= = = = Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri = = = = Əli Babayev bəyanat yayıb = = = = Gürcüstan, Tiflis, Siyasət 29 сентября 2016 Oktyabrın 8-də Gürcüstanda parlament seçkiləri keçiriləcək. Bununla bağlı Gürcüstan Azərbaycanlıları Milli Konqresinin (GAMK) sədri Əli Babayev bəyanatla çıxış edib. Gürcüstandakı Azərbaycan icmasının liderlərindən biri olan Əli Babayevi belə bəyanatla çıxış etməyə sövq edən amil Gürcüstanda seçkilər ərəfəsində stabilliyin pozulmasına cəhdlərin ediləcəyinə dair məlumatların yayılmasıdır. Əli Babayevin bəyanatında deyilir: "Əziz soydaşlarım! Oktyabrın 8-i Gürcüstanın müasir tarixində çox önəmli gündür. Ölkə növbəti dəfə demokratik şərtlər daxilində yeni parlament seçkisi keçirəcək. Son illər Gürcüstanda çox önəmli siyasi, hüquqi və iqtisadi islahatlar həyata keçirilib. Bu islahatlar Gürcüstanı Avropanın bir parçasına çevirmək üzrədir. Oktyabrın 8-də keçirilən seçkilər bu istiqamətdə həlledici addım ola bilər. Ona görə tamamilə təmkinli davranmaq, Gürcüstanda stabiliyi pozmağa cəhd edənlərin niyyətlərinin reallaşmasına imkan verməməliyik. Biz ümumi vətənimiz olan Gürcüstanın müstəqilliyinə xələl gətirəcək planların qarşısının alınmasında üzərimizə düşən vətəndaşlıq borcunu şərəflə yerinə yetirməliyik”.Bəyanatın sonunda GAMK sədri soydaşlarını istədikləri namizədə səs verməkdə sərbəst olduqlarını bildir, ancaq vətəndaşlıq vəzifəsinin şərəflə yerinə yetirilməsini xahiş edir.. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.