"BORÇALININ YUSİF ZİRVƏSİ" (Poema) Fond, Borçalı 19 апреля 2018 “Professor Mədəd Çobanov adına Xeyriyyə Fondu”nun nəşriN:19 (2018) "BORÇALININ YUSİF ZİRVƏSİ"(Poema)Proloq1Tədqirə layiqdir gördüyün bu iş,Qalacaq tarixdə düz əməl, düz iş.Oxuyub kitabın edirəm giriş,Gərək hökmən verəm qısa arayış.Rahat olmaz yoxsa ruhum dünyada,Gecə gəlməz inan yuxum dünyada.Bu kitabdır varım, yoxum dünyada,Gərək hökmən verəm qısa arayış.Hər yazar, hər şair sözə möhtacdır,Həqiqət axtarır, düzə möhtacdır.Oxucu şübhəsiz bizə möhtacdır,Gərək hökmən verəm qısa arayış.Sağol, Dədə Yusif, yoxu var etdin,91 insanı bəxtiyar etdin.Səslərin aləmə yayıb car etdin,Gərək hökmən verəm qısa arayış.91 nəfərə can verən Dədə,Yaşasınlar – deyə qan verən Dədə.Milli irsmizlə yaşayan Dədə,Gərək hökmən verəm qısa arayış.Əhsən səntək Ərə ay Musaoğlu.Eylədin kitabın pay Musaoğlu.Səsini dünyaya yay Musaoğlu,Gərək hökmən verəm qısa arayış.2Yusif Musaoğlu dahi insandı,İlahi xislətli şeyx imamdı.Güclü biliyi var, zəkası dərin,Ona bərəkallah sahib-zamandır.Göyün sirin bilir, hətta, yerin də,Dayazla işi yox, üzür dərində.Zərgərdir qiymətin bilir zərin də,Sənət aləmində şahdı, sultandı.O düzə düz deyir, əyriyə əyri,Çox dəyib Xalqına, Millətə xeyri.Poemaları var, çoxlu şeiri,O bağlı-bəhərli mahir bağbandır.Olubdur maarifçi, elmli bir şəxs,Ondan inciməyib eldə bircə kəs.Ömrünü sürməyib havayı, əbəs,Dərdə əlac edən təbib-loğmandır.Bilməz ömrü boyu nə kin, küdürət,Qazancı olubdur ehtiram, hörmət.Qanındadır namus, qeyrət-layaqət,Tanrı xəlq etdiyi Ali insandır.3Bir tarix yazıbdır canından keçib,Damarlarında axan qanından keçib.Şəmsi bulağından çünki su içib,Doğma Borçalının barıdır Yusif.Qorxmadı tufandan, nə də borandan,Uca dağlar aşdı, keçdi arandan.Üz tutdu Allaha, öpdü Qurandan,Əvəzsiz xəzinəm, varımdır Yusif.Qabaqlayıb dövrü son üç əsrləri,O üzə çıxardı çox əsərləri.Açıldı tarixin gizli sirləri,Çatdı arzu-kama, yarıdı Yusif.91 yazara o həyat verdi,Hər eldə, obada toy büsat gördü.Xariqə yaratdı Ər oğlu Ərdi,Yurdumun sazıdır, tarıdır Yusif.70 il aradı, axtarıb tapdı,Neçə suallara bunlar cavabdır.Canlı salnamədir, canlı kitabdır,Mənəvi irsimdir, varımdır Yusif.I FƏSİLTarix yazmaq hər kişinin işi deyilƏdibiyyat tarixini,Varaqladım dönə-dönə.Oxuyaraq kitabını,Dedim, Dədə, əhsən sənə.Xariqələr yaratmısanBorçalımın dahi oğlu.Görən varmı sənin qədərBu torpağa, elə bağlı.Bu tarixi yaza-yazaHətta, qıydın şirin cana.Çünki səni daha doğmuşMuğanlıda Fatma Ana.Axund-seyid babalarınQanı axır damarında.Genə çəkib, qana çəkibMəğrur qartal vüqarın da.60 il müəllim oldunTəbliğ etdin sən maarifi.Oldun yurdun həm Aqili,Həm Adili, həm Arifi.Təhsil verdin, bilik verdinYüzlərə sən, minlərə sən.Mənəviyyat dərsi keçdinİnsanlara – kimlərə sən.Tarix yazıb töhfə verdinAlim kimi qazandın ad.Neçə-neçə könülləriSevindirib eylədin şad.Gördüyün iş böyük işdiYoxdu misli, bərabəri.Qalib çıxdın oldun DədəAlimlərin müzəffəri.Bu tarixi yazmaq ancaqOldu Dədə sənə nəsib.Sən Dədələr DədəsisənTədqiqatçı – şair Yusif.Düz 70 il külüng çaldınAd qazandın Fərhad kimi.Yazılacaq tarixlərə Yusif adı Ustad kimi.Sağlığında heykəl qoydunÖz əlinlə özünə sən.Əməl etdin kişi kimiHər verdiyin sözünə sən.Alimləri mat eylədinTükənmişdi gücləri yox.İndi səni alim sanırAlimlərin özləri çox.Böyük alim ordusununDədə oldun komandanı.Sənsən bu gün ədəbiyyatTariximin Qəhrəmanı.Nicat tapdı qələminləNeçə şair, neçə yazar.Həyat verdin sən onlaraƏsərləri daim yaşar.Ruhları da şad olacaqO, kəslərin inan, Dədə!Səni bizə çox görməsinQoca Tarix, zaman, Dədə!80 yaşda tarix yazmaqHər kişinin işi deyil.Həqiqəti inkar edənVarsa, Dədə, kişi deyil.Dəryalara sən baş vurubQəvvas kimi inci gəzdin.İstəyinə nail oldunTapdığını yazıb düzdün.Gəzdin doğma BorçalınıSən kəndbəkənd, oba-oba.Yaddan çıxmış şairləriBir-bir düzdün ipə-sapa.Sən can verdin düz 91Unudulmuş insanlar.Həyat verdin düz 91Şairlərə, yazarlara.Gecə-gündüz qələm çaldınQəsd edərək şirin cana.Çünki səni dahi doğmuşMüdrik doğmuş Fatma Ana.II FƏSİL Sənin hünərini hər kəs alqışlarAy Dədə, yazdığın bu şanlı əsərAldı qiymətini, qazandı dəyər.Arif Əmrahoğlu qiymət verdi düzTanrının səsidir “ruh yazdıran söz”.Sənin sevincinə qoşuldu kimlərYazar-təcrübəci Emin Elsəvər:Bağlanmayacaqdır heç vaxt bu kitab,Bax budur hesabat, bax budur hesab.Yazdı ədəbiyyatşünas şair SəməndərYusif tarix yazdı bax budur hünər.Layiqli töhvədir dedi XubanlıSevindi ürəkdən Muşfiq Çobanlı.Çağdaş novatordu dedi Aysəba,Siz bizə gərəksiz söylədi Musa.“Meydan” jurnalında yazdı ƏlixanTarixi yaratdın qeyd etdi Qurban.Dünyamalı Kərəm söylədi əhsən,Yurdumun dahisi, ay Yusif, sənsən.Elmira da yazdı Yusif zirvəsi,Zirvələrdən gəlir Dədəmin səsi.Aynurə, Nüşabə verdi qiymətin,Maarifə Hacıyeva yaydı şöhrətin.Susarmı bu yerdə İlyas VəfalıSevin ata yurdum, Ulu Borçalı.Qələm də qılınctək çıxdı qınından,Yoğruldu bu tarix sənin qanından.Yazdığın kitablar ömrə ziynətdir,Əvəzsiz xəzinə böyük sərvətdir.Qartalsan söylədi Qoca BabakərƏhsən hünərinə söylədi LəlvərSevindi Dəli Kür, Algetlə Ehran,Bəslədilər sənə hörmət-ehtiram.Başkeçid, Qaraçöp, Qarayazı da,Sevindi yurdumun oğlu-qız da.Ziyəddin, Həvəskar köklədi sazı,Dastana çevrildi tarix-bu yazı.Qəzetlər yazdı oçerk-məqaləYusif Musaoğlu Dədədir Dədə.Qələmin itidir, sözün kəsərli,Dikilib yurdumun sənə nəzəri.Sən yoxdan yaratdın, yoxu var etdin,Xudbin ürəkləri tarimar etdin.“Xəstə” insanlara şəfa söylədinYox imiş sizlərdə vəfa söylədin.Çəkməsə əziyyət, zəhmət dünyadaVerməzlər o kəsə qiymət dünyada.Ən ülvi bir hissdir yazıb yaratmaq,Əməldə bac alıb mətləbə çatmaq.Arzuna qovuşdun, oldun bəxtiyarSəninlə fəxr edir bu doğma diyar.Borçalı sevinir aranlı-dağlıSənindir bu sevinc, ay Musaoğlu.Çünki bu torpağa, elə bağlısanYurdun tədqiqatçı – şair oğlusan.İndi dikilibdir sənə baxışlar,Sənin hünərini hər kəs alqışlar.Alimlər ordusu görməyən işi,Gördü ləyqətlə sənintək kişi.Bu tarix edəcək ömrün əbədiUcaldacaq yurdda Yusif məbədi.Yazdığın hər cümlə alın tərindir,Bu uğur, bu zəfər öz hünərindir.Ağrını, acını almadın vecə,Sən yazıb yaratdın gündüz və gecə.Gözünün işığı nurdur, ay Dədə,Allah pənahında durdu, ay Dədə.Hər kəlmən, hər sözün ruha qidadır,Ürəkdən süzülən xoş bir nidadır.Əhsən hünərinə söyləyir dillərSəni təbrik üçün tələsir əllər.III FƏSİL“Yusif Borçalının əlifbasıdır”Biliyin var geniş, ensiklopedik,İstər nəsr, istər nəzm janr lirik-epik.Dahi xalq şairi Böyük Zəlimxan,Söylədi Yusifi yetirib zaman.“Yusif Borçalının əlifbasıdır”,Müdrik bir insandır, el atasıdır.Müəllim babadır nurdur, işıqdır,Doğma Borçalıya O yaraşıqdır.Ağsaqqallıq edir yurda-yuvayaArxadır hər zaman elə-obaya.Əsli-nəcabəti zatı bəllidir,Soykökü bəllidir, adı bəllidir.Ağıl dəryasıdır bu müdrik insanOndan qidalanın hər vaxt, hər zaman.Ondadır bil ruzi, xeyir-bərəkət,Gəlin alın ondan öyüd, nəsihətOnun məsləhəti xeyirli olar,Ondan dərs alanlar çox razı qalar.Hər sözü, kəlməsi düzlük, həqiqətƏməli salehdir, özü xoşniyyət.Bağbandır bağında şirin barı var,Sözünə hakimdir, düz ilqarı var.Babaları kimi ər oğlu ərdirMüqəddəs ocaqdır, müqəddəs Pirdir.Odur and yerimiz səcdəgahımız,Əbədi qibləmiz, qibləgahımız.Günəşli günümüz, sabahımızdırDar gündə arxamız, pənahımızdır.IV FƏSİL Borçalıda sən uca bir zirvəsənSən yanmısan hər an elin dərdinəÇevrilmisən el-obanın mərdinə.El-obayla müdam nəfəs almısan,Haqq sözünlə sən qələbə çalmısan.El-obaya çox dəyibdir köməyin,İtirməyir el-oba da əməyin.Təbəssümlə gəl keçmişə bax, Dədə,Elin üçün çalışmısan çox, Dədə.Köhnə məktəb binasını sökdürdün,Zəhmət çəkdin təzəsini tikdirdin.Çox pəl qatdı Xırxırzadə, Şimirlər,Tab gətirdin pozulmadı sinirlər.Götürməyib heç vaxt səni gözləri,Hanı indi heç qalmayıb izləri.Kor qoydular bir vaxt eli-obanı,Söndürdülər neçə yanan sobanı.El-obaya çox pisliklər etdilər,Pis adla da bu dünyadan getdilər.Yaxşıların adı qalır dünyadaYaxşılarla nəfəs alır dünya da.Sən ömrünü kişi kimi yaşadın,Mərd tanıyır səni cavan, yaşıdın.Muğanlının görən gözü sən oldunTarix yazdın söhbət-sözü sən oldun.Çox əsərlər yazacaqsan elə sən,Çox gərəksən Borçalıya hələ sən.Yaşa Dədə bu dünyada yüz yaşa,Arzum budur sən çatasan yüz yaşa.Borçalıda sən uca bir zirvəsənQartallardır bu zirvədə, bir də sən.Dədə Yusif, əhsən sənə, min əhsənBorçalıda sən müqəddəs Dədəsən.Səndən yoxdur tək gəlmisən cahanaSəni doğub Fatma kimi Pir Ana.Musa baba səxavətdə tək idi,Mənəviyyat sarıdan da yek idi.Seyid Bağır babanız da Pir idi,Mir Yusif də möcüzəydi, sirr idi.Sənsən Dədə şəcərənin davamı,İslah etdin nadanları, avamı. V FƏSİL Yusif Musaoğluna həsr olunmuş şeirlərimYusif AqiləQartal kimi zirvələrdə uçansan,Qanadını daha geniş açansan.Bizlərə də daim ziya saçansan,Qorxutmasın, qağa, səni qocalıq.Qismətindir, Yusif Aqil, ucalıq.Daşıyırsan bu dünyanın yükünü,Yaza-yaza sən şərqini, türkünü.Xaliq bilir nüfuzunu, çəkini,Qorxutmasın, qağa, səni qocalıq.Qismətindir, Yusif Aqil, ucalıq.Müqəddəssən, nur tökülür üzündən,Doymaq olmur söhbətindən, sözündən.Əyil, öpüm işıq saçan gözündən,Qorxutmasın, qağa, səni qocalıq.Qismətindir, Yusif Aqil, ucalıq.Sən öyrətdin çoxlarına maarifi,Borçalıda hamı bilir tərifin.Sənsən yurdun ağsaqqalı, arifi,Qorxutmasın, qağa, səni qocalıq.Qismətindir, Yusif Aqil, ucalıq.Tanımıram səndən qeyri Aqili,Ey yurdumun müdrik oğlu, Adili.Sənsən, vallah, kamillərin kamili,Qorxutmasın, qağa, səni qocalıq.Qismətindir, Yusif Aqil, ucalıq.Gün olsun ki, Göyçə yaran sağalsın,Qarabağın üzü gülsün, ağ olsun.Qurtuluş var ər oğular sağolsun,Qorxutmasın, qağa, səni qocalıq.Qismətindir, Yusif Aqil, ucalıq.Billəm Ustad, həqiqətdir meyarın,Pozulmazdır əhdin, vəfan, ilqarın.Çiçəklənsin payızında baharım,Qorxutmasın, qağa, səni qocalıq.Qismətindir, Yusif Aqil, ucalıq.Şairisən Anam Odlar Yurdunun,Varisisən Nizaminin, Qorqudun.Nəvəsisən Mirzə Yusif Axudun,Qorxutmasın, qağa, səni qocalıq.Qismətindir, Yusif Aqil, ucalıq.İlyas istər sənə layiq söz desin,Deyəndə də tərifini düz desin.90 azdır, qismət olsun yüz desin,Qorxutmasın, qağa, səni qocalıq.Qismətindir, Yusif Aqil, ucalıq.Qaş MuğanlıdaBilir Azərbaycan, Ulu Borçalı,Yusifi-aqil var Qaş Muğanlıda.Səxavət sahibi Hatəm misallı,Yusifi-adil var Qaş Muğanlıda.Məktəb-muzeyi var özünə layiq,Luvrun, Ermitajın yüzünə layiq.Arzu-əməlinə, sözünə layiq,Yusifi-aqil var Qaş Muğanlıda.Sayılıb-sayılır baş Muğanlıda.Abidə ucaldıb sağlığında O,Dur keşiyində, qulluğunda O,Canı fəda verib elm yolunda O,Yusifi-aqil var Qaş Muğanlıda.Sayılıb-sayılır baş Muğanlıda.Nurlu ziyalıdı ziyası bəlli,Məsləki, amalı qayəsi bəlli.Halaldan yoğrulub mayası bəlli,Yusifi-aqil var Qaş Muğanlıda.Sayılıb-sayılır baş Muğanlıda.Müdrik-xeyirxahdır, alicənabdır,Sinəsi doludur, hazırcavabdır.Şair-publisistdir –canlı kitabdır,Yusifi-aqil var Qaş Muğanlıda.Sayılıb-sayılır baş Muğanlıda.Yusifi-Axundun nəvəsidir O,Xalqın inanc yeri, Kəbəsidir O.Haqqın-ədalətin müjdəsidir O,Yusifi-aqil var Qaş Muğanlıda.Sayılıb-sayılır baş Muğanlıda.Söykökü bəllidir, adı bəllidir,Əsli-nəcabəti, zatı bəllidir.Ocağı bəllidir, odu bəllidir,Yusifi-aqil var Qaş Muğanlıda.Sayılıb-sayılır baş Muğanlıda.Sönməzdir, qoyubdur əbədi bir iz,İlyasam vəsfinə yazıram mən söz.Tanrıdan dilərəm qismət olsun yüz,Yusifi-aqil var Qaş Muğanlıda.Sayılıb-sayılır baş Muğanlıda.VI FƏSİLYusif Yusiflinin poemalarına yazdıığım nəzirələrDədə Yusif və GülərüzAta baban olub Yusif Təbrizi,Elin sevimlisi, elin əzizi.O, ali təhsilli müəllim olub,Təhsili şübhəsiz Təbrizdə alıb.Gəlib Muğanlıda açıb mədrəsə,Təhsil, savad verib eldə hər kəsə.Olub el-obada nurlu ziyalı,Onunla fəxr edir Ulu Borçalı.O da zamanında sevib-sevilib,Eşin-məhəbbətin qədrini bilib.Ona könül açıb Təbrizli kəniz,Qənirsiz bir afət, gözəl Gülərüz.Ömür də sürüblər bir vaxt xoşbəxt, şən,Əfsus ki, dadıblar kədər, qüssə, qəm.Qismətləri olub ayrılıq, hicran,Bəzən məhəbbətdən kam almır insan.Dad sənin əlindən, dad, ay məhəbbətBəzən də olursan, yad, ay məhəbəət. İki ürəkƏzəldən dost olub Gürcü-Azəri,Bu dostluq sarsılmaz, yaşar əbədi.Sevib Gürcüstanı Vazeh, Fətəli,Dillərdə əzbərdir Nino və Əli.Balançivadzeylə Dahi Niyazi,İlya Cavcavadze Ölməz Nizami.Şair Səməd Vurğun, Karlo Kaladze,Aynur Sofiyeva Çuburdanidze.Didi amxanaqo qızıl Gürcüstan,Dostun-qardaşındır Can Azərbaycan.Bakı-Tiflis-Ceyhan neft kəmərləri,Hər iki dost xalqın ürək təlləri.Yaşasın bu dostluq daim var olsun,Gürcüylə Azəri bəxtiyar olsun.Yaşayıblar hər an xoşbəxt, mehriban,Biri-birisinə söyləyərək can.Doğma qardaşdılar Bakı, Tbilisi,Qafqazı bu iki dürü-incisi.Əhsən bu dostluğa, bu qardaşlığa,Dədə, sədafərin bu qardaşlığa.Bu iki dost xalqın nəbzi bir vurur,Biz də fəxr edərək duyuruq qürur.İnsanı ümid yaşadırÜmidlə yaşayır dünyada insanİnsanı yaşadan ancaq ümiddir.Bəzən də xətt çəkir ümidə zaman,Son anda ölən də ancaq ümiddi.Yaman çalxalanır anamız cahan,Haraya baxırsan terror-sui-qəsd.Düşmən kəsilibdir insana-insana,Ölür qadın-uşaq doymayır namərd.İnsanı yaşadır boş vədlər hərdən,Sonda məlum olur bu bir kabusdur.İnsan qurtulmayır böhtandan, şərdən,Taleyi işgəncə, ya da məhbusdur. * * *Hər bir yanda müharibə İnsanlığa vurur zərbə.Son deyən yox qanlı hərbəHara gedir dünya, Dədə.Bu dünyanın Zeynəbləri,Dul qalıblar, yox ərləri,Dünya qırır ərəbləri,Hara gedir dünya, Dədə.Yanır Barat, Zərqələm də,Yaşayırlar dərd-ələmdə.Susur dünya, eh, aləm də,Hara gedir dünya, Dədə.Ümid etmək yaxşı şeydir,Dünya ki, var huşsuz-keydir.Çaldığı da zurna-neydir,Hara gedir dünya, Dədə.FəryadYamanca sarsıtdı məni fəryadın,Yandırdı cismimi alovun, odun.Yazdığın tarixi real həqiqət,Oyatdı bil məndə düşmənə nifrət.Milli dərdimizdi Göyçə, Qarabağ,Erməni daşnaklar oldu üzə ağ.Düşmən tapdağında qalıb yurdumuz,Əmrə müntəzirdi Milli Ordumuz.Neyçün susur görən tarix və zaman,Hacan tutacağıq düşmənə divan?Artıq coşub-daşır səbr kasamızGərək əmr versin İlham PaşamızYoxsa tutar bizə tökülən qanlar,Oyan, ey mərd xalqım, ey mərd insanlar.Mən də saralacam hökmən silaha,Qalmayıbdır səbrim tükənib daha.Yoxsa üzəcəkdir məni bu ələm,Gərək şahid olsun gücümə aləm.Bizki nəvəsiyik Cahangirlərin,Babək, Nəbi kimi igid Ərlərin.Axı, nəkarədir Səhl-Sumbatlar,O haramzadələr, o alçaq zatlar.Uyaraq böhtana, uyaraq şərə,Fırıldaq gəlirlər külli-bəşərə.Silva Kaputikyan, Zori Balayan,Təpədən dırnağa böhtandı-böhtan.XX əsr daşnaq Şaumyan,Eylədi yurdumda çox güllə-boran.Zülmə düçar oldu Bakı, Şamaxı,Ucaldı göylərə xalqımın ahı.Oyan, ey mərd xalqım, ey mərd insanlar,Yerdə qalmamalı günahsız qanlar.Çatıbdı məqamı durmaq vaxtıdır,Düşməni məhv edib qırmaq vaxtıdır.İnləyir Kəlbəcər, Laçın, Xocalı,Daşnaksütünların çoxdu babalı.Bir milyondan da çox qaçqın-didərgin,Doğma vətənində olub didərgin.Gözləyir bizləri Şuşa qalası,Bizdən asılıdır yurdun xilası.Atadan oğullara, nəsihətlərAtadan oğula qalan nəsihət,Yaxşı tövsiyyələr, öyüd, məsləhər.Oğul qaçsın gərək elm dalınca,Savad-bilik alsın qane olunca.İlk müəllimi olar əvvəl atası,Ata da olmasa olar babası.Alasan təhsili mükəmməl gərək,Şagirdlər içində olasan zirək.Məktəb elm, təhsil verir insana,Məktəb müqəddəsdir onu qanana.Müəllim şagirdə nurunu saçır,Sirli xəzinənin qapısın açır.Ata da müəllimdir, ana da müəllim,Verirlər tərbiyə, verirlər təlim.Müəllimlər isə savad verirlər,Hər kəsə işıqlı həyat verirlər.Ata nəsihəti faydalı olur,Atadan oğula nəsihət qalır.Sonra da eldə var adət-ənənə,Məndən yoxdu deyə döymə sinənə.Elin qeydinə qal ağılın olsun,El də fərəhlənər oğlu olsan.Elə xor baxanı el nankor sayar,Naxələf çıxanın gözlərin oyar.Mərd ol kişi kimi yaşa dünyada,Vur ömrü kişi tək başa dünyada.Gəlin dərsinizi alın Dədədən,Heç vaxt ziyan gəlməz sizə Dədən.Dədə şəxsiyyətdir, Dədə müəllim,O, şair-nasirdir, həm də ki, alim.Dədətək vətəni sevin, oğullar,Vətənin qədrini bilin, oğullar.Olun ömrü boyu Vətənin oğlu,Olun Dədə kimi Vətənə bağlı.Dədənin sözləri, vallah, hikmətdi,Sinəsi xəzinə, vallah, sərvətdir.Dədə yaşamayıb ömrünü hədər,Ondan faydalanır bu günlər bəşər.Yazıb-yaradıbdır böyük bir əsər,Bu “tarix” kitabı hər şeyə dəyər.Sadiq və XatınBu dastan məhəbbət hekayətidirNakəm bir şairin şikayətidir.Mümkünmü yanmamaq bu cür taleyə,Bu qədər dərd verir məhəbbət niyə?Sadiq də sevginin daddı “dadını”,O, qız başqasının oldu qadını.Əvvəl ümid verdi o, qız Sadiqə,Dedi arxayın ol eşqə sadiqəm.Sonra da satıldı vara-dövlətə,Eşqi qurban verdi şana-şöhrətə.Sadiq inanmadı belə iş olar,İnsan da bu qədər vəfasız olar?Axı, söz vermişdi səninəm İsa,Bəs niyə sevgimi döndərdi yasa.Şairin günləri qəm-kədər oldu,Qisməti göynərti, eh, qəhər oldu.Daha qalmamışdı səbri qərarı,Xəyanət etmişdir vəfasız yarı.Gündüzü dönmüşdü onun zülmətə,İsa dücar oldu, zülmə-zillətə.Şamtək əriyirdi dözə bilmirdi,Batmışdı qüssəyə, üzü gülmürdü.Niyə belə etdin Xatın deyərdi,Girdin ağuşuna yadın deyərdi.Sən məni məhv etdin açıq-aşkara,Vurdun ürəyimə sağalmaz yara.Qəsd edib canına intihar etdi,Eşqi daşa dəydi o nakam getdi.Bu nakam taleyə ellər ağladı,Hönkürə-hönkürə dillər ağladı.Batdı qəm-kədərə, yasa Muğanlı,Öldü İsa Sadiq – İsa Muğanlı.Ömrü qürub etdi 30 yaşında Ona ağı dedi dost-qardaşı da.Çalacaq qələbə Heydər dühasıHeydəri çox sevərdin,Onunla fəxr edərdin.Heydər Günəş, Ay idi,Varmı ona tay indi.Vətənin dar günündə,Getdi xalqın önündə.Heydər Xalqım söylədi, Xalqım Heydər söylədi.Məni Tanrı göndərdi,Sanki göydən endirdi.Get xalqına dayaq ol,Yollar göstər mayak ol.Xalqı qurtar baladan,Pənahındır Yaradan.Erməniyə şillə vur,Nərə çəkib kəllə vur.Ömrü vəfa etmədi,Bu qan-qada bitmədi.Ölməz Heydər duhasıQalib gələr balası.Bir müqəddəs Pirdir O,Ər oğlu Ərdi O,İlham sülhün özüdürXalqımın haqq sözüdür.O çalacaq, bil, zəfərVar onda əzm, hünər.Aç gözün qoca dünya,Al sözüm vecə dünya.Haqsızlığa dözürsən,Desənə necə dünya?!İlham mərddi ƏrəndiŞahid ol, gücə, dünya!Qaş Muğanlı Yusif MusaoğluNə az, nə çox 60 il,Müəllim olub verib təhsil.Maarifpərvər ziyalıdır,Abırlıdır, həyalıdır.Doğulub Qaş MuğanlıdaSayılır Baş Muğanlıda. Bir babası Axund Yusif,Bir babası Seyif Bağır.Nur ipəkdir xasiyyəti, Üz-gözündən hey nur yağır.Dünənini unutmayır,Keçmişini xatırlayır.Gündüzləri narahatdı,Gecələrsə o yatmayır.Çoxlarına o and yeri,Ümid yeri son pənahdır.O keçmişdir, o bu gündür,Əldən düşməyir qələmi.O büsatdır, toy-düyündür,60 il təhsil verdi.Neçə-neçə nadanları,Əqlikəmi, avamları,Təkrar-təkrar islah etdi. Yurduna xor baxanlara,Yurda nankor çıxanlaraZatıqırıq lənət dedi.Lənətləyə-lənətləyəDönə-dönə lənət dedi.Borçalının dar günündəOldu kütlənin önündə.Düşmənlərə ibrət verdiDüşmənlərə nifrət etdi.Nədir dedi bu hədələrYığışın siz, ey gədələr.Hələ durur Koroğlular,Mərd igidlər, ər oğullar.Əl götürün QarabağdanYoxsa sizi məhv edəcəkMübariz tək mərd oğullar. Cəlil, Vəzir, Vaqif kimiƏr kişilər, Ər oğullar.O torpaqda NatəvanımO torpaqda şair babamMolla Pənah Vaqif yatır.O torpaq çox müqəddəsdirİbrahim Xan, Pənah yatır....Yusif müəllim MusaoğluBorçalımın müdrik oğlu.Haqq yolunun yolçusudurHəqiqətin elçisidir.Möhkəm tutur hər işiniUnutmayır keçmişini.Gördüyünü, bildiyini,Nəsrə çəkir, nəzmə çəkir.Hər məqamı, hər bir anıOlduğu tək həzmə çəkir.Keçmişinə, dünəninəTəkrar-təkrar o baş çəkir.İndi onun şah əsəri“Ədəbiyyat tarixidir”.Milli qürur, milli qeyrətMənəviyyat tarixidir. Əhli-qələm publisisdir,Şair, yazar jurnalistdir.Doğulub Qaş MuğanlıdaSayılır baş Muğanlıda. Ömür tələsir88 yaşında da boş durmur,Əsər yazır zərrə qədər yorulmur.Deyir gərək yazam yaxşı əsərlər,Yazam çoxlu yeni-yeni nəzm-nəsrlər.Tələsirəm, narahatam mən yaman,Diləyirəm mən Allahdan vaxt-zaman.Neçə-neçə əsərlər var yarımçıqİstəmirəm qalsın onlar yarımçıq.Yaşamışam öz ömrümü mənalıXalq tanıyır məni şair ziyalı.Təhsil verdim mən elimə, obamaMən can qoydum öz yurduma-yuvama.Əllərimlə məktəb tikdim, ucaltdım,Ömrü-günü el yolunda qocaltdım.Bu gün-sabah 90 yaşım olacaqMəndən sonra əsərlərim qalacaq.Pərvərdigar, mənə ömür ver bir azTaleyimə qismət eylə yüzü yaz.Qoşuluram bu arzuya mən düzüDiləyirəm, Dədə, sənə mən yüzü.Bu dünyadan bir doyunca gəl kam al,Yazıb-yarat sən həyatdan ilham al.Alimləri mat eylədin işinlə,“Tarix” yazdın dırnağınla-dişinlə.Dədə vallah böyük işlər görmüsən,Nəsillərə “tarix” töhfə vermisən. Sağlığında sən ucaltdın heykəlinYaşayacaq daim arzu-əməlin.Tarix səni, sən “tarixi” yaratdınBu əsərlə Borçalıyı uçaltdın.Xoşbəxtlərin xoşbəxtisən Dədə, sən,El gözündə sən dahisən DədəsənSən çiynində ağır yüklər daşıdın,Öz ömrünü Kişi kimi yaşadın.Bərəkallah dərrakanə, ağlınaƏhsən deyir Vətən səntək oğluna.Çünki, Dədə, sən Borçalı oğulusan,Qəlbən, ruhən Borçalıya bağlısan.VII FƏSİLYusif Yusiflinin “Gürcüstan azərbaycanlılarının ədəbiyyat tarixi” kitabının ikinci cildində yer almış şair və yazıçılar haqqında qısa arayış və əsərlərindən nümunələr.Tateroğlu HəsənTateroğlu Həsən Məhəmməd oğlu,Təhlə çökəyində bilin doğuldu.O da çoxlarıtək yazıb-yaratdı,“Tarix” kitabında kamına çatdı.“Mən sənə neylədim a çərxi gərdiş Vurubsan sinəmə yaralar, fələk!Durubsan inada, vermirsən macal,Çəkirsən qarşıma qaralar, fələk!Mən sürmədim bu dünyanın səfasın,Dərd olubdur ürəyimin bənnası.Yox bir təbib verə dərdin dəvasın,Kəsilibdir səbrimin qərarı, fələk!Həsənin dərdinə olmaz çaralar,Tülək tərlan yerin gəlib sar alar.Əyibsən qəddimi, verib cəfalar,Bəslədim sinəmdə yaralar, fələk!”Bayram KazımoğluŞair Bayram doğlubdu Qabalda,Ad çıxarıb maarifçitək mahalda.Kolxoz sədri, kənd soveti işləyib,Sinəsində vardı Orden, medal da.“Aşıq Musa Qaraçöpün bağbanı,Teymurun sədası gəzir cahanı.Tanrı şair yaratdı Ağabalanı,Bu könlümü başqa hala gətirdim.Bayram qocalıbdır, sanma cavandı,Dostun zəhmətinə dözdü, dayandı.Gələn qonaqlara sirrim əyandı,Gülər üzə, xoş vüsala gətirdim”.Molla İslamŞair Molla İslam verdi nəsihət,“Namərdin əlinə verməyin fürsət.Mərd çəkər zəhməti eyləməz minnət,Qəlbi çox genişdir, dar ola bilməz”“Yaxşılıq yaxşıdır məndə, həm səndə,Yaxşılıq bilməyən düşsün kəməndə.Çox yığıb-yığşırma, ay yazıq bəndə,Hər qəpik-quruşdan var ola bilməz”.Alı GöyüşovVar Göyüşov Alı İbrahim oğlu,Faxralı balası, Borçalı oğlu.O vətən uğrunda həlak olubdur,Bir nakam şairdir sinəsi dağlı.“Ay həzərat gəlin sizə söyləyim,Sallanıb qarşımdan gələn gözəldi.Çəkib niqabını salıb üzünə,Canımı oxlayıb çalan gözəldi.Darayıb zülfini atıb dalına,İstəyirdim yetək olam halına.Alı mayıl olub gül camalına,Məni eşq oduna salan gözəldi.”Bəkir oğlu Əlləz və Şaban QurbanovBəkiroğlu Əlləz, Qurbanov Şaban,Dərslərin alıblar Nəbidən müdam.Güclü təbə malik şair olublar,Alıblar Səngərdən, Gözəldən ilham.Şaban:“Şaban da qədrini bilər,Qalxdın, şadlanar, gülər.Hər zaman yaxşılıq dilər,Bunu özün seç, ay şair.”Əlləz:“Sağlıq olsun Əlləz gəzərŞeir yazar, dastan düzər.Məclislərdə oynar, süzər,Kim məndən bezər,ay şair”.İsmayıl GüllərGüclü şair olub İsmayıl Güllər,Onunla fəxr edir şair Səməndər.Birisi gövhərdir, biri isə zər,Zər qədrini ancaq, bil, bilər zərgər.“Qaraya baxıram, gözüm torlanır,Düz yaza bilmirəm, yazım korlanır.Yazım düz olmasa, sözüm korlanırGünah məndə deyil qocalıqdadı.Əyilib çeşmədən içə bilmirəm,Darısqal körpüdən keçə bilmirəm.Qartalı görürəm seçə bilmirəm,Günah məndə deyil, qocalıqdadı”.Ələkbər HüseynoğluƏliyev Ələkbər Hüseyn oğlu,Şairdi yurduna, elinə bağlı.Vətəni Qaraçöp bəlli mahaldır,Yazıb xeyli qoşma, həm də gəraylı.“Bu dünyanın çoxdu malı,Şirəsini çəkir arı.Bu dünyanın adamları,Hər meyvəsin dərəsidi.Dağlar başı olmaz qarsız,Bir qəlb yoxdur intizarsız.İnsan oğlu olsa arsız,Qəm sinəsin dələsidi.Ələkbər, hər an sal yada,Mərd adı qalar dünyada.İnsan yüz il yaşasa da,Axır bir gün öləsidir”.Nəbi AyvazovVar Nəbi Ayvazov Faxralı eli,Sürgündə keçirib 25 ili.İncidib şairi əzablı yollar,Yazıb qələmiylə dərdi-ələmi.“Görünmür vətənin uca dağları,Qamışlı meşəsi, alma bağları.Xəstəyə can verən buz bulaqları,Orda olan qatıq-qaymaq hardadır?Qəribəm, çəkirəm əziyyət yaman,Gəzirdim o yerdə mən də bir zaman.Bir daha görməyi etmirəm güman,Dağ başına baxıb doymaq, hardadır?Faxralıtək gözəl oymaq, hardadır?”Həsən MəşədioğluMəşədioğlu şair Həsən var,Məskəni olubdur onun Əyriqar.Səfər də eyləyib Qız qalasına“Dağda mehman olub neçə yay-bahar”.“Qocalmışam dişim yoxdur bar yeyəm,Əlim tutmur sığallayam, var yeyəm.Gözüm görmür qızarana nar deyəm,Dost – müsafir köməyini bil indi.Belə duman, belə çiskin yoxuydu,Bağban idim ətirlərim çoxuydu.Doğru sözüm düşmənlərə oxuydu,Məşədioğlu, gülmyini bil indi.”Xanəhməd CəfərliXanəhməd Cəfərli Qara Təhlədə,Doğuldu dünyaya Qaratəhlədə.Gah müəllimlik etdi, gah şair oldu,Onu sevir bu gün alim, fəhlə də.“Hər yerdə insana dost demək olmaz,Doğru sözü, düz ilqarı olmasa.Ver salamı, dayanmaynan üzbəüz,Tamam-kamal etibarı olmasa.Nanəcibdən kənar çəkil, Xanəhməd,Həyasızdan tamam əkil, Xanəhməd.Hər yetəni etmə vəkil, Xanəhməd,Əgər doğru beh-bazarı olmasa.”Əli HüsənoğluƏli Hüsənoğlu O, müəllim baba,Şairtək tanıyır onu el-oba.O gözəl şeirlər yazıb-yaradıb,Salıb qələmiylə eldə səs-səda.“Haqq buta verməsə sənin adını,Nə bilərdim məhəbbətin dadını.Əli Qasımlı da alsın qadanı,Gəl, gedək mənimlə arana, Ceyran.Qorxuram düşəsən borana, Ceyran.”Əli FaxralıQurbanoğlu şair Əli Faxralı,Çox vəsf edib doğma yurdu, mahalı.Qardaş sayıb onu hər vaxt, hər zaman,Ələkbərli şair Əli Borçalı.“Dini islam Əli isminə can qıyar,Saxla Pənahında ya pərvərdiyar.Mahalım Borçalı ağır elim var,Elim Faxralıdır, öz adım Əli.Mənzili, məkanı cənnət bağıdır,Hər iki aləmin səs-sorağıdır.Külli-kaninatın şam çırağıdır,Kəlmeyi-şəhadətdə Əliynən Vəli.”Vəli QədirliQarayazı eli Vəli Qədirli,Çox işlər görübdür elə xeyirli.Qələm sahibidir, güclüdür təbi,Dillərdə dastandır hər bir şeiri.“Mən ellər bağının hər budağında,Almanı görmüşəm, narı görmüşəm.Alma budağından gen düşməz əsla,Pətəyin üstündə arı görmüşəm....Bülbüllər ötməsin, çalan var, çalan,İlhamı bu doğma ellərdən alan.Qədirliyəm sənət ilə ucalan,Əmrah Dədə sənətkarı görümüşəm.”Tükazban Abbbasqulu qızıAbbbasqulu qızı şair Tükazban,Babası olubdur Hacı Qəhrəman.Köksünə basaraq saz da çalıbdır,Şeirlər də yazıb, o zaman-zaman.“Gəzdim sinən üstə könlüm açıldı,Havalı başına dönüm, a dağlar.Gəlsənə qolumu salım boynuna,Bəlkə də düşmədi yönüm, a dağlar.Mənim qar payımı saxla Haramı,Onun ayrılığı oxlar yaramı.Yağar bulud kimi baxtım qaramı,Yara yetişərmi ünüm, a dağlar.”Əli BorçalıƏləkbərli Əli Mustafa oğlu,Vəsf edib yurdumu aranlı, dağlı.Humanist şairdir Əli Borçalı,Ünvanı belədir: Böyük Muğanlı.“Bir neçə söz dedim söz arasında,Seçibən saxlaynan əmanət, oğul!Dolanma qaş ilə göz arasında,Deyərlər adına bədövlad, oğul!Əliyəm sevirəm mərdi, mərdanı,Qarbağda can qoyan qəhrəmanı.Ey gözüm işığı, canımın canı,Qoy olsun könlündə cəsarət, oğul!”Qocalı XiyalıƏhməd Mahmud oğlu, Qoca Xiyalı,Hər iki şairin eli Kosalı.Yazıb yaradıblar Qarayazıda,Vəsf ediblər onlar ulu mahalı.“Günəşin gül zərrəsiydin,Şəlalənin gur səsiydin.Mələklərin nəfəsiydin,Ay Əskinaz, ay Əskinaz.”Bahəddin OrucluBahəddin Oruclu Qızılhacılı,Maarifpərvərdir, həm də ziyalı.Vardır povestləri, hekayələri,İti qələmi var bilir Borçalı.Ənvər TariqƏnvər Dursun oğlu – Ənvəri Tariq,Olubdur hər zaman yurduna layiq.Şəfiqə Darğallı olub müəllimi,Olubdur amalı şairlik-maarif.“Böyük bir mahaldır elli, obalı,Dolan gəl bu yerə, gəz Borçalıda.Şair ilhamınla, vətən eşqiylə,Əlinə qələm al, yaz Borçalıda.Adına şöhrətdir uca dağları,Könüllər oxşayan barlı bağları.Əmrahı, Hüseyni, Xan Kamandarı,Ucaltdı aləmə saz Borçalıda.”Lətif MəhəmmədoğluAğaoğlu Lətif Məhəmmədoğlu,O sevir Vaqifi, Səməd Vurğunu.Eli Qarayazı, kəndi Nəzərli,İlhamlı şairdir bu Ağaoğlu.“Boy atmışam qucağında,İsinmişəm ocağında.Cənnətdir hər bucağın da,Mənim qızıl Gürcüstanım.Qəhrəmanlıq diyarısan,Mərdlik-qeyrət meyarısan.Sən Lətifin vüqarısan,Mənim qızıl Gürcüstanım.”Abbas KirəcliHəsən Məcruh oğlu Abbas Kirəcli,Yapışdı qələmdən o iki əlli.Yazdı roman, povest, coxlu hekayə,Tanınmış yazıçı - o adı bəlli.Şəmsi ƏlizadəMisilsiz ziyalı olubdur Şəmsi,Nurundan nurlanıb Yusif, Aysəba. Ürəklərdə lövbər salıbdır Səmsi,Nurundan pay düşüb şair İlyasa.Mat edib çoxunu ağlı-kamalı,Elm-maarif, təhsil olub amalı.Vətəni uğrunda ölüb mərd əsgər,Unutmaq olarmı Şəmsini məgər?!Dahilər ölməzdir yaşar əbədi,Günəştək şöləsin saçar əbədi.Qızıl həriflərlə tarix yazıblar,Ruhları göylərdə uçar əbədi.Eh, qısa olsa da ömrü həyatı,Pirlər tək müqəddəs, ülvidir adı.Aysəba, Nadejda davamçısı var,Sönməzdir ocaqda gur yanır odu.Xoca MəhmmədQısa ömür sürüb Xoca Məhmməd,“Ay Minayə” ona gətirdi şöhrət.Şeirlə, söz ilə yaşayacaqdır,Yeri bəhişt olsun, şairə rəhmət.“Gözəlliyi cəm edibsən,Camalın var ay, Minayə.Ala gözlü, qara gilə,Qaşlarındı yay, Minayə.Uca boylu, incə belli,Dal gərdəndə siyah telli,Ağ biləkli, nazik əlli,Gətir içim çay, Minayə....Elləri var Qoçulu kəndi,Sənə deyim neçə bəndi.İtməz Məhəmmədin zəndi,Gözəlsən sən ay, Minayə”.Dilən PirioğluDilən Pirioğlu olub yazıçı,O, ömür sürübdü həyatda acı.Ona şər atıblar, böhtan yaxıblar,Dəftər-qələm olub dərdə əlacı.“Dünya işi, ey əzizim,Belə qalmaz keçər gedər.Abu-kövsərin suyundan,İsgəndərtək içər gedər. Kim olmuşdu Rüstəm kimi,Şiri-nəri astan kimi.Xatırlanar dastan kimi,Günlər quş tək uçar gedər....Bu lagerdə Dilən də var,Dərd əhlini bilən də var.Vətən üçün ölən də var,Aminstdə düşər gedər.” Məhəmmədhüseyn BəxtiyarlıŞair Məhəmmədhüseyn Bəxtiyarlı var,Gürcü qardaşıyla olub bəxtiyar,Gözəl Tbilisiyə şeirlər yazıb,“Var olsun bu dostluq, bu ülfət, ilqar”.“Bir baxın tarixin səhifəsinə,Bir olmuş əzəldən duz-çörəyimiz.Dostluq harayına, dostluq səsinə,Əbədi bağlıdır bu ürəyimiz.Yaranır hər yerdə hey xariqələr,Əkiz qardaşların birlik səsindən.Mingəçevir – Rustavi qoy çalsın zəfər,Qüvvət alsın səndən, ey ana Vətən.”Rza DarğallıSarvanda doğulub Rza Darğallı,Yaxın qohumudur Mirzə Darğallı.Bu nəsil fəxr edir ziyalısıyla,Bu nəslə mənsubdur Xanım Darğallı.“Aşiqəm, işvəsi-nazı var canda,Cavan da olmasam, gözüm var onda.Bir az yaxın gəlsin durmasın gendə,Rzanın qəlbini alsın birisi.” Novruz QaçağanlıNovruz Qaçağanlı eli Qaçağan,Bu elin oğludur şair Ağacan.Tahir, İsa, Vəli, Xətayə, Paşa,Yazıb-yaradıblar onlar hər zaman.“Kədər çəkmək idi onsun sənətim,Sən idin fikirim, sözüm, söhbətim.Novruzam yerinə çatdı niyyətim,Yara kəsilməyə qurbana gəldim”.Qulammirzə MusayevŞair Qulammirzə günün birində,Doğulub dünyaya Təhlə elində.Coşqun təbli olub bu Qulammirzə,Şeirlər gül açıb onun dilində.“Xudaya, adilsən, adil hökümdar,Cümlə alimləri yaradan kişi.Tutmuşam damənin, sən əlac eylə,Çıxart bu könlümü qaradan, kişi.Yaratdın dünyanı etdin bərqərar,Bəxş etdin külli –kainata var.Səndən mürvət çoxdur, ya Pərvərdiyar,Qoy Mirzə qalmasın sıradan, kişi”.Dünyamalı KərəmDünyamalı Kərəm tanış imzadı,Hamıya doğmadır bil onun adı.Minlərlə şeirlər, poema yazdı,Şeirsiz bir gün də, o yaşamadı.“Qədim, ulu yurdum, istərəm səni,Sıxıb qucaqlayam, bağrıma basam.“Borçalı” adlanan şaqraq nəğməni,Dinləyəm, ona mən hey qulaq asam.”Rəhman NəsiboğluRəhman Nəsiboğlu doğuldu şair,Bəxş etdi bizlərə yüzlərlə şeir.Borçalı mahalı, Göraxı eli,Öz şair oğluyla daim fəxr edir.“Qeysin məhəbbəti dastana döndü,Məcnun adı əzizləndi, sevildi.Aşiqi aşiqə çəkən könüldü,Ölüncə axtarar, durub dayanmaz!”Yusif YusifliDoğuldu, göz açdı Qaş Muğanlıda,Dünyaya arzuyla, murazla gəldi.O bahar müjdəli qaranquş kimi,Gül-çiçək fəslində o yazda gəldi.Ana yırğaladı nənni-beşiyin,Ata çəkdi hər an onun keşiyin.Madər bir oğluydu evin-eşiyin,Laylalar oxşadı, avazla gəldi.Doğmalar sevindi, qohum sevindi,Qonşular sevindi, yaxın sevindi.Aranı sevindi, dağı sevindi,Məclislər qürurdu O, sazla gəldi.Dedilər, ay Musa, oğul payındır,Parlaq Günəşindir, nurlu Ayındır.Şirin yuxusundan axır oyandı,O Günəş Ay oldu, ulduzla gəldi,Gəldi dünyamıza qopuzla gəldi.Həsən Sadıqlı Var Həsən Sadıqlı kəndidi Əyrəm,Şeirləri onun dərdlərə məlhəm.Müəllimlik edib, həm də şairdir,Şairtək tanıyır onu el-aləm.“Nə dünya qızılı, gümüşündə var,Nə sultan tacında tamahım mənim.Nə də ki, sevirəm şövkəti-şanı,Şeirdir, qələmdir pənahım mənim.”Bayram BalakişioğluBalakişioğlu dağlar oğludur,Canıyla, qanıyla yurda bağlıdır.Yazıb qoşma, təcnis, həm də gəraylı,Bir ömür sürübdür haylı-haraylı.O da Başkeçidin şair oğludur.“Ağıl varsa bir pozulmaz qalasan,Ağılla dünyanı yola salasan.Satılmır ki, sən bazardan alasan,Ağıllıya dünya dar olmaz, oğul!”Əli SəngərliFaxralı oğludur Əli Səngərli,Ömrü keşməkeşli, keçib Ləngərli.Sözü kəsərlidir, qələmi iti,Şeirlər yazıbdır Vətən hünərli.“Mən bir mərmi kimi qəlpələnmişəm,İqlimdən iqlimə səpələnmişəm.Oğuzam düzlərdə təpələnmişəm,Banu Çiçək nənəm, Qorqud babam var.Tariximin çox-çox qatı qalıbdı,Ulu əcdadımın zatı qalıbdı.Harda Dədəm Qorqud qopuz çalıbdı,Orda yurdum-yuvam, elim-obam var.Banu Çiçək nənəm, Qorqud babam var.”Bafat İbrahimovBafat İbrahimov özü Zalqadan,Ata ocağıdır Ərcivan-Sarvan.Sinəsi doludur sevir həyatı,Çox şeirlər yazıb, vallah, bu insan.“Vətən deyə səcdə qıldığım Sarvan,Sənin baharına, yazına qurban,Yox olsun başımdan o çiskin-duman,Çəkdiyin cəfaya, nazına qurban.İgid cavanların şirin avazlı,Sinəsi dastanlı, sədəfli sazlı.Nə çoxdur gözəlin işvəli, nazlı,Xınalı gəlninə, qızına qurban.”Ağabala AzəriHacı Ağabala şair Azəri,Vardı şairanə nurlu gözləri.Vəsf edib yurdunu, vətənini O,Yaşayır dillərdə dürlü sözləri.“Mən ki, yaranmadım kamalımdan kəm,Şan-şöhrət naminə çəkməmişəm qəm.Pirim, Peyğənbərim, Məkkəm, Mədinəm,Kəbə, nur məkanı anadır, ana.”Vahid KirəcliVahid Kirəcli var yurdun yazarı,Sinəsi cəvahir, gövhər bazarı.Onun da çox güclü şeirləri var,Vəsf edib ürəkdən doğma diyarı.“Atam Molla Hüseyn, əmim də Məcruh,Zatımdan deməyə sözüm var mənim.Babamdır ən məşhur Gəncəli Məmməd,Bax bu cür astarım, üzüm var mənim.Ata nənəm Dürrənin də atası,Qasım ağa deyil itib-batası.Dolanır dillərdə nəzm butası,O nurdan nurlanan gözüm var mənim.Vahidəm, a dostlar, itməyib zəndim,Xıramla Babakər arası həndim.Mahalım Borçalı, Kirəcli Kəndim,Molla Eyyub yurdunda közüm var mənim.”Xanım DarğallıMərhumə şairə Xanım Darğallı,Fitri istedadlı, dərya kamallı,Haqq-ədalət olub onun meyarı,Xalqa savad vermək olub amalı.“Qızıl Gürcüstanın bir guşəsidir,Gözümdə canlanır bu qoca Sarvan.Bol barlı-bəhrəli, yaşıl zəmili,Qızıl boxçasıdır bu qoca Sarvan.Ey Ulu Borçalım, ey qoca Sarvan!”Sirac VeysoğluSirac Veysoğlu çəkib əzabı,Dərdə-işgəncəyə olubdu tabı.Gah şairlik edib, gah da mollalıq,“Haqq kəlamı” adlı vardır kitabı.“Bir ömür bağının bağbanı olub,Min ömür bağını bəzər şairlər,Ürəklər şad edən, zər qələmiylə,Dövrünün vəsfini yazar şairlər....Siracam məftunam mən də, bu ada,Silinməz tarixdən qoca dünyada.Min ildə keçsə də, düşəcək yada,Nəsildən-nəsilə gəzər şairlər.”Zahid ƏləmpaşalıZahid Mirzəoğlu ƏləmpaşalıEli Qarayazı, kəndi Kosalı.Məşhurdur “İsaxan”, “Mahmud” dastanı.O, tərənnüm edib eli, mahalı.“Deynən o zamanlar kim olubdur, kim?Hər şeyi bilirsən, ey ali hakim.Əvvəl bismillahir, rəhmani-rəhim,Kəlməni başla sən belə, dastanım.Açıl varaq-varaq, çox dəhşətin var,Zahid fəhm edəcək, qoy oxusunlar.Fitnəkar iblislər, şərçi şeytanlar,Nə yaman işlədib, hiylə, dastanım.”Ələddin RövşənoğluƏrcivan-Sarvanlı şair Ələddin,Olduqca mülayyim, olduqca həlim.Şeirlər də yazıb, poemalar da,Şairlik olubdur qəlbinə hakim.“Borçalı deyilən ər oğlu, ərdi,Tarixə nəzər sal, dözümlü nərdi.İncidi, gövhərdir, qiymətli zərdir,Ona kəm baxanı biçib Borçalı!”Əlixan BinnətoğluArmudluda doğulubdu Əlixan,Mütəfəkkir, böyük şair, bu insan.Binnətoğlu təxəllüsü, imzası,Ona şöhrət, ona şərəf, ona şan.“Şairin ürəyi qəm dəryasıdır,Şairin gözündə yaş gilə-gilə.Dünyanı çiynində saxlaya bilən,Şairi məhv edər öz ağırlığı.Şairlər dünyanın söz AllahıdıŞairlər dünyanın qəm məzarlığı.”Əlləz ƏzizbəyliƏlləz Əzizbəyli şair, müəllim,34 il verib tərbiyə-təlim.Doğulub dünyaya O, Sadaxlıda,Borçalı olubdur könlünə hakim.“Nurani, pirani bir əhli-haldı,Dövlətdi, şöhrətdi, nə xoş cəlaldı.Dağı, torpağı da cənnət misaldı,Əzəldən yaranan nurdu Sadaxlı....Dar gündə dayaqdı haqq deyənlərə,Qeyrətdən ömürlük don geyənlərə.Əlləzəm, bənzərəm mən bir əsgərə,Ana yurdumuza ordu Sadaxlı.”VIII FƏSİL2016-cı il avqsut ayında Yusif müəllimlə görüşdüm və görüşdən aldığım xoş təəssüratları nəzmə çəkdim. Nəhayət görüşdük Qaş Muğanlıda,Sarılıb boynuma öpdü üzümdən,-Hardasan söylədi, gəlib-getmirsən?Hiss etdim sualı o an gözündən.Bu görüş qərq etdi onu sevincə,-Ay gəlin, çay gətir, gör kim gəlibdir?!Hətta gülümsəyib o incə-incə,-Hakim hüsuruna məhkum gəlibdir.Hüseyn də gəlib görüşdü mənlə,-Şair, qocalmısan saça dən düşüb.Ərklə qardaşyana öpüşdü mənlə,-Saçına o dənlər de, nədən düşüb?!Şair də insandı qocala bilər,Nə olsun, Hüseyn, saca dən düşüb.Şair də insandı öc ola bilər,Soruşma saçıma dən nədən düşüb.Əlləri üzündə qalan şairin,Fikrində, zikrində Vətən, millətdi.Əlləri üzündə qalan şairi,Düşündürən ancaq namus-qeyrətdi.Süfrəyə çay gəldi, çay içə-içə,Olub keçənlərdən danışdı Dədə.Mətləbdən mətləbə o keçə-keçə,Doyunca mənimlə danışdı Dədə.Sonra da otaqdan gətirdi kitab,-Halal zəhmətimdir, alım tərimdir.Burda çox suala vermişəm cavab,Söylədi bu kitab, bax, hünərimdi.Çalışdım həm gündüz, həm də ki, gecə,Möhtəşəm bir kitab, əsər yaratdım.Hətta səhhətimi almadım vecə,Tədqiqat apardım məqsədə çatdım.Qoy yaxşı tanısın gələcək nəsil,Borçalı elinin şairlərini.Hər şey orijinal, həqiqi, real,Tapdım arxivlərdən şeirlərini.Gəzdim oba-oba doğma mahalı,Köməklik eyləyən dostlar var olsun.Unutdum tamamən dərdi-məlalı,Hər elim, hər kəndim bəxtiyar olsun.Saralmış, kif atmış vərəqlər bir-bir,Dil açıb bizləri “oxu” deyirdi.Çatacaq hövsələn, çatacaq səbir,Gəlməsin gözünə yuxu deyirdi.Bizi yazan şəxslər ölüblər çoxdan,Yazıynan onlardan qalın bir kitab.Sən bizə həyat ver, var eylə yoxdan,Ümid tək sənədir eyləynən savab.Bizə toxunmayıb bir insan əli,Təkcə sən bizlərə toxundun Dədə.Yanmayıb halmıza bir insan qəlbi,Təkcə sən bizləri oxudun Dədə.Onlara can verdin sidqi ürəkdən,Köçürdüm dəftərə bu yazıları.Qorxmadım şaxtadan, nə də küləkdən,Çatdırdım bəşərə bu yazıları.Milli irsimizdir, sərvətimizdir,Niyə itib-batsın bu sərvət niyə?!Bu irs ki, varımız, dövlətimizdi,Niyə itib-batsın bu dövlət niyə?!Qaytarıb həyata mən vedim nicat,Haqqına qovuşdu 91 nəfər.Ruhların qəfəsdən eylədim azad,Yazdım böyük kitab, böyük bir əsər.İndi çox rahatam mən yer üzündə,Hər kəs hünərimə əhsən söyləyir.Daha da nurlanıb nurlu gözüm də,Hamı cansağlığı, ömür diləyir.Gözümdə qalmadı arzum, niyyətim,Xalqıma bu kitab əmanətimdir.Qazancım olubdur Xalqa xidmətim,Bu kitab həyatda şan-şöhrətimdir.Olmayıb heç kəsdən umacaqlarım,Olubdur köməyim Ulu Yaradan,Hələ qabaqdadır yazacaqlarım,Bu cür xəlq eyləyir məni Yaradan.Alışıb-yanırdı nurlu gözləri,Orda həyat eşqi aşıb-daşırdı.Valeh eyləmişdi məni sözləri,Xəyalım zirvəli dağlar aşırdı.Danışırdı Dədə hey şirin-şirin,Nöqtəsi, vergülü yerli-yerində.Sözləri mənalı dərindən dərin,Bilirdi sirrini göyün yerin də.Müdrik söhbətinə qulaq asmağın,Ləzzəti bəllidir, dadı bəllidir.Sözün hikmətinə qulas asmağın,Qiyməti bəllidir, adı bəllidir.Bu müdrik insanın arzu-amalı,Daha böyük əsər yazıb-yaratmaq.Var iti zəkası, ağlı-kamalı,Məqsədi, məramı arzuya çatmaq.Arzuna çatasan, ay Dədə Yusif,Sənin arzuların təmizdir, safdır.Daim ucalasan, ay Dədə Yusif,Ürəyin billurdu – sutək şəffafdır.Əməlin salehdir, niyyətin pakdır.IX FƏSİLMən İsa Sadiqi anmasam olmaz,Nakam taleyinə yanmasam olmaz!Məktəbli illərim düşdü yadıma,Mən də oxumuşam Qaş Muğanlıda.Əlaçı dedilər hər vaxt adıma,Oldum nümunəvi Qaş Muğanlıda.Şair İsa Sadiq deyirdi hərdən,İlyas da mənimtək şair olacaq.Qoy Allah qorusun onu nəzərdən,Sevilə-sevilə yadda qalacaq.Rəhmət, sənə rəhmət, ay İsa Sadiq,Sənin söylədiyin axır çin oldu.Mən oldum yurduma, elimə layiq,Yetişdim arzuya həm gün oldu.Sən yada düşəndə kövrəlirəm mən,Axır gözlərimdən yaş gilə-gilə.Nakam ömür sürdün, sən ey bəxti kəm,Canına qəsd etdin, eh, bilə-bilə.Mən də sənin kimi sevdim bir zaman,Bir ala gözlü də sındırdı məni.Dağ çəkdi sinəmə, aman, ay aman,Kibritlə od vurub yandırdı məni.Eh, bu məhəbətin cəfası çoxmuş,Mən də öz içimdə çəkirəm xiffət.Demə, gözəllərin vəfası yoxmuş,İndi o gözələ edirəm nifrət.Hissimlə oynadın desənə neyçün,Dad sənin əlindən, dad, ay məhəbbət.İndi faydası yox sən mənim üçün,Salsan da qəlbimə, od, ay məhəbbət.Quruca bir adsan, ad, ay məhəbbət. * * *Sən düz şairləri bir-bir sıraya,Sadiqi, ay İlyas, oralarda gəz.Şairdir şairtək haqqı var onun,Sən onu, şairim, sıralarda gəz. * * * Zamanın, dövrünün Müşfiqi idi,Müşfiqtək həyatda O, az yaşadı.Sevib-sevilməyə O, layiq idi.Bahar ömrü sürdü, O, yaz yaşadı. Batdı, yasa batdı, dostu-yoldaşı,Qara torpaq oldu onun sirdaşı.Borçalı axıtdı qanlı göz yaşı,Qısa ömür sürdü, çox az yaşadı.Budur əlimdədir şeir kitabı,Lirik şeirləri çalır rübabı, Hanı Aşıq Xındı, Əşrəf, Gülabı?Desinlər bir avaz, a saz, yaşadı, Bahar ömrü sürdü O, az yaşadı.EPİLOQXatırlayır şagirdlərin səni hər an,Əşrəf yazdı şərəfinə böyük dastan.Sən yaddaşa həkk olunmuş bir dahisən,Sən dühasan, “Tarix” yazan, ey qəhrəman.Elmira da “Dədə Yusif” dastanını,Nəzmə çəkdi yaşadığın hər anını.Unutmayır şagirdlərin ustadını,Dastan qoşub ucaldırlar hey adını.Sən layiqsən bu şərəfə inan Dədə,Bəxş edibdir səni bizə zaman Dədə.Sən uçaltdın Borçalıda maarifimi,Yazdın, Dədə, al qanınla “Tariximi”.Əziz dostun Dünyamalı Əhsən dedi,Borçalının ilk dahisi sənsən dedi.O da yazdı “Dədə Yusif” dastanını,Tanıtmaqçün el-obaya ad-sanını.Türkiyədən qonaq gəldi Şaban Xoca,Dedi sənsən Yusif müəllim, mənim xocam.Tariximə imza atdın, Oğuz oğlu,İstəyinə axır çatdın, Oğuz oğlu!Şeir yazıb 50-dən çox şair sənə,Hamısı da Dədə Yusif deyir sənə.Mən də yazdım şərəfinə dastan sənin,Çün sanıram bil ustadım, ustam səni.Sən layiqsən bu şərəfə, əziz insan,Vicdanı da özü kimi təmiz insan.Çünki Dədə, sən Dədələr Dədəsisən,Sən ölməzsən! Ölməz insan, əbədisən.Ruhən, qəlbən mən bağlıyam sənə Dədə,“Uğurlu yol” söyləmisən mənə Dədə!Böyük insan, əhsən, sənin hünərinə,Baş əyirəm Borçalımın mərd Ərinə.Yaşadacaq hər an səni Tarix, Zaman,Borçalımın müdrik oğlu, Dahi insan.Sən dahisən “Tarix” yazan, ey Qəhrəman. İlyas Əfəndi VƏFALI,29.08.2016 -17.09.2016Bakı şəhəri REDAKSİYADAN: İlyas Əfəndi Vəfalı - İlyas Məhəddin oğlu Əlizadə 1960-cı ildə füsunkar təbiəti olan Borçalı mahalının qədim Lecbəddin (Nəcməddin) kəndində anadan olub. Ali təhsilli inşaat mühəndisidir. Hazırda “Şərqin səsi” qəzetində çalışır. Gənc yaşlarından şeir yazmağa başlayıb. Şeirləri 1981-ci ildən "Gürcüstan", "Yeni Marneuli", "Səs", "Yurd", “Ziya”, “Təhsil”, “Şərqin səsi” və s. qəzetlərdə dərc olunub.2000-ci ildə "Səda" nəşriyyatında "Borçalı oğluyam" adlı lik kitabı, 2016-cı ildə "Borçalı" nəşriyyatında "Şəmsi, Xalid və Həcər dastanı" adı altında poeması və elə həmin il yenə də "Borçalı" nəşriyyatında "Şeiriyyətin yolçusuyam" adlı üçüncü kitabı işıqüzü görüb.«Borçalının Yusif zirvəsi» poeması şairin oxucularla dördüncü görüşüdür.Biz də müəllifə - dəyərli qələm dostumuz İlyas Əfəndi Vəfalıya və poemanın qəhrəmanı çox hörmətli el ağsaqqalı, tanınmış maarif xadimi Yusif Yusifliyə uzun ömür, möhkəm cansağlığı və yeni-yeni uğurlar arzulayırıq!..Dərin hörmətlə,Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.