Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans

Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans Oktyabrın 3-də
AMEA-nın Əsas binasının
Dairəvi zalında
Botanika İnstitutunun
80 illik yubileyinə
həsr olunan
“Biomüxtəlifliyin mühafizəsinə innovativ yanaşmalar” mövzusunda beynəlxalq konfrans
öz işinə başlayıb.


Tədbirin təşkilatçıları AMEA-nın Botanika, Molekulyar Biologiya və Biotexnologiyalar institutları və Mərkəzi Nəbatat Bağıdır.

Tədbirdə Rusiya, Türkiyə, İngiltərə, Almaniya, Fransa, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Belarus kimi ölkələri təmsil edən 32 alim, dövlət rəsmiləri, Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri, AMEA və respublikanın ali təhsil müəssisələrinin alim və mütəxəssisləri, o cümlədən KİV nümayəndələri iştirak edirdilər.

AMEA-dan ZiM.Az-a bildiriblər ki, konfransın təşkilində əsas məqsəd respublikada botanika elminin tarixi inkişaf mərhələlərini nəzərdən keçirmək, müasir vəziyyəti qiymətləndirmək və biomüxtəlifliyin saxlanılmasında innovativ botaniki tədqiqatların rolunu müəyyənləşdirməkdir.

Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans AMEA-nın prezidenti, akademik Akif Əlizadə yubiley tədbirini giriş sözü ilə açaraq Botanika İnstitutunun fəaliyyət göstərdiyi illər ərzində Azərbaycan elminə verdiyi töhfələri yüksək qiymətləndirdi. Alim institutun kollektivini yubiley münasibətilə təbrik edərək, konfransın işinə uğurlar arzuladı.
Akademik A.Əlizadə bildirdi ki, ölkədə bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanınan bu müəssisənin 80 illik fəaliyyəti dövründə botaniklərimizin səyi nəticəsində floranın növ tərkibi müəyyən edilib, Azərbaycan və Qafqaz florası, eləcə də elm üçün onlarla yeni cins və 1000-ə qədər növ aşkarlanıb, respublikanın ayrı-ayrı botaniki-coğrafi rayonlarında çoxlu növ və cinsin yeni yayılma əraziləri müəyyən edilib.

Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfransAlimin sözlərinə görə, "Azərbaycanda flora biomüxtəlifliyinin öyrənilməsi, qorunub saxlanılma prinsipləri və yolları, səmərəli istifadəsi", o cümlədən mərhum akademik Cəlal Əliyev tərəfindən əsası qoyulan və onun yetirməsi akademik İradə Hüseynova tərəfindən davam etdirilən “Bioloj proseslərin və biotexnologiyaların molekulyar-genetik və fiziki-kimyəvi əsasları” institutun əsas elmi istiqamətlərini təşkil edir.

AMEA rəhbəri Botanika İnstitutunda “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərşivəsində kadr tərkibinin 35%-ni təşkil edən gənc mütəxəssislərin inkişafına xüsusi diqqət yetirildiyini diqqətə çatdırdı. Qeyd etdi ki, onlar beynəlxalq layihələr üzrə tədqiqat işlərinə cəlb olunaraq, yeni metodların, müasir yanaşmaların öyrənilməsi məqsədilə müxtəlif ölkələrdə beynəlxalq treyninq və seminarlarda fəal iştirak edir və xarici elm ocaqlarında təhsillərini davam etdirirlər.

Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans Sonra çıxış edən Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov elmi konfransda biomüxtəlifliyin mühafizəsinə yönəldilmiş müasir tədqiqatların nəticələrinin müzakirə ediləcəyini, innovativ yanaşmalardan istifadə yolu ilə onların fundamental və tətbiqi istiqamətlərdə inkişaf perspektivlərinin müəyyənləşdiriləcəyini nəzərə çatdırdı.
AMEA Botanika İnstitutunun Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəz kimi tanındığını diqqətə çatdıran akademik Ə.Əmiraslanov çoxillik fəaliyyəti dövründə respublika botaniklərinin səyi nəticəsində flora aləminin öyrənildiyini, bitkilərin növ tərkibinin müəyyən edildiyini qeyd etdi.
Ə.Əmiraslanovun sözlərinə görə, son illər Botanika İnstitutu beynəlxalq elm aləminə inteqrasiya etmiş, institutun alimləri tərəfindən müxtəlif beynəlxalq proqramlar üzrə birgə tədqiqatlar aparılmışdır. Həmçinin gənc mütəxəssislər dünyanın qabaqcıl universitetlərinə ezam olunaraq beynəlxalq səviyyəli tədbirlərdə iştirak etmişlər.
Alim çıxışının sonunda institutun kollektivinin bundan sonra da əzmlə çalışacağına və öz nailiyyətləri ilə bu elm ocağının zəngin tarixinə yeni, daha dəyərli səhifələr əlavə edəcəyinə əminliyini ifadə etdi.

Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans Botanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfransBotanika İnstitutunun 80 illik yubileyinə həsr olunan beynəlxalq konfrans Botanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Validə Əlizadə rəhbərlik etdiyi qurumun elmi istiqamətləri, beynəlxalq əlaqələri və burada aparılan tədqiqat işləri barədə məlumat verdi. Nəzərə çatdırdı ki, konfransda quru və su ekosistemləri biotasının strukturu, funksiyası və təkamülü məsələləri nəzərdən keçiriləcək, bitki populyasiyaları, növləri, assosiasiyalarının və ekosistemlərin mühafizəsi probleminin həlli yolları yerli ərazilər və böyük regionların nümunəsində göstəriləcəkdir. Həmçinin, bioloji müxtəlifliyin molekulyar-genetik tədqiqat metodları ayrıca nəzərdən keçiriləcək, yerli və qlobal səviyyədə baş verən təbii və antropogen amillərin təsiri altında populyasiyaların dinamikası məsələləri araşdırılacaqdır. Eyni zamanda, konfransın həsr edildiyi elmi problemlər sırasına təbii ehtiyatların mühafizəsi və səmərəli istifadəsi daxildir. Beynəlxalq tədbir fitomüxtəliflik sahəsində müasir tədqiqatların nəticələrinin müzakirəsi və innovativ yanaşmalardan istifadə yolu ilə onların fundamental və tətbiqi istiqamətlərdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır.

Tədbirdə Berlin Botanika Bağı və Botanika Muzeyinin direktoru, professor Thomas Borsch, Rusiya Elmlər Akademiyasının Botanika İnstitutunun direktoru, professor Dmitriy Geltman, Ankara Universitetinin professoru Filiz Ertunc və digərləri Botanika İnstitutunda aparılan tədqiqat işləri və əldə olunmuş nailiyyətlərlə bağlı fikirlərini bölüşdülər. Alimlər əlamətdar gün münasibətilə institutun əməkdaşlarını təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.

Sonra institutun inkişaf tarixini və fəaliyyətini əks etdirən film nümayiş etdirildi.

Qeyd edək ki, oktyabrın 4-dək davam edəcək konfrans işini “Botaniki tədqiqatların tarixi və müasir vəziyyəti”, “Botanika bağlarının biomüxtəlifliyin saxlanmasında rolu”, “Qlobal ekoloji dəyişikliklər aləmində bitkilər”, “Ərzaq və kənd təsərrüfatı üçün biomüxtəliflik” mövzularında bölmələrdə davam etdirəcək.

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
Hacettepe Universitetinin professoru AMEA Botanika İnstitutunun qonağı olub

Hacettepe Universitetinin professoru AMEA Botanika İnstitutunun qonağı olub

Elm, Biologiya və tibb elmləri
AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

AMEA Botanika İnstitutunun yeni direktoru kollektivə təqdim edilib

Biologiya və tibb elmləri
Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Akademik Cəlal Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə tədbir ...

Biologiya və tibb elmləri, UNUTSAQ, UNUDULARIQ!....
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun “Elmi Əsərləri” nəşr ...

Yeni nəşrlər, Biologiya və tibb elmləri
AMEA Botanika İnstitutu  İtaliya Tədqiqat Şurasının Davamlı Bitki Mühafizə  ...

AMEA Botanika İnstitutu İtaliya Tədqiqat Şurasının Davamlı Bitki Mühafizə ...

Biologiya və tibb elmləri
AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin növbəti cildi çapdan çıxıb

AMEA Botanika İnstitutunun Elmi Əsərlərinin növbəti cildi çapdan çıxıb

Yeni nəşrlər, Biologiya və tibb elmləri
Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti AMEA-nın Botanika İnsti ...

Yaponiyanın “Kosugi Zohen Co” şirkətinin prezidenti AMEA-nın Botanika İnsti ...

Biologiya və tibb elmləri
Botanika İnstitutunun doktorantı Almaniyada molekulyar sistematika üzrə təl ...

Botanika İnstitutunun doktorantı Almaniyada molekulyar sistematika üzrə təl ...

Biologiya və tibb elmləri
AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

AMEA Botanika İnstitutu beynəlxalq əməkdaşlıqları uğurla davam etdirir

Biologiya və tibb elmləri
“Qafqazın etnobotanikası” kitabı “Springer” nəşriyyatında çap edilib

“Qafqazın etnobotanikası” kitabı “Springer” nəşriyyatında çap edilib

Yeni nəşrlər, Biologiya və tibb elmləri, Dünya, Avropa
Botanika İnstitutunun əməkdaşları Volksvagen Fondunun toplantısında iştirak ...

Botanika İnstitutunun əməkdaşları Volksvagen Fondunun toplantısında iştirak ...

Biologiya və tibb elmləri, Tiflis
ZOOLOGİYA İNSTİTUTUNUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KON ...

ZOOLOGİYA İNSTİTUTUNUN 80 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ ELMİ KON ...

Elm, Biologiya və tibb elmləri
Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və Tibb Elmləri Bölməsinin Ümumi yığıncağı keçirilib

Biologiya və tibb elmləri
AMEA Botanika İnstitutunda innovativ layihələr həyata keçirilir

AMEA Botanika İnstitutunda innovativ layihələr həyata keçirilir

Elm, Biologiya və tibb elmləri, "Zirvə"
AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasına h ...

AMEA Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılmasına h ...

Biologiya və tibb elmləri
Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə pers ...

Xərçəng xəstəliklərinin müalicəsində polien antibiotiklərinin istifadə pers ...

Biologiya və tibb elmləri
“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” möv ...

“Müasir biologiya və aqrar elmlərdə innovasiyalar və qlobal çağırışlar” möv ...

Biologiya və tibb elmləri
Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya Problemləri üzrə Elmi Şuranın növbəti iclası keçirilib

Biologiya və tibb elmləri
Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Belarus Milli Elmlər Akademiyasının baş elmi katibi Molekulyar Biologiya və ...

Elm, Biologiya və tibb elmləri
Bağlarla dostluq. Azərbaycan botanikləri beynəlxalq kooperasiyanı genişlənd ...

Bağlarla dostluq. Azərbaycan botanikləri beynəlxalq kooperasiyanı genişlənd ...

Biologiya və tibb elmləri
Rəy yazın: