RUHUN ŞAD OLSUN, MƏMMƏD!.. Başkeçid, Nekroloqlar 14 апреля 2017 Azərbaycan Respublikası "Təhsil" Mərkəzinin rəhbəri,"Borçalı" İctimai Birliyinin sədr müavini,“Ziya” qəzetinin və "ZiM.Az" saytının Baş redaktoru Müşfiq BorçalıBorçalımızın tanınmış el anası,"Şərəf" ordenli şairəSƏADƏT BUTAya əziz oğluMƏMMƏD ABDULLAYEVin vaxtsız vəfatından kədərləndiyini bildirir, mərhumun bütün əzizlərinə,yaxınlarına və doğmalarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin!.. Qəbri nurla dolsun!.. Məkanı cənnət olsun!..Ruhu şad olsun!.. ZiM.Az"Şərqin səsi"REDAKSİYADAN:Aşağıda iki il öncə Bakıda işıqüzü görmüş"Sazlı-Sözlü Başkeçid" adlı kitabımızınIII cildində çap olunmuş Məmməd Abdullayevin qısaca tərcümeyi-halını, bir şeirini, iki rübaisini və istedadlı qələm dostumuz hörmətli İradə xanım Kövrəyin böyük ürək ağrı-acısı ilə Səadət Butaya xitabən təzəcə yazdığı bir şeirini ZiM.Az-ın dəyərli oxucularına təqdim edirik!..Məmməd ABDULLAYEV(1970)Məmməd Abbas oğlu Abdullayev 1970-ci ildə - Ulu Borçalımızın qədim Başkeçid elində - indiki Gürcüstanın Dmanisi rayonundakı Qızılkilsə kəndində dünyaya göz açıb. 1987-ci ildə orta məktəbi, 1992-ci ildə Azərbaycan Dövlət İnşaat Mühəndisləri Universitetini bitirib. Hazırda “Azərsu” Açıq Səhmdar Cəmiyyətində aparıcı mühəndis işləyir. Ədəbiyyata marağı, saza-sözə sevgisi hələ kiçik yaşlarından ona, bu dünyadan nakam getmiş atası saz-söz vurğunu Abbas Abdullayevdən və anası tanınmış şairə Səadət Butadan keçib. Aşağıda Məmməd Abdullayevin bir neçə şeirini oxucularımıza ərmağan edirik.RÜBAİLƏRMən tənha deyiləm, inanın buna,Mənim anam - həm atadır, həm ana.Abbasın oğluyam - mən övladıyam,İlhamın atəşi düşübdür cana.Böyüyündən uca tutan sözünü,Əvvəl deyən axırıncı sözünü,Çox aşağı, qanacaqsız insandi,Pis işlərdən çəkməz bir an gözünü.GƏRƏKDİRSalam verdim, salamımı almadın,Müsalmana ədəb-ərkan gərəkdi.Əl uzadıb əhvalımı sormadın,Mərd kişiyə yaxşı ad-san gərəkdi.Yoldan çıxan çox olubdu cahanda,Axırdasa cavab verib divanda.O dünyada sorğu-sual olanda,Yaxşılara cənnət-məkan gərəkdir.Məmməd, sözün gəl söyləmə nadana,Salam nədi, bilərmi heç divana.İnsanlığı, ar-namusu bir yanaQoyanlara zülmət zindan gərəkdir.(Bax: Müşfiq Borçalı. "Sazlı-Sözlü Başkeçid". Bakı, III cild, 2015, səh. 687-688.) AY BUTA, DƏRDİNƏ DƏRDLƏRİM QURBAN...Bilmirəm nə deyim vallah! Səhərləri ancaq qara xəbərlərlə açırıq. Son günlər bir neçə yaxın adamı itirmişik. Allah səbr versin bizə. Bu səhər də görkəmli şairəmiz Səadət Butanın böyük oğlu, gözünün ilk ovu Məmmədin vəfat xəbərini eşitdim. Çox sarsıldım. Allah soyuqluq versin anasına, əzizlərinə!Ay Buta, üzüldüm acı xəbərdənTufanmı apardı balan Məmmədi?Ağzında dad idi, könlündə baharSənin dərdlərinə qalan Məmmədi!Əcəl köhlənini çapdı apardı,Bağından ətirli gülü qopardıƏzrayıl qılınclı qanlı çapardıO idi qəlbindən çalan Məmmədi.Ay Buta, dərdindən sızladım, yandımQəmlərdən, hicrandan yaman usandım...Eşitdim yol üstə -mən onu andımSəni dərd oduna salan Məmmədi...İradə KÖVRƏKZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.