Ədəbiyyat İnstitutunda “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi: Əhməd Cavad və Akif Ərsoy” mövzusunda konfrans keçirilib

Ədəbiyyat İnstitutunda “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi: Əhməd Cavad və Akif Ərsoy” mövzusunda konfrans keçirilib Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Milli istiqlal şairləri Əhməd Cavad və Mehmet Akif Ərsoya həsr edilmiş “Türk şeirində milli istiqlalın möhtəşəm müqəddiməsi: Əhməd Cavad və Akif Ərsoy” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

Konfansı giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açıb. Qeyd edib ki, “Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi haqqında” 20 aprel 2022-ci il Sərəncamına uyğun olaraq ölkəmizdə və ölkəmizdən kənarda bu istiqamətdə geniş işlər aparılır. Bildiyimiz kimi, Əhməd Cavadın yaradıcılığı qardaş Türkiyə ilə də bağlıdır. Türkiyədə keçirilən tədbirlərlə yanaşı, Ankarada Əhməd Cavad parkı açılıb, geniş simpozium keçirilib. Əhməd Cavadın 130 illiyinin qeyd edilməsi birinci növbədə onun milli istiqlal uğrunda pardığı mübarizəyə və ədəbi irsinə dövlətimizin göstərdiyi qayğını, diqqəti ifadə edir. Həmin vətəndaş poeziyası ənənələrinin yeni nəslə çatdırılması üçün də bu Sərəncam bizə böyük imkanlar yaradır.
Əhməd Cavada həsr olunmuş bugünki konfarnsı qardaş Türkiyə Cümhuriyyətində milli istiqlal marşını yazmış Mehmet Akif Ərsoyla bərabər keçirmək haqqında qərar qəbul etdik. Türkiyə Cümhuriyyətində milli istiqlal marşını yazmış Mehmet Akif Ərsoyun yaradıcılığı və Azərbaycanın dövlət himnini yazmış Əhməd Cavadın yaradıcılığı həm qardaş Türkiyədə, həm Azərbaycanda milli istiqlal uğrunda aparılan mübarizənin ədəbiyyatdakı bədii əksinə dair paralellər aparmağa, ortaq məqamları üzrə çıxartmağa, ümumiləşdirmələr etməyə imkan yaradacaqdır.
Biz Ədəbiyyat İnstitutunda ayrıca bir Mehmet Akif Ərsoy Mərkəzi yaratmaq istəyirik. İnstitutumuzda fəaliyyət göstərən mərkəzlərin sırasına payızda Mehmet Akif Ərsoy Mərkəzini də əlavə etməyi nəzərdə tuturuq. Bu, bizim dostluğumuza, qardaşlığımıza, tək millət, iki dövlət strategiyasının daha da möhkəmlənməsinə töhfə verəcək”.
Sonra Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Məmməd Əliyev “Əhməd Cavad və Mehmet Akif Ərsoy yaradıcılığında milli istiqlal mövzusu”nda əhatəli məruzə edib.

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Gülnar Səma ZiM.Az-a bildirib ki, konfransda Burdur Mehmet Akif Ərsoy Universiteti. M.A.Ərsoy Universiteti Araşdırma Mərkəzinin müdiri professor Zəfər Gölən “Mehmet Akif Ərsoyun həyatı” mövzusunda çıxış edərək, mərkəzin fəaliyyəti haqqında da bilgi verib: “Bizim universitet 2006-cı ildə yaradılıb. Gənc universitet olsaq da, çox sürətlə inkişaf edirik. Otuz minə yaxın tələbəmiz və bir çox fakultəmiz vardır. İnşallah bundan sonra iş birliyimiz daha da inkişaf edəcək. M.A.Ərsoy Universiteti Araşdırma Mərkəzi də universitetlə bağlı olaraq yaradıldı. Bilirsiniz ki, Mehmet Akif Ərsoy Burdur millət vəkili seçilib. Həm də həyat yoldaşı da Burdurludur. Burada Mehmet Akif Ərsoyla bağlı bilgi və sənədləri toplayıb araşdırırıq. Bakıda da belə bir mərkəzin açılacağı bizi çox məmnun etdi və biz hər cür dəstəyi verməyə hazırıq. Bizim mərkəzdəki nadir nüsxələri sizlərlə də paylaşacağıq”.

Burdur Mehmet Akif Ərsoy Universiteti Türk dili və ədəbiyyatı kafedrasının müdiri, M.A.Ərsoy Universiteti Araşdırma Mərkəzi müdirinin müavini doç.dr. Canan Olpak Koç “Türk ədəbiyyatında M.A.Ərsoy” adlı məruzəsi ilə mövzu haqqında geniş çıxış edib.

Tədbirdə Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Bədirxan Əhmədov “Əhməd Cavad: yeni poetik yolun başlanğıcı”, filologiya elmləri doktorları Şahbaz Şamıoğlu “Əhməd Cavad poeziyasında milli-mənəvi dəyərlər və milli özünüdərk məsələsi”, Yaşar Qasımbəyli “Cümhuriyyət və azadlıq aşiqləri: Əhməd Cavad, Mehmet Akif Ərsoy və Əbdülhəmid Çolpan”, Xuraman Hümmətova “Əhməd Cavad və Mehmet Akif Ərsoy poeziyası azadlıq ideyaları müstəvisində”, Eşqanə Babayeva “Mehmet Akif Ərsoy və Azərbaycan ədəbiyyatı”, Əlizadə Əsgərli “Prezident Sərəncamının işığında Əhməd Cavad” və filologiya üzrə fəlsəfə doktoru Günay Qarayeva “Əhməd Cavad poeziyasında bədii simvollar” mövzusunda məruzə ediblər.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:
AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

AzTU-da Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Əsas xəbər, AzTU
AzTU-da Əhməd Cavadın yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib

AzTU-da Əhməd Cavadın yubileyinə həsr olunan elmi-praktik seminar keçirilib

AzTU
AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib

AMEA-nın şöbə müdiri Beynəlxalq Simpoziumunda iştirak edib

Elm, "Zirvə", Turan
Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Professor Vüqar Əhməd daha bir ölkənin akademiki seçilib

Humanitar elmlər, Turan
“Səməd Vurğun və ədəbi türk dünyası” adlı Respublika elmi konfransı keçiril ...

“Səməd Vurğun və ədəbi türk dünyası” adlı Respublika elmi konfransı keçiril ...

Humanitar elmlər
ƏHMƏD KABAKLI

ƏHMƏD KABAKLI

Turan
AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünya ...

AzTU-da “Türk dövlətlərinin müstəqilliklərinin 30-cu ildönümü və türk dünya ...

AzTU, Turan
Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Ədəbiyyat İnstitutunda Pərixanım Mikayılqızının kitablarının təqdimat-müzak ...

Humanitar elmlər
AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

AMEA-nın vitse prezidenti Türkiyədə Birinci Türkoloji Qurultayın 90 illiyin ...

"Zirvə", Turan
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

Azərbaycan, Elm, "Zirvə"
Vüqar Əhməd şöbə müdiri təyin olunub

Vüqar Əhməd şöbə müdiri təyin olunub

Humanitar elmlər, Təbriklər
“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

“Müasir türkoloji tədqiqatlar: problem və perspektivlər” mövzusunda beynəlx ...

Elm, "Zirvə"
ƏHMƏD BƏY AĞAOĞLUNUN HAQQI BƏRPA OLUNSUN ! - MÜRACİƏT

ƏHMƏD BƏY AĞAOĞLUNUN HAQQI BƏRPA OLUNSUN ! - MÜRACİƏT

Turan
“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

“Əlişir Nəvai və Azərbaycan ədəbiyyatı” mövzusunda beynəlxalq elmi konfrans

Humanitar elmlər, "Zirvə", Turan, Orta Asiya
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçirilib

"Zirvə"
VÜQAR ƏHMƏD

VÜQAR ƏHMƏD "İLİN ALİMİ" OLDU

Təbriklər
Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Ceyhun Hacıbəylinin “Seçilmiş əsərləri”-nin təqdimat mərasimi keçiriləcək

Yeni nəşrlər, Humanitar elmlər, Elanlar
AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

AMEA-nın professoru Salidə Şərifova Rusiya Təbiət Elmləri Akademiyasının hə ...

Humanitar elmlər
Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Çingiz Aytmatova həsr olunmuş monoqrafiya çap olunub

Yeni nəşrlər
Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Ədəbiyyat İnstitutunda “Yunus Əmrə Zirvəsi” mövzusunda konfrans keçirilib

Humanitar elmlər, Turan
Rəy yazın: