Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib TƏBRİK EDİRİK!..

2022-ci il oktyabrın 25-də
Azərbaycan Milli Elmlər Akademiyasının
Ümumi yığıncağı keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri və Akademiyanın həqiqi və müxbir üzvləri iştirak ediblər.

İclası AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq tədbir iştirakçılarını salamlayıb, Ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Ümumi yığıncağın müzakirəsinə çıxarılan ilk məsələ Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnamə layihəsinin təsdiq edilməsi haqqında olub.

Məsələ ilə bağlı çıxış edən AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərman imzalayıb. Fərmanda elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsi məqsədilə mühüm struktur dəyişiklikləri yer alıb.

Akademikin sözlərinə görə, elm və təhsil sahəsində əsaslı struktur dəyişikliyi ilə əlaqədar olaraq, Fərmanın 8-ci bəndində Azərbaycan Milli Elmlər Akademiyasına Akademiyanın Ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnamənin üç ay müdddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi tapşırılıb. Fərmanın 8-ci bəndinin icrasının təmin edilməsi məqsədilə AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəylinin rəhbərliyi ilə Nizamnamənin layihəsi hazırlanaraq AMEA-nın Ümumi yığıncağına təqdim edilib.

Sonra AMEA-nın vitse-prezidenti, Nizamnamə Komissiyasının sədri, akademik İsa Həbibbəyli çıxış edərək AMEA-nın yeni Nizamnamə layihəsini təqdim edib. Bildirib ki, yeni Nizamnamə Akademiyanın işinin və elmi fəaliyyətin yenidən təşkili ilə əlaqədar məsələləri, elmi-təşkilati proseslərin tənzimlənməsi mexanizmlərini əks etdirir. Akademikin sözlərinə görə, 14 maddədən və 228 bənddən ibarət olan yeni Nizamnamə layihəsində Akademiyanın strukturu, vəzifələri və hüquqları, Akademiyanın Ümumi yığıncağının, Rəyasət Heyətinin, elmi bölmələrin, regional elmi mərkəzlərin, elmi müəssisələrin, elmi-xidmət müəssisələrinin fəaliyyət istiqamətləri müəyyən olunub, Akademiyaya seçkilərlə əlaqədar məsələlərə dair prosedurlar əhatə edilib.

Daha sonra açıq səsvermənin nəticələrinə əsasən, AMEA-nın yeni Nizamnamə layihəsi təsdiq edilib.
AMEA-nın Rəyasət Heyətinə Ümumi yığıncaqda qəbul edilmiş yeni Nizamnamə layihəsinin Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsinin təmin edilməsi tapşırılıb.

Tədbirdə akademik Arif Həşimov Ümumi yığıncağın gündəliyindəki növbəti məsələnin AMEA-nın prezidenti vəzifəsinə seçkinin keçirilməsi olduğunu bildirib. O, bu vəzifəyə akademik İsa Həbibbəylinin namizədliyini təklif edib.

AMEA prezidentliyinə namizədlə bağlı akademiklər Akif Əlizadə, İsmayıl Hacıyev, Zemfira Səfərova, Kamal Abdullayev və AMEA-nın müxbir üzvü Misir Mərdanov çıxış edərək akademik İsa Həbibbəylinin zəngin elmi-təşkilati fəaliyyəti, elm və təhsilin intreqrasiyası və inkişafı sahəsində bu günə qədər gördüyü işlər və şəxsi məziyyətləri barədə fikirlərini bildirib, onun namizədliyini dəstəkləyiblər.

Sonra AMEA-nın prezidenti vəzifəsinə gizli səsvermə yolu ilə seçki keçirilib.
Səsvermənin keçirilməsi üçün akademik Fəxrəddin Qədirovun sədrliyi, akademiklər – Nərgiz Axundova, Telman Əliyev, İsmayıl Hacıyev və Nazim Məmmədovun üzvlüyündən ibarət hesablayıcı komissiya yaradılıb.

Daha sonra akademik Fəxrəddin Qədirov səsvermənin nəticələrini açıqlayıb.

Səsvermənin nəticəsinə əsasən, akademik İsa Həbibbəyli yekdilliklə AMEA-nın yeni prezidenti seçilib.

Akademik İsa Həbibbəyli AMEA-nın prezidenti seçilib

P.S.:

Fəlsəfə doktorluğumda Elmi rəhbərim, elmlər doktorluğumda Elmi məsləhətçim olan dəyərli ziyalımız, mənim sevimli Ustadım, olduqca xeyirxah və sözün əsl mənasında gözəl insan, məşhur elm xadimi, görkəmli ədəbiyyatşünas alim, tanınmış ictimai xadim, Millət vəkili, akademik İsa Həbibbəylini Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti seçilməsi münasibətilə ürəkdən təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayıram!..

Müşfiq BORÇALI,
ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

"Zirvə"
AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keç ...

AMEA-nın Ümumi yığıncağı keçirilib: AMEA-nın həqiqi və müxbir üzvlüyünə keç ...

Elm
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib

"Zirvə"
AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin ümumi iclası keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-nın Biologiya və Tibb Elmləri  Bölməsinin Ümumi yığıncağı keçirilib

AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti büro iclası keçirilib

Elm, Humanitar elmlər
AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

AMEA-nın bir qrup əməkdaşına orden, medal və diplomlar təqdim edilib

"Zirvə"
AMEA-nın Ümumi yığıncağı keçirilib

AMEA-nın Ümumi yığıncağı keçirilib

Əsas xəbər, Humanitar elmlər, "Zirvə"
AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

AMEA nümayəndələri Qazaxıstan Respublikası Milli Elmlər Akademiyasının 70 i ...

Digər bölmələr, Orta Asiya
“Azərbaycanın elm məbədi”

“Azərbaycanın elm məbədi”

Elm, "Zirvə"
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
RƏYASƏT HEYƏTİNİN NÖVBƏTİ İCLASI KEÇİRİLİB

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

AMEA Rəyasət Heyətinin geniş iclasında Prezident İlham Əliyevin irəli sürdü ...

"Zirvə"
AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

AMEA-nın iki bölməsinin birgə iclası keçirilib

Əsas xəbər, "Zirvə"
AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

AMEA-nın prezidenti Monqolustanın ölkəmizdəki səfiri ilə görüşüb

Elm, Dünya
AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi  yığıncağı keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər, "Zirvə"
AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair   Fəal ...

AMEA-da bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsinə dair Fəal ...

Elm
AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

AMEA-nın Humanitar Elmlər Bölməsinin növbəti Büro iclası keçirilib

Humanitar elmlər
Rəy yazın: