İctimai Elmlər Bölməsi üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə edilib Elm » İctimai elmlər 21 февраля 2017 2017-ci il fevralın 20-də AMEA Rəyasət Heyətində İctimai Elmlər Bölməsinin (İEB) növbəti büro iclası keçirilib.AMEA-dan ZiM.Az-a bildiriblər ki, Bölmənin büro üzvlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan İEB-in akademik-katibi v.i.e., AMEA-nın müxbir üzvü Nərgiz Axundova gündəlikdəki məsələlər barədə məlumat verib.Sonra bölmənin elmi-tədqiqat müəssisələrində 2016-2017-ci tədris ili üçün fəlsəfə və elmlər doktorluğu hazırlığı üzrə doktorantura və dissertanturaya qəbulun nəticələri müzakirə olunub.N.Axundova dissertasiya mövzularının seçilməsi zamanı müvafiq elmi sahənin perspektiv inkişafı üçün əhəmiyyətli hesab edilən mövzulara üstünlük verilməsini tövsiyə etdi. Bildirdi ki, dissertasiya mövzuları müasir elmin qarşısında duran əsas tələb və vəzifələrə uyğun seçilməli, mühüm sosial-iqtisadi və mədəni-mənəvi əhəmiyyət kəsb etməlidir. Müzakirələrdən sonra qəbulun nəticələrinin təsdiqi və mövzuların Rəyasət Heyətinə təqdim olunması haqqında qərar qəbul edilib.Sonda bır sıra kadr məsələlərinə baxılıb.Müşfiq BORÇALI,ZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.