Ad Günün Mübarək, HƏMİD ORMANLI!.. Başkeçid, Təbriklər 15 января 2024 1720 0 1 2 3 4 5 Bu gün əziz və dəyərlidostumuz-qardaşımız,tanınmış publisist,çox hörmətlisaz-söz bilicisiHəmid Ormanlının Ad günüdür!. Həmidi ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!.. Həmid Bayram oğlu Qaralov 1982-ci il yanvarın 15-də qədim Borçalı mahalının Başkeçid adlanan əsrarəngiz gözəl cənnət bir məkanında - indiki Gürcüstan Respublikasının Dmanisi rayonundakı Ormeşən kəndində anadan olub. Azərbaycan Texniki Universitetində texnaloji sənaye maşınları və avadanlıqları mühəndisi ixtisasına yiyələnib (1998-2002). 2002-2003-cü illərdə hərbi xidmət borcunu şərəflə yerinə yetirib.2004-cü ildə ARDNŞ-nin “Azərneftyağ” Neft Emalı Zavodunda nəzarətçi vəzifəsinə işə düzəlib və qısa vaxt ərzində nəzarətçilərin növbə rəisi vəzifəsinədək yüksəlib. Hazırda mexanik vəzifəsində çalışır. Saza-sözə dəyər verən, sazın-sözün vurğunu olan Həmid Ormanlı həm də bu qədim el sənətinin bilicisi kimi tanınır. 1997-ci ildən mütəmadi olaraq dövrü mətbuat orqanlarında poetik və publisistik yazılarla çıxış edir. O, həm də 2007-ci ildən “Bakı-Ceyhan” qəzetinin Baş redaktorudur.(Bax: Müşfiq BORÇALI. Sazlı-Sözlü Başkeçid. III cild. Bakı, "Borçalı", 2016, səh. 739). Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.