Nicat Vəliyev: “Qələbəmi ordumuza həsr edirəm” Başkeçid, İdman 9 июля 2016 Bu il aprel ayının ilk günlərində Almaniyanın Heyger şəhərində WFMC versiyası üzrə interkontinental kəməri uğrunda keçirilən mübarizədə Azərbaycan Kikboksinq Federasiyasının üzvü, “Caspian” İdman Klubunun idmançısı Nicat Mehman oğlu Vəliyev inamlı qələbə qazanıb.Almaniyali kikboksçu Tim Müller üzərində qələbə qazanan idmançımız Zim.Az -a açıqlamasında qələbəni Azərbaycan əsgərlərinə həsr etdiyini bildirib.Nicat Vəliyev müharibə şəraitində olan ölkəmizin müdafiəsi üçün bütün idmançılar kimi daim hazır olduğunu qeyd edib: "Dünən gözəl xəbər aldıq. Ordumuz uğurlu əməliyyat keçirib və düşmənə ağır zərbələr vurub. Bu gün hər kəs vətənimizin güclənməsinə çalışmalıdır. Belə qələbələr xalqımıza lazımdır. Şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Biz də daim vətənimizin müdafiəsinə hazırıq. İdmançıların qələbələri xalqı, dövləti, milləti üçün olmalıdır. Bu qələbəmizi də xalqımıza, ordumuza həsr edirəm”.Biz də Zim.Az-ın bütün yaradıcı heyəti və eləcədə Borçalılılar adından gənc və bacarıqlı idmançımız Nicat Vəliyevi bu şanlı qələbə münasibətilə ürəkdən təbrik edir və ona yeni-yeni uğurlar, nailiyyətlər, qələbələr arzulayırıq!..Qeyd edək ki, Nicat əslən Ulu Borçalımızın qədim Başkeçid rayonundakı ağır ellərindən olan Yırğançay kəndindəndir. Atası Mehman Vəliyev tanınmış jurnalist-yazıçıdır. Uzun müddətdir ki, Azərbaycan Dövlət Televizya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində çalışır, "Beynəlxalq Radio"nun direktor müavinidir. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.