Zaur Darğallı: Bu gün Azərbaycan və Gürcüstan müstəqil ölkələr olaraq böyük uğurlar qazanıblar Gürcüstan, Tiflis 16 января 2019 Gürcüstan və Azərbaycan xalqlarının çox oxşar xüsusiyyətləri var. Hər iki xalq 1918-ci ilin mayında müstəqil dövlət qurublar. Müəyyən səbəblərdən bu dövlətlər süqut etsələr də, sonradan - 1980-ci ilin sonları 1990-cı ilin əvvəllərində müstəqillik uğrunda mübarizəyə başlayıblar.Bu sözləri AZƏRTAC-a müsahibəsində Kvemo Kartli bölgəsinin qubernatorunun müavini Zaur Darğallı söyləyib.O deyib: “Çox təəssüflər olsun ki, müstəqillik uğrunda mübarizəyə başlayan hər iki xalq bu yolda qurban verməli olub. Hər ilin 9 aprelində gürcü xalqı öz şəhidlərini anır. Azərbaycan xalqı isə 1990-cı ilin Qanlı Yanvar hadisələrindən sonra hər il 20 Yanvar şəhidlərinin xatirəsini ehtiramla yad edir. Bu günlərdə Azərbaycan səfirliyinin təşkilatçılığı ilə Gürcüstanın müxtəlif bölgələrində 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur, şəhidlərin xatirəsi ehtiramla anılır”.Z.Darğallı bildirib ki, tarixə Qara Yanvar kimi yazılan bu hadisəni Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin parlaq qələbəsi kimi qiymətləndirilməlidir. Azərbaycan xalqı 20 Yanvar hadisələri zamanı göstərdi ki, o, öz müstəqil dövlətini qurmağa qadirdir.Siyasətçinin sözlərinə görə, Azərbaycan müstəqil dövlət olaraq, bu gün yüksək sürətlə inkişaf edir.“Bu gün həm Azərbaycan, həm də Gürcüstan müstəqil ölkələr olaraq regionda və dünyada böyük uğurlar qazanıblar. Strateji tərəfdaş olaraq biz birgə bir sıra vacib layihələr həyata keçiririk. İnanıram ki, qurbanlar hesabına qurduğumuz, şəhidlərimizdən bizə miras qalmış Azərbaycan və Gürcüstan dünya birliyində daha böyük nailiyyətlər qazanacaqlar”, – deyə Zaur Darğallı vurğulayıb.Xətayi ƏzizovAZƏRTAC-ın xüsusi müxbiriTbilisiZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.