Xalaoğlu Zaur, doğum günün mübarək!.. Başkeçid, Təbriklər 25 июля 2021 TƏBRİK EDİRİK!..Bizim Borçalıda xaloğluluq bir ayrı ritualdı. Xaloğluluq münasibəti ən şirin, ən səmimi, ən doğma münasibətlərdən biri kimi qorunur. Nə xoş halıma ki, mənim də bir xeyli yaxşı xalaoğlularım var. Onların yarısı özü öz yerinnən bitəndi. Yarısını da özüm qazanmışam. Rastıma çıxan yaxşı adama xaloğlu deyirəm. Hüseyn Arifin aşıq Hüseyn Xaloğlusu, Nəriman Həsənzadənin aşıq İman Xaloğlusu kimi faktlar onlarladır. Bu gün həmin o mənim xaloğlular siyahımda Zaurun doğum günüdür. Qutlu olsun! Keçənlərdə Babək Məmmədli ilə mənim Başkeçiddən, İncə dərəsinnən, Əsrik dərəsinnən, İsmayıllıdan bəri əziyyətimizi çəkib. Mənnən tək umduğu şeirdir. Elə bilir mən də şeir yazıram. Gördüm bu günnən o yanı yoxdur. Mən də qıjanıb bir qaralama elədim. İşə baxın ki, bu cıqılı cızmaqara daha ciddi işlərlə məşğul olan xaloğlu Ramili də (Omarovu) tərpədib. Özü də necə tərpədibsə xaloğlu təbinin qabağında dura bilməyib hadisə törədib şeir yazıb. XALAOĞLUQutlu olsun doğum günün,Yüz yaşaynan, ay xaloğlu.Mənnən Babəkə çaxır süz,Özünə də çay, xaloğlu.Bir ismarıcım var sənə,Qoy qırılmasın ənənə,Bir də gedək Ormeşənə,Qurtarmamış yay, xaloğlu.Düşdü səfər yada yenə,Uzaq dursun qada yenəUcalıq ver ada yenəGörüm səni bay, xaloğlu.Həmid ORMANLI. * * * Bugün sənin ad günündü, mübarək,O gün olsun yüz yaşını qeyd edək.Diləyimdir, hər arzuna çatasan,Layiqincə öz yerini tutasan...Atan, Anan feər eliyir qardaımm,Xalam oglu, həm də dostum, yoldaşım.Daim sənin xoş sorağın eşidək,Harda olsan, təm-tərahin eşidək...Xala oglu, qoy uğurlarin çox olsun,Dərdin varsa, dərdin-sərin yox olsun.Həyat sənə, daim sevinc gətirsin,O sevincdən bizə bir pay yetirsin... Ramil OMAROVZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.