El ağsaqqalı Marat Orucov (1946-2015)

El ağsaqqalı Marat Orucov (1946-2015) EL AĞSAQQALLARIMIZI
TANIYAQ VƏ TANIDAQ!..


Marat Hüseyn oğlu Orucov - 1946-cı il dekabr ayının 10-da
qədim Borçalı mahalının əsrarəngiz Başkeçid bölgəsində,
indiki Gurcustanin Dmanisi rayonunda ziyalı ailəsində anadan olub.

Başkeçid (indiki) Dmanisi rayonundakı 1 nömrəli rus orta məktəbini biririb. Uzun müddət İdman kompleksində məşqçi işləyib. Neçə-neçə məşur idmançılar yetişdirib. Daha sonra ərzaq dükanında müdir vəzifəsində çalışıb.

Marat Orucov nəinki doğma kəndinin, eləcə də,
bütün rayonun kasıb ailələrinə həmişə əl tutub,
arxa-dayaq olub. Camaat arasında böyük hörmət
və nüfuz qazanıb. El-obada sayılıb-seçilən,
sözü eşidilən el ağsaqqallarından olub.

Marat Hüseyn oğlu Orucov 2015-ci ildə uzun sürən xəstəlikdən sonra vəfat edib, dünyasını dəyişib. Amma gözəl insan və tanınmış xeyriyyəçi kimi indi də yaddaslarda yasayır.

El ağsaqqalı Marat Orucov (1946-2015) Biz də dəyərli soydaşımız, unudulmaz eloğlumuz, tanınmış el ağsaqqalı, əziz və hörmətli Marat Hüseynoğluna Allahdan rəhmət diləyir, "Ruhunuz şad, Məkanınız cənnət olsun!.." - deyirik.


Bəsti MƏMMƏDOVA,
"Borçalı" nəşriyyatının,
"Şərqin səsi" və "Elm və təhsil" qəzetlərinin,
"ZiM.Az" və "Zirve.info" saytlarının
redaksiya heyətlərinin Fəxri üzvü
və Gürcüstan nümayəndəliyinin rəhbəri,
"ZİRVƏ" Mükafatı laureatı

ZiM.Az


.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: