“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri" mövzusunda respublika elmi konfransı keçirilib

“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri" mövzusunda respublika elmi konfransı keçirilib“İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri" mövzusunda respublika elmi konfransı keçirilib 2019-cu il noyabrın 29-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “İmadəddin Nəsiminin poetik dili və Azərbaycan ədəbi dilinin tarixi məsələləri" mövzusunda respublika elmi konfransı keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktoru, akademik Möhsün Nağısoylu açaraq Prezident İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin “Nəsimi ili” elan edilməsini böyük mütəfəkkirin yaradıcılığına verilən yüksək dəyər və ehtiramın göstəricisi olduğunu bildirib. Diqqətə çatdırıb ki, şairin yubileyi münasibətilə respublikamızda və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilir.

Dahi mütəfəkkirin zəngin ədəbi irsi, Azərbaycan ədəbiyyatında mövqeyi barədə məlumat verən direktor bildirib ki, lirik şair olan Nəsimi mürəkkəb yaradıcılıq yolu keçib. Vurğulayıb ki, Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar məhz ulu öndər Heydər Əliyev tərəfindən atılıb. Ümummilli liderin təşəbbüsü ilə dahi mütəfəkkirinin 600 illiyi UNESCO-nun görkəmli şəxsiyyətlərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq səviyyədə qeyd edilib. Həmin dövrdən etibarən Nəsiminin yaradıcılığı ilə bağlı çoxsaylı araşdırmalar aparılıb.

Daha sonra Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli mütəfəkkir şairin yaradıcılığındakı ideyalardan danışıb, ədibin irsinin geniş şəkildə öyrənilməsinin vacibliyini qeyd edib. Bildirib ki, İmadəddin Nəsimi Azərbaycan dilinin saflığı, milli zəmində inkişafı və təşəkkülü uğrunda ardıcıl, mütəşəkkil şəkildə mübarizə aparan böyük cəsarət sahibi idi. Dahi şairin yaradıcılığında mədəni müxtəliflik, humanist ideyalar geniş şəkildə təşviq olunub.

Konfransda “Azərbaycan yazılı ədəbi dilinin başlanğıc mərhələsində İmadəddin Nəsimi fenomeni”, “Nəsimi əlyazmaları dünya kitabxanalarında”, “Nəsimi yaradıcılığında söz konsepti”, “Nəsimi dilinin bəzi poetik-üslubi xüsusiyyətləri”“İmadəddin Nəsiminin söz həqiqəti” mövzularında məruzələr dinlənilib, müzakirələr aparılıb.

ZiM.Az

.
Muəllif huquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mutləqdir.
Oxşar xəbərlər:

"İmadəddin Nəsimi dili və üslubu"

Yeni nəşrlər, Humanitar elmlər
Akademik Möhsün Nağısoylunun yeni kitabı çıxıb

Akademik Möhsün Nağısoylunun yeni kitabı çıxıb

Yeni nəşrlər, Humanitar elmlər
AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik  ...

AzTU-da dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik ...

AzTU
“Cahana sığmayan Düha”

“Cahana sığmayan Düha”

Məktəblər
İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

İmadəddin Nəsiminin iki əlyazma divanının surəti əldə edilib

Humanitar elmlər
“Nəsimi ili”nə daha bir töhfə

“Nəsimi ili”nə daha bir töhfə

Yeni nəşrlər, Humanitar elmlər
“Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alq ...

“Nəsimi dünyası” adlı ustad Nəsimiyə həsr olunmuş gecə böyük maraqla və alq ...

Mədəniyyət
AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

AMEA-da İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü qeyd olunub

"Zirvə", Mədəd Çobanov
AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

AMEA Nəsimi adına Dilçilik İnstitutunda 20 Yanvar faciəsinin 28-ci ildönümü ...

Humanitar elmlər
AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

AMEA-da “M.P.Vaqif və Azərbaycan dili” mövzusunda elmi sessiya keçirilib

Humanitar elmlər
Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Azərbaycan şairi Nizami Gəncəvinin 875 illik yubileyinə həsr edilən elmi ko ...

Elm, Humanitar elmlər, "Zirvə"
“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

“Azərbaycan dilçiliyinin aktual problemləri” mövzusunda respublika elmi kon ...

Humanitar elmlər
Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar Elmlər Bölməsinin Ümumi yığıncağı keçirilib

Humanitar elmlər
Hacettepe Universitetində görüş

Hacettepe Universitetində görüş

Humanitar elmlər, Turan
“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

“Milli dəyərlər və istiqlal uğrunda mübarizələr” mövzusunda respublika konf ...

Azərbaycan, Elm, "Zirvə"
Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Dilçilik İnstitutunun elmi hesabatı dinlənilib

Humanitar elmlər
“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

“Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda konfra ...

Humanitar elmlər, Mədəniyyət
AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

AMEA-da Beynəlxalq Ana Dili Gününə həsr olunan tədbir keçirilib

Humanitar elmlər
AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

AMEA-da professor Qəzənfər Kazımovun 80 illik yubileyi qeyd olunub

Humanitar elmlər
Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda təd ...

Nəsimi adına Dilçilik İnstitutunda “Saytların dil mənzərəsi” mövzusunda təd ...

Humanitar elmlər, MEDİA
Rəy yazın: