80 YAŞIN MÜBARƏK, USTAD!..

80 YAŞIN MÜBARƏK, USTAD!.. TƏBRİK EDİRİK!..

2018- ci il, iyun ayının 18-də
Başkeçiddə boy atan şairlərin,
yazarların ustadı
şair Mədəd Coşqunun
80 yaşı tamam olur.
İçimdə bu haqda
bir yazı yazmaq borcu
yarandı...

İsmayılov Mədəd İsa oğlu
1938-ci il, iyun ayının 18-də Başkeçid rayonu, Gəyliyən kəndində dünyaya göz açıb. Hələ körpə yaşlarından taleyi üzünə gülməyən Mədəd bir tərəfdən ata sığalına, qayğısına həsrət qalır, digər tərəfdən Böyük Vətən müharibəsinin törətdiyi ağrı- acılardan, çətinliklərdən keçməli olur. Bu çətinliklərə baxmayaraq orta məktəbi qızıl medalla qurtarır. Ali məktəbə qəbul olmaq üçün Bakıya gəlməyə maddi imkanı olmadığından Tiflisdəki Dövlət Pedaqoji İnstitutuna daxil olur. Ağır, qayğılı günlər, maddi sıxıntılar keçirən istedadlı bu gənc ali məktəbi də qırmızı diplomla bitirir.

Tanrının ona verdiyi fitri istedadın, ilhamın nəticəsi olaraq gözəl şeirlər yazır. Yazdığı şeirləri o zamankı qəzet və jurnallarda dövrü olaraq dərc olunur, radio və televiziyada səslənir. Oxucuları, dinləyiciləri qarşısında odlu- alovlu, coşqun çıxışları onu şeir sevərlərə, poeziya vurğunlarına, eləcə də hamıya Mədəd Coşqun kimi tanıdır.
Bu yazımla Mədəd Coşqunun yaradıçılığını, onun şeirlərini təhlil etmək fikrində deyiləm. Çün ki, onun yaradıcılığı geniş elmi təhlilə ehtiyacı olan böyük elmi mövzulardır. Bircə onu qeyd etmək istəyirəm ki, Mədəd Coşqun az sözlə böyük məna yükü olan çoxlu sayda şeirlər müəllifidir.
Bir neçə nümunə ilə kifayətlənirəm:

Salam, Qırat dalğalı,
Məcnun sevdalı Qara dəniz!
Gəl etibarlı dost olaq-
Oxşarıq səninlə mən,-
Sən sahil vurğunusan,
mənsə - Vətən!

Və ya

Bəzən dünya kəsrə bənzər,
Düşünsək dərin-
dəyərsizlər başından basır
dəyərlilərin.

Və ya

Səni sevməyim də ölüm,
sevməməyim də ölüm...
Bu ölümlərdən
hansını seçim, gülüm?

Və ya

Deyirlər adi kağızdır şəkil,-
ətsiz, qansız,
həyacansız.
Belədirsə əgər,
bəs nədən,
Şəklinə hər baxanda
sarsılıram mən?

Mədəd Coşqun 15 kitab müəllifidir. Əsərləri gürcü, abxaz, türk, rus, ingilis dillərinə tərcümə olunub.
Novator şair kimi ədəbiyyatımıza dörd, üç, iki, hətta bir hecalı şeir formaları gətirib.

İctimai aktivliyinə görə rayon partiya komitəsində məsul vəzifələrə təyin olunub. Həmin vəzifələri şərəflə, vicdala icra edib. Ömrünün ən məhsuldar və böyük hissəsini Dmanisi rayon partiya komitəsinin orqanı olan " Trialeti" qəzetinin azərbaycan şöbəsinin redaktoru kimi fəaliyyət göstərib. Bu müddət ərzində Başkeçiddən boy göstərən neçə- neçə gənc yazarlara yol göstərərək, əlindən tutub poeziyaya gətirib, atalıq qayğısı göstərib. Bu gün ədəbi mühitdə imzaları yetərincə tanınan Səadət Buta, Knyaz Aslan, Etimad Başkeçid, Vəli Qaraçaylı, İsaxan İlyazoğlu, Sədi Yaradanqulu, Məhəbbət Nizam, Yasəmən Pünhan və adlarını çəkmədiyim bir çox söz adamlarının, şairlərin yaradıcılığında Mədəd Coşqunun rolu danılmazdır. Bizim tanışlığımız da elə onun "Trialeti" qəzetində redaktor işlədiyi vaxta düşüb.

