Təsərrüfatçılar üçün yeni güzəştli vergi təklifi Gürcüstan, Borçalı 6 марта 2018 Gürcüstan hökuməti, daha dəqiq desək, Gürcüstan Maliyyə Nazirliyi yeni reformalar dalğası çərçivəsində, yeni vergilər təşəbbüsü irəli sürüb. Təşəbbüs Gürcüstanda kiçik təsərrüfatçıların həvəsləndirilməsi, güzəştli vergi rejiminin daxil edilməsini nəzərdə tutur.Yeni vergi təşəbbüsü barədə kiçik biznesi olanlara məlumat çatdırmaq məqsədi ilə Maliyyə Nazirliyi bölgələrdə informasiya kampaniyasına start verib. Bölgələr üzrə ilk görüşü isə Marneulidə Meriyanın konfrans salonunda təşkil ediblər. Yerli təsərrüfatçılara yeni vergi təklifi haqqda məlumatı şəxsən nazir müavini Laşa Xutsişvili verib.Görüşdə Marneuli bələdiyyəsinin meri Temur Abazov, onun müavini Laşa Lobcanidze, Sakrebulonun sədri Amiran Qiorqadze, Kvemo Kartli qubernatorunun müavini Aleksandre Metreveli, yerli hakimiyyətin əməkdaşları, kiçik təsərrüfatçılar və mövzu ilə maraqlanan şəxslər yer alıblar.Ölkə iqtisadiyyatında kiçik və orta biznesin hissələri əhəmiyyətli dərəcədə artması, Gürcüstanda əhalinin hər bir təbəqəsini razı salacaq iqtisadi artımın olması hökumətin əsas prioritetidir.Yeni güzəştli vergi qaydası 120, 000-dən çox təsərrüfatçıya aiddir. (fiziki təsərrüfatçı şəxslərin təxminən 100 faizinə)Yeni təşəbbüsə əsasən, il ərzində ümumi gəliri 100,000lari deyil 500,000lari olan təsərrüfatçılara kiçik biznesi olanlar statusu verilir.Kiçik biznesi olan şəxslər indiyədək ümumi gəlirlərinin 5%-nı vergiyə ödəyirdilərsə daha bu faiz 1-ə enir. Xüsusi ərzaq hesablamaları jurnalı və mühasibatçı hesabatlarına ehtiyac qalmayacaq. Kiçik biznesi olanlar qanunla qoyulmuş qaydalara əsasən yalnız yoxlama-kassa aparatı və məhsul əlavə gəlirlərini yazmalıdırlar.Vergilar haqqda hesabat/ödəmə əməliyyatları hər ay baş verəcək. Kiçik təsərrüfatçılar üçün (“avans”) vergi ödəmələrindən azad olunurlar. Kiçik təsərrüfatçıların güzəştli vergi rejimindən əlavə, əlavə dəyərin ödəyən kimi qeydiyyatdan keçərək müvafiq əlavə dəyərin ödəyicisi olduğunu təsdiqləyə yaxud ödəmələri dövlət büdcəsindən geri qaytara bilərlər.Yeni vergi təşəbbüsü bir yandan kiçik biznesmenlərə (1%) minimal vergi qaydası qoyur, ikinci tərəfdən isə administrative xərcləri asanlaşmış vergi hesablamaları vasitəsi ilə minimum endirir. Qeyd olunan reforma nəticəsində, tam daxili məhsullarda əhəmiyyətli dərəcədə kiçik biznes hissəsi böyüyəcək.Yeni vergi reforması sektorun daha çox şəffaf olmasını təmin edir. Kiçik təsərrüfatçıların əli maliyyə resurslarına daha çox çatacaq.Təklif olunan dəyişiklər gələcəkdə Gürcüstanda kiçik biznesin inkişafına əhəmiyyətli stimul verəcək. Vergi kodeksində aparılan dəyişikliklər qanunlar veb səhifəsində və eyni zamanda maliyyə nazirliyinin rəsmi səhifəsində yerləşdirilib https://matsne.gov.ge/ka/document/view/4072647, http://marneuli.gov.ge/…/1843-axali-sagadasaxado-iniciativa…rəylər və öz fikirlərini qeyd etmək mümkündür. İctimai müzakirələrdən sonra, sənəd müzakirə üçün Gürcüstan Parlamentinə göndəriləcək. Turac İBRAHİMOVA,Marneuli,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.