Azərbaycan Respublikasının Təhsil naziri Əsas xəbər, Təhsil, Nazirlik 23 апреля 2018 TƏBRİK EDİRİK!..Ceyhun Əziz oğlu Bayramov - 1973-cü ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad İnstitutunu iqtisadçı ixtisası üzrə, Azərbaycan Universitetini isə hüquqşünaslıq ixtisası üzrə bitirib.1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib. 2013-cü il mayın 30-dan avqustun 12-dək Azərbaycan Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifəsində çalışıb.Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Təhsil nazirinin müavini təyin olunub.2017-ci ilin dekabrından Təhsil naziri vəzifəsini icra edib.Ceyhun Əziz oğlu Bayramov Azərbaycan Respublikasının Prezidenti İlham Əlievin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri təyin olunub.Evlidir, 2 övladı var.Biz də çox hörmətli Ceyhun Bayramovu ölkə başçısı tərəfindən Təhsil naziri təyin olunması münasibətilə ürəkdən təbrik edir və ona şərəfli fəaliyyətində yeni-yeni uğurlar arzulayırıq!..Ölkəmiz üçün, təhsilimiz üçün xeyirli-ugurlu olsun!..Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.