə 96 ailədə 350 nəfər nəfər soydaşımız yaşayıb.Kənddə hazırda 400 nəfərə yaxın soydaşımız yaşayır. Dəmirlidə Azərbaycan məktəbi 1931-ci ildən fəaliyyət göstərir. 2006-cı ildə Baza məktəbində 9 sinifdə 66 şagird təhsil alıb.El ağsaqqalları Nəbi Qarallı, Mədəd İbrahimov, alimlər Ənvər Şabanov, İbad Əhmədov, Əlövsət Osmanlı, müəllimlər Cəlal Osmanov, Həmid Şabanov, Azərbaycan Müdafiə Nazirliyində idarə rəisi vəzifəsində işləmiş polkovnik Tofiq Şahbazov, hərbçi və ictimaiyyətçilər Nəbi və Rasim Şahbazovlar, Əjdər Məmmədov, hazırda Moskvada yaşayan həkim-iş adamı Ramiz Şabanov, Polşada yaşayan mühəndis - iş adamı Hafiz Şabanov, həkim Dilbər Şabanova və b. bu kəndin yetirmələridir.Başkeçid rayonunda Böyük Dəmirçihəsənli (indi Qızılkilsə), Kiçik Dəmirçihəsənli (indi Şindilər) adlı kəndlər vardır. Azərbaycanın Ağdərə rayonunda Dəmirli; Bərdə rayonunda iki Qaradəmirçi, Tərtər rayonunda Dəmirçilər, Şamaxı rayonunda və Naxçıvanda Dəmirçi; Qazax rayonunun Birinci Şıxlı və Dəmirçilər ərazi bölgələrində, Qubadlı və Xankənd rayonlarında Dəmirçilər; Kəlbəcər rayonunda isə Dəmirçidam; Qərbi Azərbaycanın - indiki Ermənistanın Əbilkənd (indiki Kalinino - Taşir) rayonunda Dəmirçilər, sabiq Zəngəzur qəzasında - Dəmircili adlı kəndlər olmuşdur. Bu kəndlərin adını əmələ gətirən istər Dəmirli, istər Dəmirçi, istərsə də Dəmirçilər türklərin-azərbaycanlıların etnogenezisində yaxından iştirak edən Dəmirçilər tayfasının adı ilə bağlıdır. «XIII əsr tarixçisi Şahabəddin Nəsəvi onların Çingiz xanın nəslindən olduğunu göstərmişdir.» Onlar XVI əsrdə Türkiyənin Kars şəhəri ətrafında yaşamışlar. XIX əsrdə yaşamış M.M.Xəzəniyə görə, onlar Azərbaycana, əsasən Qarabağ xanlığına XVIII əsrdə Pənahəli xan Cavanşirin dövründə gəlmişlər. Bu kəndlərin hamısının adları «dəmirçi» etnonimi əsasında düzəlmişdir. Bu kəndlər haqqında məlumatlara 1590-cı il İrəvan əyalətinin, 1721-1728-ci il «Dəftəri-müfəssəl əyaləti Tiflis»də rast gəlmək olur. P.S.: ƏZİZ OXUCULARIMIZ!.. ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə dəBU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlıÖZ QEYDLƏRİNİZİ və DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..Böyük hörmət və ehtiramla, MÜŞFİQ BORÇALI.Ünvanlarımız:[email protected]və ya:[email protected]. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.