Bakıdakı 1 N-li fizika- riyaziyyat təmayüllü orta məktəbi bitirəndən sonra Azərbaycan İnşaat Mühəndisləri institutuna daxil oldum. Hələ orta məktəbdə oxuyarkən şeirlər yazırdım. 1982- ci ilin yazı idi. Şeir dəftərimi götürüb rayon mərkəzinə, redaksiyaya getdim. Bir xeyli iş otağının qapısı ağzında müxbirlərlə söhbətini dinlədim. Otağında tək qalmağını gözləyirdim. Nəhayət, qartal baxışlı şair qapıda gözlədiyimi görüb məni içəri dəvət etdi. Yer göstərdi, əyləşdim, təşəkkürümü bildirdim. Gəlişimin səbəbini soruşanda utana- utana şeir dəftərimi şairə uzatdım. Aldı, vərəqlədi, oxudu, müəyyən qeydlər etdi. Başını qaldırıb hansı kənddən olduğumu, harda təhsil aldığımı soruşdu və dedi:

- Əngirəvan kimi füsunkar təbiəti olan bir kənddə doğulub, böyüyüb, şair olmamaq günahdır.

Yazılarıma iradlarını bildirdi, tövsiyyələrini verdi. Sözə, şeirə, poeziyaya daha məsuliyyətlə yanaşmağımı, çoxlu bədii ədəbiyyat oxumağımı, mütaliə etməyimi tapşırdı. Onun iş otağından böyük ümidlərlə çıxdım. İçimdə güclü bir inam işığı yanmağa başlamışdı. Hər sözü, söhbəti poeziya olan bu şairlə görüşümün sevincindən san ki, qanadlanıb uçurdum.

Tanışlığımız belə başladı. 25 yaş məndən böyük olan şair Mədəd Coşqun o gündən mənə mənəvi ata, güvənc yerim olan böyük qardaş, etibarlı və sədaqətli dost oldu. Şeirlərimi bir neçə dəfə " Trialeti" qəzetində dərc etdirdi. " Kimin yoxsa məhəbbəti", "Mən gözəllik aşiqiyəm", " Açıl, sabahım, açıl", "Sevgisiz ömür olmur" adlı şeir kitablarımı təmənnasız redaktə etdi, ön söz yazdı. Sözün, poeziyanın sirlərini öyrədə- öyrədə mənə müəllimlik, ustadlıq eləyib. İndi mənim 55, onun isə 80 yaşı var. Yenə də hər an yazılarımda ustadım Mədəd Coşqunun tövsiyyələrinə ehtiyac duyuram.

Mədəd Coşquna bir insan kimi böyük itkilər, sarsıntılar yaşadan taleyi, bir şair kimi onun yazıb -yaratmağına da ağır zərbələr vurdu. Gidi dünya şairə oğul itkisi yaşatdı. Borçalının gözəllik tacı sayılan Başkeçid elləri yurd- yuvalarından perik düşdülər. Zalım fələk ömür- gün yoldaşını əlindən aldı. Bütün bunlar az imiş kimi ömrünün ahıl vaxtında şairin ürəyinə ikinci dəfə bala dağı çəkildi. Ustadımın bu sıxıntılarını ona həsr etdiyim bir şeirimdə belə deyirəm:

Gör neçə payız, qış, bahar, yay keçib,
Yenə dünya sənlə düz gəlmir, ustad.
Ömrün fəsillərə oxşar, tay keçib,
Yenə dünya sənlə düz gəlmir, ustad.

Qaynar gəncliyini əlindən aldı,
Sevdiyin sonanı gölündən aldı,
Şənliyi, sevinci elindən aldı,
Yenə dünya sənlə düz gəlmir, ustad.

Sən məddah olmadın, yaltaq olmadın,
Ucaldın, dağ oldun, alcaq olmadın,
Bar verdin, bəhrəsiz bir bağ olmadın,
Yenə dünya sənlə düz gəlmir, ustad.

Dağ çəkdi sinənə uca vaxtında,
Qəm, kədər öyrətdi xoca vaxtında,
Ömrünün bu kövrək, qoca vaxtında,
Yenə dünya sənlə düz gəlmir, ustad.

Şeirinin hər biri basılmaz ordun,
Alınmaz qəsrlər, qalalar qurdun.
Sözün- söhbətinlə isindi yurdun,
Yenə dünya sənlə düz gəlmir, ustad.

Ruhundan keçibdi cığırım, yolum,
Könlündən başlayıb yağışım, dolum,
Qayıt şeiriyyata, qurbanın olum,
Bəlkə deyilməmiş söz gələ, ustad.
Onda dünya sənlə düz gələr, ustad!

Səksən yaşın mübarək, ustad!..
Sənə can sağlığı və saldığın bağın meyvəsindən gözü dolu dadmağını arzulayıram.
Səksən illik yubileyinə yazdığım bu yazımı iki bənd şeirlə yekunlaşdırıram:


Hər sözü, söhbəti əlvan naxışlım,
Uca dağ vüqarlım, qartal baxışlım,
İldırım sədalım, şimşək çaxışlım,
Neyləyim, ay ustad, neyləyim sənə?

Qəzənfər nə desin Tanrı yazana?
Arzumdu sağlam ol, ömrün uzana!
Boynumda haqqın var- çoxa, aza nə,
Neyləyim, ay ustad, neyləyim sənə?

