AMEA-nın İctimai Elmlər Bölməsində "Yeni elmi paradiqma - ahəngyol" mövzusunda seminar keçirilib İctimai elmlər, "Zirvə" 5 июля 2017 217-ci il iyulun 3-də AMEA-nın İctimai Elmlər Bölməsində "Yeni elmi paradiqma - ahəngyol" mövzusunda seminar keçirilib.AMEA-dan ZiM.Az-a bildirblər ki, tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək seminarın hazırda dünyada aktual və maraq doğuran sahəyə həsr olunduğunu bildirib.Sonra Fəlsəfə İnstitutunun əməkdaşı, professor Əhməd Qəşəmoğlunun məruzəsi dinlənilib. Alim məruzəsində qeyd edib ki, ahəngyol elmi şərq-qərb fəlsəfəsinin biri-birini tamamlayaraq tədqiqata cəlb olunması, dini kitabların fəlsəfi yöndən öyrənilməsi və sistemli yanaşma metodlarından, müasir qərb sosiologiyasından dərindən istifadə əsasında yaradılıb. Ahəngyolun harmoniyaya aparan yol mənasında işlədildiyini deyən məruzəçi bu fəlsəfi konsepsiyanın rasional və qeyri-rasional amillərin elmi araşdırmaya cəlb olunmasına imkan verdiyini bildirib.Ə.Qəşəmoğlu müasir elmin XIV əsrdən sonrakı qərb elminin rasional yanaşmaları əsasında formalaşdığını və onun ilk növbədə riyaziyyat elmində ciddi dəyişikliklər nəticəsində mükəmmələşə biləcəyini vurğulayıb. Alim konsepsiyanın elmi bazasının ümumi şərq və orta əsrlər islam fəlsəfəsi, dini kitablar, sistem nəzəriyyəsi, funksional-struktur nəzəriyyə və Qeyri-səlis məntiq kimi sahələrdən ibarət olduğunu diqqətə çatdırıb.O, dünyada istənilən bir sistemin əmələ gəlməsinin təkcə yer qanunlarına əsasən araşdırmağın xeyli məhdudiyyətlərə səbəb olduğunu deyib. Ə.Qəşəmoğlu ahəngyolun multikulturalizm, mədəniyyət, ekologiya, siyasət, idarəetmə, əhali artımı problemi, süni intellektin və robotların yaradılması, dinlərin, mədəniyyətlərin dialoqu və digər sahələrdə istifadə edilə biləcəyini bildirib.Alim ahəngyolun Azərbaycan elminin potensialını müasir elm aləminə təqdim etmək üçün böyük imkanlar yaradacağını vurğulayıb.Məruzə dinlənildikdən sonra mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.