Polkovnik MEHMAN SƏLİMOV (1955)

Polkovnik MEHMAN SƏLİMOV  (1955) Mehman Əmirxan oğlu Səlimov - 1955-ci il avqustun 12-də
Ulu Borçalımızın qədim və gözəl Baş­ke­çid elində,
indiki Gür­cüstan Res­­­publikasının Dmanisi ra­­­­­yo­nundakı
Qızıl-Kilsə kəndində anadan olmuşdur.
1962-ci ildə Dmanisi rayo­nunun 1 saylı rus orta məktəbinin
I sinfinə daxil olmuş, 1973-cü ildə isə həmin məktəbi
müvəffəqiyyətlə bitir­miş­dir.
1974-cü ildə Do­netsk Ali Siyasi Hərbi məktəbinə daxil olmuş və 1978-ci ildən 1984-cü ilədək Kiyev Hərbi Dairəsinin hərbi hissə­lərində komandirin siyasi məsələlər üzrə müavini vəzifəsində xidmət etmişdir.
1984-cü ildə V.İ.Lenin adına Hərbi-Siyasi Akademiyaya daxil olmuş və 1987-ci ildə Akademiyanı bitirmişdir.
1987-ci ildən Za­qaf­qaziya Hərbi Dai­rəsində tank alay komandirinin siyasi mə­sələ­lər üzrə müa­vini vəzifəsində xidmət etmişdir.
1990-1991-ci illərdə mo­toatıcı diviziyası ko­man­dirinin müavini-siyasi şö­bənin rəisi vəzifəsində çalışmışdır.

Mehman Səlimov 1992-ci ildə Bakı­ya qayıtmış, Azər­baycan Silahlı qüv­vələrinə könüllü da­xil ol­muşdur.
1992-ci ilin 26 yan­varından sentyabr ayına qə­dər müdafiə na­zirinin köməkçisi - şəxsi heyyətlə iş ida­rə­sinin rəisi və­zi­fə­sində xidmət etmişdir.
15 sentyabr 1992-ci ildən mart ayına qədər döyüş zo­na­sına ezam olmuş və hərbi hissəyə komandanlıq edərək Ağ­dərə-Ağdam istiqamətində döyüş əməliyyatlarına rəhbərlik etmişdir. 1993-cü ilin mart ayından 1993-cü ilin noyabr ayı­na qədər Azərbaycan Prezident Aparatında hərbi qurucu­luq məsələləri üzrə şöbə müdirinin müavini vəzifəsində işlə­miş­dir. 1994-cü ilin yanvar ayından 172 saylı hərbi hissə ko­mandirinin şəxsi heyyəti üzrə müavini vəzifəsinə təyin olun­muşdur, Füzuli-Kəlbəcər rayonları uğrunda döyüşlərdə işti­rak etmişdir. 1995-ci il 22 martdan-1995-ci il 26 aprelə qədər Müdafiə Nazirliyinin şəxsi heyyətlə iş idarəsinin rəis müa­vini olmuşdur.

Azərbaycan Respublikası Prezidentinin fər­manı ilə 1995-ci il iyun ayında Müdafiə Nazirinin müa­vini,
hərbi siyasi idarəsinin rəisi
təyin edilmişdir və 1999-cu ilin iyul ayında həmin vəzifənin ixtisarı ilə əlaqədar
Azərbaycan ordu­sundan tərxis olunmuşdur. Hal-ha­zırda hərbi təqaüdçüdür.

1994-cü il 5 oktyabrda Azərbaycan Respublikası Prezi­den­­ti­nin fərmanı ilə Gəncə şəhərində
Dövlət çevrilişi cəh­di­nin qarşısının alınmasında rəhbərlik etdiyinə görə
“Azər­bay­can Bayrağı” ordeni ilə təltif olunmuşdur.

1995-ci il mart ha­disə­ləri­nin qarşısının alınmasında fəal iştirak etdiyinə görə vaxtın­dan əvvəl
Polkovnik hərbi rütbəsi ilə təltif olunmuş­dur.

O, Müdafiə Nazirinin müavini vəzifəsində xidmət edərkən mü­dafiə nazirliyinin mətbuat xidməti
“Azərbaycan Ordusu” qə­zetinə rəhbərlik etmişdir.
1999-cu il sentyabr ayından ehti­yatda olan zabitlərin konfederasiyasına üzv olmuş,
2000-ci ilin dekabr ayından Ehtiyatda olan Zabitlərin Azərbaycan-NATO Əməkdaşlıq İctimai Birliyinin
sədri
seçilmiş və 2001-ci ilin mart ayından Qeyri-Hökumət Təşkilat Forumunun üzvü qə­bul edilmişdir.
Mehman Səlimov 2000-ci ilin yanvar ayından “Az-Me­dia” analitik informasiya agentliyinin direktoru vəzifəsin­də çalışmışdır.

Biz də polkovnik Mehman Səlimova uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..

Müşfiq BORÇALI,
ZiM.Az


Bax:
Müşfiq BORÇALI. "Borçalı ensiklopediyası",
3-cü cild. Borçalı Ulduzları. B. 2001, səh.153;
Müşfiq BORÇALI. "Sazlı-sözlü Başkeçid".
2-ci cild, B., 2015, səh. 133-135



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: