ARIXLI KƏNDİ

ARIXLI KƏNDİ ARIXLI KƏNDİ ARIXLI KƏNDİARIXLI KƏNDİ ARIXLI KƏNDİ ARIXLI KƏNDİ ARIXLI - Qədim Borçalı mahalının mərkəzi hissəsində - Bağ Bor­­çalının Bol­ulus bölgəsində - indiki Bolnisi rayonunda yer­ləşən ən böyük kənd­lər­dən biridir.

Rayon mərkəzindən 15 km gündoğarda, dəniz səviy­yə­sin­dən 420 m yüksəklikdə, Eh­­ram (Xram) çayının sağ sahi­lin­də, Marneuli-Bolnisi avto­mo­bil yolunun kənarında, (qədim Qırmızı kör­pü - Sar­­van - Arıxlı - Bolulus - Darvaz - Qara­bulaq - Kar­­van­saray - Pər­va­­­nə - Türkiyə ticarət yolu üstün­də) yerləşir.

Əha­li­si: 1870-ci ildə 137 ailədə 918 nəfər, 1918-ci ildə 1588 nəfər, 1926-cı ildə 306 ailədə 1585 nəfər, 2002-ci ildə siyahıya almanın nəticəsinə görə 1313 ailədə 4876 nəfər (2407 kişi, 2469 qadın), 2006-cı ildə 1357 ailədə 4942 nəfər olub. Hazırda 5000 nə­fər­dən çoxdur.

Kənd­­də Azərbaycan mək­tə­bi 1901-ci ildə yaradılıb.

2005-ci ildə 30 sinifdə 772 şagird təhsil alıb.

Hal-hazırda orta məktəb onun banisi Qori seminariyasnın məzunu Hüseyn Əfəndiyevin adını daşıyır.

El qəhrəmanları Alıağa (19-cu əsr), Koxalı Ha­­­cıxalıl ağa, Qori Seminariyasının məzunları Sirə­cəddin, Ziyəddin, Bahəddin, Murtuz və Ziyabəy Əfən­di­yev­lər, şairə Xınalı xanım, el ağsaqqalları, Ziya Əfəndi, Hüseyn Əfəndi, Hüseyn Əfəndi, Hacı Mahmud Əfəndi, Nacı Nuru, Mola Bayram, Za­man ağa, Osman ağa, Yolçu Nəbioğlu, Uzunbaşoğlu Mə­həm­məd, Mahmud Quluyev, Mehralı Cəlilov, Əmək Qəh­rəmanı Hürü Yəhyayeva, professorlar Mahmud Qəribov, Vey­­səl İsa­yev, Bayram Hacıyev, Akif Bayramov, Nizami Mus­ta­fa­yev, ve­teran müəllimlər Calal Ayvazov, Məhəmməd və Nə­bi Yol­çuyevlər, Mustafa İsmayılov, Şahbəddin Cəlilov, Hacı Hacı­yev, Mürsəl İsayev, Mahmud Mustafayev, Əmək­dar müəl­lim Mustafa Aslanov, Azərbaycan DİN-nin şöbə rəi­si, polkovnik Meh­man Mehmanov, Qəhrəman əsgər Zöh­rab Yu­nusov, icti­maiyətçilər Məhəmməd Osmanov, Nurqə­ləm Məm­mədov, Məmməd və Ramiz Yusifovlar, Rza Qur­banov, Musa Tan­rı­verdiyev, Şükür İsmayılov, jurnalist Ra­sim Arıx­lı, həkimlər İd­ris İsmayılov, İfrat İdrisov, Bəşir Mustafayev, Eyvaz İsayev və b. bu kən­din ye­tir­­mələridir.

Toponimi: Toponimika mütəxəsislərinin izahatına görə, Oğuzun vəziri Ata Eriklin, qıpçaqların Arıq tayfasının, Orta Asiyada Qıpçaq-Qaraqalpaqlarda indi də mövcud olan Arıq qövmünün adını əks etdirə bilər.
(Xatırladaq ki, XVI-cı əsrdə səlnaməçi Şəmsəddin Bitlisi Gürcüstanda Arux tayfası haqqında danışıb).

Arıxlı sözü ilə bağlı Gürcüstanda bir neçə hid­ro­toponimə rast gəlirik.

O cümlədən, Gürcüstanda Arıxlı (Bol­­nisi rayo­nunda), Dağarıxlı (Dmanisi rayonunda) oyko­nimləri, Arıxlı qala (gürcü dilində Arxi tsixe - Bolnisi rayonunda), Ulu arx (gürcü dilində Ar­xiuli), Qara arx (böyük arx), Xan arxı (Mar­neuli rayonunda) adlı hidronimlər vardır.

Qədim zamanlardan bəri əkinçiliklə məşğul olan türk­lərin-azərbay­canlıların ulu babaları suvarma işləri üçün arxlar çəkmişlər.

Odur ki, «arx» sözü hələ qədim zamanlardan qon­şu gürcü və erməni dillərinə də keçmişdir.

«Arx» sözü ilə bağlı hidrotoponimlərin qədimdən varlığı belə bir qənaətə gətirir ki, Arıxlı oykonimi arx sözü ilə «-lı» leksik şəkilçisinin birləşməsindən əmələ gəlib, ümumi məna­da əkinçilik və suvarma işləri ilə məşğul olan xalq və ya tayfa anlamını bildirib, sonradan isə Arıxlı oykoniminə çev­rilibdir. Yəni bu oykonim qədim türk­lərin bö­yük bir qolu olan qıpçaqların «Arıq» tayfasının adı əsasında təşəkkül ta­pıb.

Son illər­də qədim tarixə malik olan Arıxlı kəndinin adı də­yiş­dirilib, gürcü dilində «Naxiduri» (?!) qoyulub.

1728-ci ilin mənbələrinə görə, Dəmirçi Hə­sənli nahiyə­sində də iki Arıxlı adlı kənd olub.

Onlardan biri Arıxlıoğlu camaatı (kən­di), digəri isə Yüzbaşı tayfasının Arıx­lı ca­maatı (kən­­di) adlanıb.

1721-ci ildə tərtib olunmuş «Dəs­tü­rül-əməl»­­­­­də Arıxlı ca­maatı 60 evli iki tayfadan ibarət olduğu qeyd edildiyi halda, 1728-ci ildə tərtib olunmuş «Dəftəri-mü­fəssəli-əyaləti-Tif­lis»­də Yüzbaşı tayfasının Arıxlı camaatı 44 evdən ibarət ol­du­ğu göstərilir.

Ehtimal ki, həmin dövrdə Arıxlı camaatının bir hissəsi indiki Dağarıxlı (Dma­nisi ra­yo­nu) kəndinə köçmüş və orada məskunlaşmışdır.

ARIXLI KƏNDİ ARIXLI KƏNDİTarixi: Kənd yaxınlığında bir neçə arxeoloji məskən aşkarlanıb. Eramızdan əvvəl V-IV-cü minilləri əhatələyən məskəndə tökmə palçıqdan dairəvi möhrədamlar, maralın şaxəli buynuzundan naxışlı alət, çınqıldan günəşə, aya bənzər biçimdə qadın-ana başı heykəlciyi, gildən öküz heykəlciyi, eramızdan əvvəl III minildə yayaılmış Kür-Araz arxeoloji mədəniyyətinə aid məskəndə çınqıldan insan sifəti təsvirli fiqur aşkarlanıb.

Miladdan əvvəl II-I minillərə və eramızdan əvvəl IX-VII yüzillərə şamil olunan məskəndə, Quzeyindəki qayalı yarğanda tapılmış tuncdan ox ucları, sümük və dəmir üzəngiləri, tunc bıçaq uclarını gürcü mütəxəsisləri o vaxtlar buralarda türkdilli Bozər, sak aşirətlətinin burada yayaılmağı ilə aəaqələndrib, bu maddi mədəniyyət abidələrinin bir qismini sak tipli hesab ediblər. Kənddə X-XIII əsrlərə aid üzə çıxarılmış ikipəncərəli ibadət ocağı, onun içində quyu məzar, daş sanduqə tabutlar, səkkiz otaqlı yaşayış binasının , açıq hamamın qalıqları, cürbəcür çoxrəngli və sadə saxsı qablar əhəmiyyətkidir; Gürcü arxeoloqları (Manana Sinauridze ve b) belə qənaətə gəliblər ki, həmin yerdə şəhər var imiş, çayın yüksək qayalı sağ sahilində qəsr, aşağıda hər iki sahildə yaşayış məskənləri yerləşirmiş; kilsə də, məzarda, başqa arxeoloji örnəklərdə qıpçaq tiplidir.

(Bax: Ş.Məmmədli. Gürcüstan Azərbaycanlıları. Tbilisi, 2002.)



ARIXLI KƏNDİ P.S.:

ƏZİZ OXUCULARIMIZ!..
ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,
EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə də
BU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlı
ÖZ QEYDLƏRİNİZİ və
DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ
BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..
ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..

Böyük hörmət və ehtiramla,
MÜŞFİQ BORÇALI.

Ünvanlarımız:

[email protected]

və ya:

[email protected]



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: