GENERAL CAVANŞİR MƏMMƏDOVA AĞIR İTKİ ÜZ VERİB Başkeçid, Nekroloqlar, UNUTSAQ, UNUDULARIQ!.... 8 января 2018 730 Azəbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, hazırda təqaüddə olan polis general-mayoru cənab Cavanşir Məmmədova ağır itki üz verib.ZiM.Az xəbər verir ki, general-mayor Cavanşir Məmmədovun böyük qardaşı PAŞA MÜƏLLİM 2018-ci il yanvarın 7-də vəfat edib.Cavanşir Məmmədova qardaşının vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, yaxınlarına və bütün doğmalarına dərin hüznlə başsağlığı veririk.ZiM.AzALLAH RƏHMƏT ELƏSİN!..Paşa Qəhrəman oğlu Məmmədov - 24 dekabr 1933-cü ildə qədim Borçalı mahalının Başkeçid (indiki Gürcüstanın Dmanisi) rayonundakı Şahmarlı kəndində anadan olub. İkinci sinifdə oxuyanda II Dünya müharibəsi başlayıb. İptidai təhsilini doğma kəndlərində alan Paşa Məmmədov 5-ci sinifdən sonra təhsilini qonşu Kalino rayonundakı Radişev adına rus orta məktəbində davam etdirib. 1957-ci ildə orta məktəbi müvəffəqiyyətlə bitirib. Rayon İstehlak Cəmiyyətində təcrübə keçdikdən sonra 2 il yarımlıq kurs bitirib. 1958-1961-ci illərdə mağaza müdiri işləyib. 1961-ci ildə ali təhsil almaq üçün Bakıya yollanıb. M.F.Axundov adına Azərbaycan Dövlər Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutuna (indiki Bakı Slavyan Universitetinə) daxil olub. 1965-ci ildə ali təhsilini uğurla başa vuraraq doğma kəndinə qayıdıb və buradakı natamam orta məktəbdə rus dili müəllimi təyin olunub. Bir il sonra o, qonşu Qəmərli kəndindəki orta məktəbə rus dili müəllimi göndərilib. 1973-cü ildə pedaqoji təcrübəsi və idarəçilik bacarığı nəzərə alınaraq Qəmərli kənd orta məktəbinin direkroru vəzifəsinə irəli çəkilib. 3 il sonra isə Başkeçid (indiki Dmanisi) rayon Məişət Xidməti Birliyinin rəisi təyin olunub. 3 il bu vəzifədə çalışdıqdan sonra daha 3 il Rayon Kənd Təsərrüfatı Həmkarlar Komitəsində metodist vəzifəsində çalışıb. 1985-cildə Hamamlı, Səfərli, Məmişli, Boğazkəsən və Əngirəvan kənd sovxozları birləşdirildikdə Dmanisi Rayon Komminist Partiyası Komitəsinin Birləşmiş Hamamlı maldarlıq sovxozunda Azad Partiya təşkilatının sədri seçilib. Kommunist Partiyası buraxılana qədər – yəni, 1991-ci ilə kimi bu vəzifədə çalışıb. 1992-ci ildə Azərbaycana, Bakı şəhərinə köçüb, bir müddət Qaradağ rayon Polis İdarəsi nəzdində Mühafizə şöbəsinin Sement Zavodunun mühafizəsi üzrə sahə rəisi vəzifəsində çalışıb. Paşa Məmmədov həm də gözəl ailə başçısı idi. Əslən Başkeçiddən olan ömür-gün yoldaşı Maya xanım Mahmud qızı ilə birlikdə 4 övlad - 3 qız, 1 oğlan böyüdüb boya-başa çatdırıblar. Hamısı da ali təhsilli və ailəlidirlər. Qızları - Aygün xanım Azərbaycan Dövlət Neft və Sənaye Universitetində rus dili müəllimi işləyir.Sevinc xanım Bakı Slavyan Universitetinin psixologiya fakültəsini bitirib. Kiçik qızları Arzu xanım isə Rusiya Federasiyasının Samara şəhərində yaşayır. Oğlu - İlqar Məmmədov polis polkovnikidir, Bərdə Rayon Polis Şöbəsinin rəisidir.Bir sözlə, qayğıkeş ata, mehriban baba olan Paşa müəllim həm də hörmətli el ağsaqqalı idi.O, 2018-ci il yanvarın 7-də vəfat edib.... Paşa Qəhrəman oğlu Məmmədovun vəfatından kədərləndiyimizi bildirir, mərhumun ailəsinə, ömür-gün yoldaşı Maya xanıma, oğlu - polis polkovniki, Bərdə Rayon Polis Şöbəsinin rəisi İlqar Məmmədova, qızlarına, nəvələrinə, bir sözlə, bütün yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı veririk.Paşa müəllimin əziz xatirəsi onu tanıyanların qəlbində hər zaman yaşayacaq.Allah rəhmət eləsin!.. Ruhu şad, Məkanı cənnət olsun!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.