MƏMMƏDƏ AĞI

MƏMMƏDƏ AĞIMƏMMƏDƏ AĞI "Şərəf" ordenli şairə
Saədət Butanın
mərhum oğlu
MƏMMƏDƏ AĞI


Əzizinəm, təzə dən,
Köhnə xırman, təzə dən,
Məmməd getdi ay Buta,
Geri gəlməz təzədən.

Dağlar, qarın ağlasın,
Bağça, barın ağlasın,
Heyif sənə, ay Məmməd,
Sənin yarın ağlasın!

Əzizinəm, bu dağı,
O dərəni, bu dağı,
Buta necə çəkəcək?
Fələk çəkən bu dağı?

Dağların dumanı var,
Qarı var, boranı var.
Məmmədi itən Buta,
Dağ olub, tufanı var!

BU DÜNYA

İnsan oğlu, sən əbədi dеyilsən,
Milyon illərdi ki, vardı bu dünya.
Sənli - mənli kimlər gəlib - gеdibdi,
Çox bizi kimləri gördü bu dünya.

Bəzən yandırandı, ocaqdı-közdü,
Bəzən kеf-damaqdı, söhbətdi, sözdü,
Kimə gül-çiçəkli bahardı, yazdı,
Kimiyə borandı-qardı bu dünya.

Kimiyə hicrandı, kədərdi, qəmdi,
Kimə еyş - işrətdi, özgə aləmdi,
Kimiyə cənnətdi, baqi-İrəmdi,
Kimiyə qəfəsdi, dardı bu dünya.

Kimiyə zəhərdi, kimiyə baldı,
Kimiyə dəymişdi, kimiyə kaldı,
Kimnən danışandı, kimiynən laldı,
Kimiyə kələkdi, tordu bu dünya.

Salmana da az olmayıb divanı,
Itib ədaləti, yox kərəm-kanı,
Çılpaq yola salar gеdən insanı,
Yaman dəliqanlı, kürdü bu dünya.

Salman QAZİ,
ZiM.Az



Ay BUTA

Fələk bizə atmadığı,
De qaldımı daş, ay Buta.
Ürəymizi dərd yandırdı,
Yanağmızı yaş, ay Buta.

Qanatdı köhnə yaranı,
İtirdin Məmməd balanı.
Yaradan bəxti qaranı,
Yaratmaya kaş, ay Buta.

Mədəd Çoşqun bil ixtiyar,
İtirdiyi nələri var -
İki bala, bir xanım yar,
Yoxdu başda huş, ay Buta.

Mədəd ÇOŞQUN,
ZiM.Az



A MƏMMƏD

Məğrur idin, əyməmisən başını,
Tale zəhər etdi şirin aşını.
Axı nədən söylə can yoldaşını,
Gözlərini yaşlı qoydun, a Məmməd.

Rəhmin gəlmədimi yazıq anana,
Sizdən ötrü şama dönüb yanana.
Bəs necə qıydın sən cavanca cana,
Bağrımızın başın oydun, a Məmməd.

Quruyarmı de ananın gözləri,
Saldın qəlbimizə qəmi-qəhəri.
Vədəsiz köç etdin,acı xəbəri,
Elinə-obana yaydın, a Məmməd.

Doğmalar içində hamıdan əziz,
Bir ömür yaşadın bulaq tək təmiz.
Sənin yoxluğuna dözəmmirik biz,
Sən ki,mələklərə taydın , a Məmməd,
Ananı gözü yaşlı qoydun, a Məmməd.

Pərvanə Zəngəzurlu,
ZiM.Az



BUTA

(Məmmədin vaxtsız ölümünə)


Tanrı şairliyi yazdı adına,
İlhamın yolundan dönmədi, Buta.
Yandın bir ilahi eşqin oduna,
Alovun səngiyib sönmədi, Buta.

Sənə yar olmadı Abbas yarın da,
Ömrün çiçəklədi ahu-zarında.
Dərdinə ağladı misraların da,
Bəxtini dindirdin dinmədi, Buta.

Əzəldən pozuldu arzun, diləyin,
Qəm beşiyin oldu, kədər bələyin.
Hardaydı insafı zalım fələyin,
Əlindən alanda Məmmədi, Buta.

Qəzənfər MƏSİMOĞLU,
ZiM.Az



Ay BUTA

Gördü sənin ağlar gözün,
Nə qeyli-qallar, ay Buta.
Anlamazlar duymaz səni,
Qananlar anlar, ay Buta.

Eşit məni, a sultanım,
Vəfası yox bu cahanın.
Gəlib-gedən hər insanın,
Ömrü masallar, ay Buta.

Oğul dərdi oyar səni,
Nar tək sıxar soyar səni.
Yaman günə qoyar səni,
Bağlanar yollar, ay Buta.

Dünyanın çox yazarı var,
Hərənin bir azarı var.
Fələyin can bazarı var,
İşləmir pullar, ay Buta.

Mehmet Nizaməddin söylər,
Könül yıxar boş gileylər.
Mövlam özü gözəl eylər,
Səbir edə qüllar ay Buta.

Mehmed NİZAMƏDDİN
Turkiyə, Cıldır vilayəti.
ZiM.Az



MƏMMƏD

Qara sevdalı Butanı,
Ellərə bildirdin, Məmməd.
Qaynadıb eşq peymanını,
Qəmilə doldurdun, Məmməd.

Sənə müsafir gəlmişdim,
Halal əpəyini yemişdim.
Sənə öz yavrum demişdim,
Gönüllər sındırdın, Məmməd.

Aşıq Əli Rıza ağlar,
Xətirini əziz saxlar,
Xəzan oldu güllü bağlar,
Bir şair öldürdün, Məmməd.

Aşıq Əli RIZA,
Türkiyə
ZiM.Az



Məmməd balana, ay Buta

Ağlamaq üçünmü gəldin,
Söylə cahana, ay Buta.
Dağın duman, yaylağın çən,
Dərddən divanə, ay Buta.

Gözlərində qəm kölgəsi,
Şeirnin dərd hər kəlməsi.
Dört yetim çoçuq nənəsi,
Oda pərvanə, ay Buta.

Bu dunyanın işi sirdi,
Kim ağladı, kimlər güldü.
Hər işin başı səbirdi,
Yalvar Mövlana, ay Buta.

Qış ömrünü yaza bağla,
Ürəyini saza bağla.
Ümüdünü sözə bağla,
Səs sal Turana, ay Buta.

Aşıq Bilal dada gəldi,
Demə kimnən xata gəldi,
Yazan yazdı qada gəldi,
Məmməd balana, ay Buta.

Aşıq Bilal ENSARİ,
Kars,
ZiM.Az



Ay BUTA

Məclislər dügünlər toy yaraşıqı,
Mutlu günlər gerdə qaldı, ay Buta.
Həsrətinin dağı eyleşmez yara,
Gönül bağı xəzəl oldu, ay Buta.

Geçələri zindan yata bilməyən,
Kam etkarı baştan ata bilməyən,
Arzu muradına yetə bilməyən,
Bəklenmeyen gəldi buldu, ay Buta.

Şahbazoğlu, fəryat edip dögünmə,
Al yerinə karaları geyinme,
Sitem edip kaderine deginme,
Verən verdi, alan aldı, ay Buta.

Enser ŞAHBAZOĞLU,
Kars,
ZiM.Az








.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Rəy yazın: