AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!.. TƏBRİK EDİRİK!..

Bu gün istedadlı şairə, tanınmış qiraət ustası, təcrübəli mədəniyyət
və incəsənət xadimi,
"Borçalı" İctimai Birliyinin
İdarə Heyətinin üzvü
Nazilə xanım Səfərlinin
Ad günüdür!..


Nazilə Səfərli (Cəfərova)
1979-cu il yanvarın 25-də
Ulu Borçalımızın
qədim Başkeçid (indiki
Gürcüstan Respublikasının
Dmanisi) rayonunda
anadan olub.

Uşaqlıq illəri Bolnisi rayonundakı Kazreti qəsəbəsində keçib.
Elə orta məktəbə də Kazreti qəsəbəsindəki 2 №-li orta məktəbdə qədəm qoyub.

Ötən əsrin 90-cı illərində Borçalıda baş vermiş məlum olaylardan sonra 1993-cü ildə ailəliklə Bakı şəhərinə köçməyə məcbur olublar.
Bakının Suraxanı rayonunda məskunlaşıblar.

nazilə Cəfərova 9-cu sinifi 270 №-li orta məktəbdə oxuyub.
Sonra təhsilini Xətai rayonundakı 269 saylı orta məktəbdə davam etdirib.

Orta məktəbi bitirdikdən sonra Rusiyanın Vladimir şəhərindəki Aviamexanika İnstitutunun hüqüq fakultəsiə daxil olub.
Ali məktəbi bitirdikdən sonra yenidən Bakıya qayıdıb.

Nazilə xanım həm də gözəl anadır. Evlidir, 2 oğlu var: Nurlan və Turan. Hər ikisi tələbədirlər.

Nazilə Səfərli şeir yazmağa 13 yaşından başlayıb.
İlk şeri 19 yaşında "Kredo" qəzetində çıxıb.
Sonradan uğurları bir-birini əvəz edib.

"Mən günəşə sən mənə bax", "Səni məndən soruşurlar", "Sazla sevişən mələk" və "Qayalara yaz ki..." adlı şeirlər kirabları nəşr olunub.
"Abdulla Şaiq", "Məshəti Gəncəvi", "Xurşud Banu Natəvan", "XXƏ Əsrin Ziyalısı""Qızıl Qələm" mükafatlarına layiq görülüb.
"Qarabağ harayı" şer müsabiqəsinin qalibi olub.
Bədii qiraətə görə "Qızıl Mikrofon" Oskar naminasiyasına layiq görülüb.

"Aşıq Pəri" məclisinin üzvüdür, hal-hazırda el şənliklərinin təşkilatı ilə məşğuldur.

Nazilə xanım səfərli eyni zamanda "Nazilə" qızlar ansanblının rəhbəridir.
O, toylarımızda aparıcılıq edir, gəlinlərimizin bir-birindən gözəl Xına məclislərini böyük şövq və ustalıqla təşkil edir.

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NAZİLƏ XANIM SƏFƏRLİ!.. Uğurları artmaqdadır.
Gürcüstanda, Rusiyada, İranda, İsraeldə, Türkiyədə, Belarusiyada və başqa
ölkələrdə qastrol
səfərlərində olub.

Nazilə xanım hazırda həm də respublikamızın və Ulu Borçalımızın ictimai həyatında da fəali iştirak edir.

O, "Borçalı" İctimai Birliyinin İdarə Heyətinin üzvü və "İncəsənət" şöbəsinin müdiridir.


Biz də "Borçalı" İctimai Birliyinin İdarə Heyəti və "ZiM.Az"-ın Yaradıcı Heyəti adından
çox hörmətli Nazilə xanımı ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı,
xoşbəxtlik, ailə səadəti, yaradıcılığında və ictimai fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..

Aşağıda Nazilə xanımın bir neçə şeirini oxucularımıza ərmağan edirik.

Müşfiq BORÇALI,
ZiM.AZ



SAZ
Məni susduran da dindirən də sən,
Sinələr üstündə naz eylə, naz-naz.
Məni ağladan da, güldğrən də sən
Ey boyu sürahı, beli incə saz.

Sənin qüdrətindi məni yaşadan,
Varlığın ayırar pisi yaxşıdan.
Niyə yoxdu sənin tayın, yaşıdın?!
De nə doğulubdu nədən üncə, saz?

Səndə bir tilsim var, söylə nə işdi?
Səni yaradanın yeri behiştdi.
Çəmənlər donunu, daim dəyişdi,
Ey gülü solmayan zərif, qönçə saz.

Dağların qarı da əridi getdi,
Yarpaqlar torpaqda çürüdü getdi,
Dinsizlər yanından yeridi getdi,
Sən Tanrı bəxş edən nursan, məncə saz
Ey boyu sürahi, beli incə saz.

Mən günəşə,
sən mənə bax...


Gəl birlikdə seyrə çıxaq,
Allahnan laləyə baxaq,
Yerə vurub min naxışı,
Səpələnsin yaz yağışı,
Gizlənməyə yer axtaraq,
Mən yağışa, sən mənə bax.

Başdan-başa su içində,
Dodaq tamın öpüşün də,
Ova çıxmış ovçu sayaq,
Kahada ocaq qalayaq,
İsinməkçün kösövündə,
Mən ocağa, sən mənə bax.

Sonra yağış dayananda,
Göy qurşağı boylananda,
Durduğumuz yerdən çıxaq,
İslanmış paltarı sıxaq.
Oğrun-oğrun gün çıxanda,
Mən günəşə, sən mənə bax.

Duyğular

Mən bir ətirşaham, sən yabanı gül,
Nəğməyə oyadar balanı bülbül.
Güllərin nəşəsi təb verər ona,
Təbiət bürünər nəğməli dona.

Sən bir yaz havası - günlü, yağışlı,
Mən bir yaz günəşi ürkək baxışlı.
Yağıb sulayarsan uca dağları,
Mən də isidərəm bağça-bağları.

Günəşlə torpağın doğmalığı var,
Ocağı su ilə söndürmək olar.
Yetişsə duyğular dada hər zaman,
Dünyada heç bəndə qalmaz nagüman.

Nədir Məhəbbət

Sən hardan biləsən nədir məhəbbət?
Tanrım o duyğunu sənə verməyib.
Ulduz-ulduz səpib sevən qəlblərə,
Sevənlər içində səni görməyib.

Qocalıb gedirsən, nəfəs töyşüyür,
Əlin buza dönüb, qəlbin üşüyür,
Ürəyə baş qoyan daim yaşayır,
Torpağa baş qoyan, bir də durmayıb.

Sevgi bir yuvadı, uçmaz, dağılmaz,
Sevgi bir bulaqdı, bitməz, soğulmaz,
Sevgi bir qönçədi, açılsa, solmaz,
Bədbəxt o kəslərdi, onu görməyib,
Tanrım məhəbbəti sənə verməyib.

VƏTƏN OĞLU

Vətən oğlu, vətən sənin anandı,
Süd əmmisən, halal-halal xoşundu.
Nanəciblər vətəninə dadandı,
Yaxşı igid vətən üçün qoşundu.

Uca dağlar səndən vüqar istəsə,
Qeyrət, mənlik, düz əhdi-ilqar istəsə,
Xəstə anan yataqda qar istəsə,
Çıx Kəpəzə, Kəpəz sənin qışındı.

Qardaş, ata-anan, bacındı vətən,
Ev-eşiyin, qapın-bacandı vətən,
Darıxanda səni qucandı vətən,
Namərd olsan, gözlərində yaşındı.

Qəm ləşgəri ayaq alsa üstünə,
Dağları bürüyən duman, tüstü nə?!
Yağı dursa torpaq üçün qəsdinə,
Ver torpağa qurban qara başındı.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Nazilə Səfərli = Həyatı və yaradıcılığı

Nazilə Səfərli = Həyatı və yaradıcılığı

Borçalı, Poeziya
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

"Borçalı" Cəmiyyəti
Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

Ad gününüz mübarək, Hörmətli Salman Müəllim!..

TDPİ-nin Azərbaycan bölməsi, Başkeçid, Təbriklər
Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Nazilə SƏFƏRLİ: “Ruhum çirklənəndə şeirlərim də tükənir” (MÜSAHİBƏ)

Poeziya, Borçalı, "Borçalı" Cəmiyyəti
Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Şairə Nazilə Səfərli: “Ərə gedəndən sonra ağ günə çıxdım...”

Borçalı, Poeziya
AYDIN HÜSEYNOV (1936-2002)

AYDIN HÜSEYNOV (1936-2002)

Başkeçid, UNUTSAQ, UNUDULARIQ!....
YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

YUBİLEYİNİZ MÜBARƏK, HÖRMƏTLİ ZİYADXAN MÜƏLLİM!..

Bolus, Təbriklər, Müşfiq Borçalı
Ad günün mübarək, KƏRƏM MÜƏLLİM!...

Ad günün mübarək, KƏRƏM MÜƏLLİM!...

"Borçalı" Cəmiyyəti
TƏBRİK EDİRİK, HÖRMƏTLİ MEHPARƏ XANIM!...

TƏBRİK EDİRİK, HÖRMƏTLİ MEHPARƏ XANIM!...

Bakı, Təbriklər
DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

DOĞUM GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ MUSA MÜƏLLİM!..

Darvaz, Təbriklər, "Borçalı" Cəmiyyəti
Təbrik edirik, cənab nazirimiz hörmətli KƏMALƏDDİN HEYDƏROV!...

Təbrik edirik, cənab nazirimiz hörmətli KƏMALƏDDİN HEYDƏROV!...

Azərbaycan, Təbriklər
Ad gününüz mübarək, hörmətli Sona xanım!..

Ad gününüz mübarək, hörmətli Sona xanım!..

"Şərqin səsi", Poeziya, Müsabiqə, Təbriklər, Qərbi Azərbaycan
Yubileyiniz mübarək, hörmətli Fərqanə xanım MƏHYƏDDİNQIZI!..

Yubileyiniz mübarək, hörmətli Fərqanə xanım MƏHYƏDDİNQIZI!..

Müsabiqə
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NƏRGİZ XANIM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ NƏRGİZ XANIM!..

Təbriklər
BİZ ONLARLA FƏXR EDİRİK!

BİZ ONLARLA FƏXR EDİRİK!

Başkeçid, İdman
Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Qabaqcıl müəllim, təcrübəli pedaqoq, vətənpərvər və yurdsevər ziyalı - SÜRA ...

Məktəblər, Başkeçid
AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ELŞAD MÜƏLLİM!..

AD GÜNÜNÜZ MÜBARƏK, HÖRMƏTLİ ELŞAD MÜƏLLİM!..

Qarayazı, Təbriklər
Sona Abbasəliqızı:

Sona Abbasəliqızı: "Mənim ruhum bu torpağa bağlıdır..."

---
AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ HƏMKARIMIZ, ÇOX HÖRMƏTLİ FİRƏNGİZ XANIM ...

AD GÜNÜNÜZ MÜBARƏK, ƏZİZ VƏ DƏYƏRLİ HƏMKARIMIZ, ÇOX HÖRMƏTLİ FİRƏNGİZ XANIM ...

Təbriklər
NAZİLƏ NİHAN (1955)

NAZİLƏ NİHAN (1955)

Müsabiqə
Rəy yazın: