Əlləz Ormeşənli: "GÖRKƏMLİ TÜRKOLOQ VƏ TANINMIŞ DİLÇI-ALİM MƏDƏD ÇOBANOV" Başkeçid, Bolus, Darvaz, Mədəd Çobanov 24 сентября 2023 2773 100 1 2 3 4 5 İlk öncə Türkoloq, tanınmış dilçi, onomastikaşunas və toponomist alim, Nyu-York Elimər Akademiyasının akademiki, filologiya elimləri doktoru, professor Mədəd Namaz oğlu Çobanova Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun!!!... Mən professor Mədəd Çobanovu 1966-ci ildə Başkeçidin Ormeşən 8-illik məktəbini bitirdikdən sonra, məktəb yoldaşarımla birlikdə sənədlərmizi qonşu Bolnisi rayonundakı Darvaz kənd orta məktəbinə verən ərəfələrdən tanıyırdım. O, bizə IX sinifdə oxuyanda tarix dərsi demişdir... Mədəd müəllim kimdir? Mədəd müəllim 1937-ci ildə Borçalı mahalında ağır ellərdən biri olan Darvaz kəndində anadan olmuşdur. Darvaz eli ilə Ormeşən kəndi arasında, keçmiş ağsaqqallar elə bir dostluq körpüsü salmışlar ki, həmin dostluq körpüsü yenə də davam edir. Bu kəndlər bir-birinə qız verib-qız almış və qan qohumu olmuşlar. Bu dostluğun təzahürü olaraq Mədəd müəllim bizim kəndimizdən və başqa kəndlərdən gəlmiş uşaqlara həmişə humanistliklə yanaşardı. Mədəd müəllimin böyüklüyü onda idi ki, Darvaz kəndindən olan uşaqlarla, başqa kəndlərdən gələnlər arasında ayrı seçkilik etməzdi. Mədəd müəllim Darvaz orta məktəbində işlədiyi ərəfədə, həm də, 1960-ci ildə oxuyub başa vurduğu A.S.Puşkin adına Tbilisi Dövlət Pedaqoji İnstitutunda (sonralar S.S.Orbelianinin adına olan Tbilisi Dövlət Pedaqoji Universitetində) dərs deyirdi. Mədəd müəllimin nailiyyətləri Borçalı elinə şərəf gətirmişdir. O, 1973-cü ildə filologiya elmləri namizədi, 1978-ci ildə dosent, 1992-ci ilin fevral ayında filologiya elimləri doktoru, oktyabr ayında isə professor elmi adına layiq görülmüşdür. Mədəd müəllimin ömürü boyu əldə etmiş olduğu naliyyətləri haqqında, geniş və ətraflı məlumat almaq üçün, onun tərcümeyi - halında tanış ola bilərsiniz. Mədəd müəllim, bir sözlə, mənim qəlbimdə mərd, etibarlı, qoçaq, zəhmətkeş bir alim kimi öz yerini tapıb. Mədəd müəllim təmiz, saf qəlibli bir ziyalı idi. Mən onun şahidiyəm ki, Mədəd müəllimə 2011-ci ildə mənim yazmış olduğum “Borçalıda qədim Ormeşən eli” kitabını təqdim edəndə O, bu kitabı özününkü kimi qəbul etdi və alqışladı. Bu kitabın nə kimi dəyərli olduğunu, təmiz və saf qəlbli bir ziyalı kimi, geniş və ətraflı rəyini bildirdı. Mədəd müəllimin yazmış olduğu rəyi, mənim yazmış olduğum “Xalqa elə məhəbbətin bəhrəsi” kitabından oxuya bilərsiniz. Mədəd müəllim öz dəsti-xətti ilə yazmış olduğu “Professor Mədəd Çobanov - 70. ELM FƏDAİSİ” kitabını mənə təqdim etdi. İndi isə sizlərə, həmin kitabda öz əli ilə mənə yazmış olduğu xoş sözləri sizlərə təqdim edirəm.Görkəmli türkoloq və tanınmış dilçi-alim Mədəd Çobanov həyatdan köçməsinə baxmayaraq, onun əməlləri yaşayacaq və hörmətlə yad olnacaqdır. Yenə Mədəd müəllimə Allah rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun...Əlləz Vəliyev (Ormeşənli)Azərbaycan Yazıçılar Birliyininvə Azərbaycan Jurnalistlər Birliyinin üzvü,“Qızıl Qələm” mükafatı laureatı.Prezident təqaüdçüsü (2020-2021).Bakı şəhəri, 24.09.2023ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.