Qəzənfər Məsimoğlu

17. 02. 2018


REDAKSİYADAN:


Biz də sevimli qələm dostumuz Qəzənfər Məsimoğlunun səmimi təbrikinə, xoş arzularına
və bir-birindən gözəl olan ürək sözlərinə qoşulur, dəyərli ziyalımız, müdrik el ağsaqqalı,
tanınmış şair-jurnalist-tərcüməçi və ictimai xadim, Ustad Mədəd Coşqunu
qarşıdan gələn 80 illik yubileyi münasibətilə ürəkdən təbrik edir,
ona uzun ömür, möhkəm cansağlığı və yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!..

Dr. Müşfiq BORÇALI,

ZiM.Az



.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Mədəd COŞQUN (1938):

Mədəd COŞQUN (1938): "İstərəm sinəndə ölüm, Başkeçid..."

"SAZLI-SÖZLÜ BORÇALI", TDPİ-nin Azərbaycan bölməsi, Borçalı, Başkeçid, Arxiv
İNANIRAM Kİ, BU SÖZ BÖYÜYƏCƏK

İNANIRAM Kİ, BU SÖZ BÖYÜYƏCƏK

Başkeçid, Təbriklər
MƏDƏD COŞĞUNA Başsağlığı

MƏDƏD COŞĞUNA Başsağlığı

Borçalı, Nekroloqlar
MƏDƏDİN NURU  (Böyük alim, Mədəd Çobanovun 80 illik yubileyinə)

MƏDƏDİN NURU (Böyük alim, Mədəd Çobanovun 80 illik yubileyinə)

Humanitar elmlər, Gürcüstan, Borçalı, Başkeçid, Bolus, Darvaz, Təbriklər, Mədəd Çobanov
USTAD ŞAİR 60-IN SORAĞINDA

USTAD ŞAİR 60-IN SORAĞINDA

"Elm və Təhsil", Təbriklər
Bundan gözəl nə var, Mədəd müəllim!..

Bundan gözəl nə var, Mədəd müəllim!..

Poeziya, Borçalı, Arxiv, Mədəd Çobanov, Ramiz Abdullayev
BİLAL ƏNSƏR:

BİLAL ƏNSƏR: "Baş Keçidi yazmışam, Ləmbəlimlə sıx sirdaş..."

Qərbi Azərbaycan, Başkeçid
Qəzənfər MƏSİMOĞLU (1963):

Qəzənfər MƏSİMOĞLU (1963): "Mən Gözəllik aşiqiyəm..."

"SAZLI-SÖZLÜ BORÇALI", "Şərqin səsi", Başkeçid
MƏDƏD MÜƏLLIM!

MƏDƏD MÜƏLLIM!

Fond, Humanitar elmlər, Poeziya, Müsabiqə, Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
ƏBDÜLƏLİ İBRAHİMSOY:

ƏBDÜLƏLİ İBRAHİMSOY: "GECİKMİŞ MƏKTUB" (Ustadım Mədəd Çobanov haqqında Es ...

Humanitar elmlər, Borçalı, Bolus, Darvaz, Qarayazı, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ İSLAM MÜƏLLİM!..

TDPİ-nin Azərbaycan bölməsi, Gürcüstan, Tiflis, Təbriklər
DƏYƏRLİ İNSAN

DƏYƏRLİ İNSAN

Poeziya, Bolus, Darvaz, Təbriklər, Müşfiq Borçalı
İBRAHİMXƏLİL:

İBRAHİMXƏLİL: "KÖKLƏDİ KÖNÜL SAZINI..."

Bolus, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Səadət BUTA:

Səadət BUTA: "AY MƏDƏD MÜƏLLİM!.."

Borçalı, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov
Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA  Minnətdarlıq məktubu

Sədi Yaradanqulunun MÜŞFİQ BORÇALIYA Minnətdarlıq məktubu

"SAZLI-SÖZLÜ BORÇALI", Darvaz, Arxiv, Müşfiq Borçalı
Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qardabanidə ustad aşıq Aslan Kosalının ev muzeyinin açılışı olub

Qarayazı
DƏDƏ MƏDƏD

DƏDƏ MƏDƏD

Poeziya, Darvaz, UNUTSAQ, UNUDULARIQ!...., Mədəd Çobanov, Müşfiq Borçalı
TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

TƏBRİK EDİRİK, İSLAM MÜƏLLİM!..

"Gürcüstan", Tiflis, Təbriklər
AY MƏDƏD OĞLU!...

AY MƏDƏD OĞLU!...

"SAZLI-SÖZLÜ BORÇALI", Müsabiqə, Darvaz, Arxiv, Müşfiq Borçalı
Mədəd müəllim, 80 nə yaşdı?...

Mədəd müəllim, 80 nə yaşdı?...

Təbriklər, Mədəd Çobanov
Rəy yazın: