AYORTA kəndi: Gürcüstan » Bolus 12 июня 2016 AYORTA (AKAURT-AKAYURD) - Qədim Borçalı mahalının Bolnisi rayonunda Maşaver çayının sol tərəfində, rayon mərkəzindən 12 km günbatarda, dəniz səviyyəsindən 720 m yüksəklikdə yerləşən kəndin adıdır. Bu oykonimi Ağa yurdu deyimiylə, yaxud türk dilindəki «aka» (böyük qardaş) və yurd sözləriylə əlaqələndirirlər. Bu kəndin adı rəsmi sənədlərdə Akaurt kimi rəsmiləşdirilib. Yaxınlıqda V-VIII əsrlərə aid iri dördkünc daşlarla hörülmüş memarlıq abidəsi aşkarlanıb. Əhalisi 1886-cı ildə 17 ailədə 110 nəfər; 1918-ci ildə 215 nəfər;2002-ci ildə 286 ailədə 1174 nəfər, 2006-cı ildə 260 ailədə 1073 nəfər olub. Hazırda 1100 nəfərdir. Kənddə Azərbaycan məktəbi 1922-ci ildə yaradılıb. Hazırda təxminən 150 nəfər şagird təhsil alıb. Filoloq-alim Razim Məmmədli, Əməkdar müəllimlər Əli və Nofəl Məmmədovlar, ictimaiyətçilər Əli Xəlilov, Vaqif Mustafayev, Veysəl Məmmədov, hüquq-mühafizəçiləri Abdulla və Hacı Məmmədovlar və b. bu kəndin yetirmələridir.AYORTA KƏNDİndən Video görüntülər... P.S.: ƏZİZ OXUCULARIMIZ!.. ULU BORÇALImızdakı bu və ya digər QƏDİM KƏNDLƏRİMİZLƏ,EL-OBALARIMIZLA, bir sözlə TOPONİMLƏRİMİZLƏ, eləcə dəBU BÖLGƏNİN MƏŞHURLARI ilə bağlıÖZ QEYDLƏRİNİZİ və DƏYƏRLİ MÜLAHİZƏLƏRİNİZİ BİZƏ YAZMAĞINIZI XAHİŞ EDİRİK!..ƏVVƏLCƏDƏN TƏŞƏKKÜR EDİR VƏ SİZLƏRƏ UĞURLAR ARZULAYIRIQ!..Böyük hörmət və ehtiramla, MÜŞFİQ BORÇALI.Ünvanlarımız:[email protected]və ya:[email protected]. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.