ASLAN MƏMMƏDOV (1952-2016) Başkeçid, UNUTSAQ, UNUDULARIQ!.... 11 октября 2023 2055 0 1 2 3 4 5 Aslan Rüstəm oğlu Məmmədov - 1952-ci ildə Başkeçid rayonunun Səfərli kəndində dünyaya gəlmiş, 1958-ci ildə Səfərli kənd orta məktəbinin 1-ci sinifinə getmiş, 1968-ci ildə həmin məktəbi əla qiymətlərlə başa vurmuşdur. O, 1970-1972-ci illərdə hərbi xidmətdə olmuş, Vətən borcunu şərəflə yerinə yetirmişdir. 1972-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki Bakı Dövlət Universitetinə) qəbul olmuş, 1977-ci ildə həmin Universitetin geologiya fakultəsini bitirmiş, təyinatla Azərbaycan Döv-lət Neft Şirkətinə göndərilmişdir. İlk iş yeri olan Neft Şirkətinin (indiki SOKAR-ın) “Azneft” İstehsalat Birliyinin müxtəlif idarələrində neftçi-geoloq, "AzGerneft" MMC-də geoloq, Geo-fizika və Geologiya İdarəsində mühəndis-geoloq vəzifələrində çalışmış, öz sevimli peşəsini, dövlət əhəmiyyətli məsul vəzifəsini peşəkar mütəxəssis kimi 42 il vicdanla yerinə yetirmişdir.Aslan Məmmədov elinin-obasının ləyaqətli ziyalılarından idi. Doğma yurduna bağlı insan idi. Hər il məzuniyyətini Səfərlidə keçirərdi. Geoloq olmasına baxmayaraq gözəl nitq qabiliyyəti var idi. Buna görə də o, hansı məclisdə, hansı şənlikdə olardısa, həmin məclisin rəhbərliyi, aparıcılığı məhz ona etibar edilərdi.Aslan Məmmədov ömür-gün yoldaşı Zərqələm Məhəmməd qı-zı ilə səadətli həyat yaşamışdır. Ailəcanlı idi. 3 ləyaqətli övladı, gözəl-gözəl nəvələri var. Allah hər birinə yar olsun.Aslan Məmmədovun böyük oğlu - Emil Aslan oğlu Azər-baycan Dövlət İqdisad Universitetinin ümumi iqdisadiyyat fa-kultəsini (bakalavr pilləsini) və Prezident yanında Dövlət İdarə-çilik Akademiyasınin Dövlət və bələdiyyə İdarə edilməsi fakul-təsini (magistratura pilləsini) bitirmişdir. Hərbi xidmətdə olmuşdur. Bir müddət Müəllif Hüquqları Agentliyində sektor müdiri vəzifəsində çalışmışdır. 2016-cı ildən Kənd Təsərrüfatı Na-zirliyində şöbə müdirinin müavini vəzifəsində çalışır.Kİçik oğlu - Elçin Aslan oğlu Azərbaycan Dövlət İqdisad Universi-tetinin ümumi iqtisadiyyat fakultəsini (mühasibat uçotu və audit ixtisasının bakalavr pilləsini), ADA Universitetinin Biznesin təşkili və idarə olunması fakültəsini (maliyyə üzrə magistr pilləsini) və Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun Biznesin təşkili və İdarəolunması fakültəsini (maliyyə üzrə magistr pilləsini) bitirmişdir. Hərbi xidmət borcunu şərəflə yerinə yetir-mişdir. Hazırda Nazirlər Kabineti yanında "İçəri-şəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini vəzifəsində çalışır.Qızı - Səidə Aslan qızı laborant-mikrobioloqdur..Ziyalı bir ocağın SOKAR Aslanı – həyaatının ən gözəl döv-ründə, ömrünün müdriklik çağında 2016-cı ildə işıqlı dünyasına vida demişdir. Allah rəhmət eləsin. Nur içində uyusun. Amin.Sevgül SƏFƏRLİ,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.