Polkovnik-leytenant ƏLLƏZ OVÇUYEV (1943) Gürcüstan » Başkeçid 5 апреля 2019 EL AĞSAQQALLARIMIZI TANIYAQ VƏ TANIDAQ!...Əlləz İbrahimxəlil oğlu Ovçuyev - 1943-cü il fevralın 1-də Ulu Borçalımızın qədim Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonunda qədim kummer türklərinin diyarı və yadigarı olan Qəmərli kəndində anadan olmuşdur. 1960-cı ildə Qızıl-kilsə kənd orta məktəbini, 1968-ci ildə Rostov Ümumqoşunlar Hərbi Məktəbini, 1978-ci ildə Osetiya Dövlət Universitetinin tarix və hüquq fakültəsini Fərqlənmə diplomu ilə bitirmişdir. Əlləz Ovçuyev uzun müddət SSRİ silahlı qüvvələrində xidmət etmişdir. O, 1990-cı ildə Sovet ordusunun Bakıda törətdiyi qanlı cinayətə görə “Qızıl” orduda xidmətdən imtina etmiş, artıq 10 ilə yaxındır ki, çalışdığı Zalqa rayonunun hərbi komissarı vəzifəsindən istefa vermiş, doğma Azərbaycana gəlmiş, Xalq Azadlıq Hərəkatına qoşulmuş, öz bilik və bacarığını Qarabağa yönəltmişdir. O, Qırmızıbazar döyüşlərində 2 dəfə ağır yaralanmışdır. 5 aylıq müalicədən sonra yenidən döyüşə qayıtmaşdır. Ağdərə istiqamətində gücləndirilmiş hərbi hissənin komandiri təyin olunmuşdur. Rəhbərlik etdiyi hərbi hissə Toneşen-1, Toneşen-2, Dəstəgül kəndlərini azad etmişdir. Ə.Ovçuyev 1993-cü ilin iyun ayında təkrarən yaralandığına görə ehtiyata buraxılmışdır. Lakin Vətən məhəbbəti onu rahat buraxmamışdır. Ə.Ovçuyev müalicəsi tam başa çatmamış yenidən ön cəbhəyə yollanmışdır. Həmin ilin oktyabrında Füzuli istiqamətində gedən döyüşlərə fəal iştirak etmışdir. O, burada hərbi hissənin komadiri kimi Horadiz qəsəbəsinin, eləcə də Haramı düzününün və Zelyonkanın azad olunmasında qəhrəmancasına və mərdliklə iştirak etmiş, Seyid Əhmədlidə keçirdiyi gərgin döyüşdə sonuncu dəfə ağır yaralanmışdır. 1994-cü ildə qaziliyinə görə ordudan təxris olunmuşdur. Hazırda təqaüddə olan polkovnik-leytenant Əlləz Ovçuyev ictiami işlərdə fəallıq göstəir, “Borçalı” ictimai cəmiyyətinin fəallarındandır.Uşaqlıqdan saz-söz vurğunu olan Əlləz Ovçuyev son illərdə ədəbi yaradıcılıqla da ciddi məşğul olur. O, geniş oxucu kütləsinin rəğbətini qazanmış “Borçalı nağılları”, “Borçalı əfsanələri” (“Üstün ev”, 2011) kitablarının müəllifidir. Bu əsərlərdə o, Borçalıların türklüyünü, mərdanəliyini, vətənpərvərliyini hiyləgər qonşusu olan hayqarlarla (ermənilərlə) mübarizədə həmişə qəhrəmanlıqla vuruşduğunu və qalib gəldiyini nağıl dili ilə şərh etmişdir. Əsərlərin yazı üslubu həm yeniyetmələr, həm kiçik yaşlı uşaqlar, həm valideynlər üçün maraqlıdır.Şair Aftandil Qəmərli polkovnik Əziz Ovçiyevə həsr etdiyi “Mayor Əlləz” sərlövhəli şeirində yazır:Qürbətdə doğma el düşəndə yada,Əsirmi qəlbində tel, mayor Əlləz?Elin yaddaşına həkk olunubsan,Unudarmı səni el, mayor Əlləz?Dosta qartal dedin, düşmana qarğaSözlərin olubdu qulaqda sırğa.Sənsən coşğun dəniz, tufan, qasırğa,Yıxa bilməz səni yel, mayor Əlləz.Sağ olsun Əliyev İlhamın səri,Xeyirə açıldsın qoy qədəmləri.Vətən gözləyirik on ildən bəri.Sizə bağlamışıq bel, mayor Əlləz.Nərə çək, yürüş et sən Qarabağa,Bizim ürəyimiz qoy dönsün dağa.Düşmən qabağında olsun qurbağa,Düşmanın bağını dəl, mayor Əlləz.El deyir, Əlləzin yolunu bəklə,Gəl gözəl arzuyla, gözəl diləklə.Səni gözləyirik duzla, çörəklə,Dön bir də vətənə gəl, mayor Əlləz.Aslanın, Qartalın babasısan sən, Babəkin həm suyu, havasısan sən,Şirin körpələrin yuvasısan sən,Xoşdur arzuların bil, mayor Əlləz.Qoca qartal qayalardan enən döy,Şair, yanar bir alovdu, sönən döy.Öldürsələr dediyindən dönən döy,İstər Aftandilə gül, mayor Əlləz.Şair Ələddin Danaçıyev isə Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycan xalqının qeyrətli oğlu, polkovnik Əlləz Ovçuyevə ithaf etdiyi “Dağ vüqarlı dağlar oğlu” sərlövhəli şeirində yazmışdır:Uca boylu ər oğlu ər,Qorxu bilməz döyüşdə nər.Bir qeyrətli hərbiçidir,Vətən üçün axıdıb tər.Zəhlənkar əsgəri güdər,Çətin işə özü gedər.Bir fərari görsə əgər,Yerindəcə tənbeh edər.Əsgər üstə olmuş gözü,Nəsihətli dədə sözü.Serjant Ceyhun Əliyevə,Təşəkkürü vermiş özü.Vətən dərdi ana-ana,Şahidlərə yana-yana.Babək, Koroğlu qeyrəti,Aşlayardı, əsgər qana.Səngərləri sökə-sökə,Düşmən qanı tökə-tökə.Çartazı azad eylədi,Yağı beli bükə-bükə.Tutdu Harami düzünü,Gördü qatillər üzünü.Horadizə çatar-çatmaz,Dağıtdı düşmən yüzünü.Əmr etdiyi hər bir sözü,Dönə-dönə yoxlar özü.Dedi alaq yurdumuzu,Qınamasın ellər bizi.Peşəkardı adı bəlli,Bəsf etdiyim bizim elli.O dağlarda cavan idi,İndi olub bəyaz telli.İçib dağların suyunu,Bilir Başkeçid soyunu.Dağ vüqarlı dağlar oğlu,Gəzib Əyriqar boyunu.Yurd dərdinə qalıb Əlləz,Ağır yara alıb Əlləz.Vətən üçün tez sağalıb,Əsgər yola salıb Əlləz.Biz də tanınmış el ağsaqqalı, təqaüddə olan polkovnik-leytenant Əlləz Ovçuyevə uzun ömür, möhkəm cansağlığı, şəxsi həyatında və bədii yaradıcılığında yeni-yeni uğurlar arzulayırıq!..Müşfiq BORÇALI,ZiM.AzBax:Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". II cild. Bakı, 2015, səh. 103-107. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.