Ağarəhim Rəhimov - 70 Humanitar elmlər, Təbriklər 22 октября 2018 TƏBRİK EDİRİK!..Həyatda elə insanlar var ki, Ulu Tanrının verdiyi ömür payını yalnız özü üçün deyil, cəmiyyətə fayda vermək üçün yaşayır. Onlar yaşadıqları bir ömür boyu faydalı işlər görürlər. Həqiqətdir ki, ictiamiyyət arasında tanınmaq, nüfuz qazanmaq, hörmət sahibi olmaq, xalqın maariflənməsinə nail olmaq hər adama nəsib deyil. Bunun üçün gərək böyük zəhmətə qatlaşasan. Belə insanlardan biri də professor Ağarəhim Rəhimovdur.Taleyin böyük lütfləri var. Bu lütflərdən biri də budur ki, sən öz müəllimin haqqında yazasan. Mən Ağarəhim Rəhimovu ilk dəfə Bakı Qızlar Universitetində görmüşməm. Həqiqət və ədalətin daşıyıcısı olduğunu universitetdə müəllim olduğum illərdə şahid olmuşam. Həmişə düşünmüşəm ki, bu universitetdə nə yaxşı ki, Ağarəhim Rəhimov var. Bütün həyatını öyrənməyə, öyrətməyə həsr edən Ağarəhim müəllimin bu kimi nəcib əməlləri onun ömür səhifəsini rövnəqləşdirir.A.Rəhimov təhsilə yüksək qiymət verməyi bacaran şəxsiyyətdir. O, Hacı Zeynalabdin Tağıyev ənənəsini davam etdirmiş Bakı Qızlar Universitetini açdırmışdır. Ağarəhim müəllim inanırdı ki, təhsilli qız təhsilli ana olacaq, övladlarına daha geniş imkanlar yaradacaq və onları gələcək həyata daha yaxşı hazırlaya biləcək. Hesab edirəm ki, Bakı Qızlar Universitetini yaratmaq, onu yaşatmaq Ağarəhim Rəhimovun bacarığıdır.Ağarəhim Rəhimov elm adamıdır. O, bir pedaqoq alim olaraq fəaliyyət göstərdiyi tədqiqat sahəsinin əsl bilicisidir. Alimin əsas tədqiqat obyekti “Ana dili tədrisinin aktual problemləri”nə həsr olunub. Ali pedaqoji məktəblərin pedaqoji fakültələri üçün "Ana dilinin tədrisi metodikası" dərslikləri, "Azərbaycan dilindən sintaksisin tədrisinin nəzəri və praktiki əsasları" və "İbtidai siniflərdə oxu təlimi", “Azərbaycan dili dərslərində şagirdlərdə monoloji nitqin inkişafı”, “Şagirdlərin obrazlı nitqinin inkişafı” monoqrafiyaları çap olunub.A.Rəhimovun elm və təhsil təşkilatçısı olaraq xidmətləri böyükdür. O, tək yaradıcılığı ilə yox, bütün tərcümeyi-halı ilə 70 yaşa yaxındır. Onun qələmində ədəbiyyat heç vaxt donuq deyil. “Əsgər anası”, “Məhəbbət və cinayət”, “Uçurum və qəzab”, “Qızıl əllər” və s. əsərlərində yazıçı kimi öz sözünü deyib. O, sözə dəyər verən insandır.Bu əsərlərin oxucusu dərk edir ki, insanın həyatında baş verən ən təsadüfi epizod belə əslində təsadüf deyil; yuxu da, xəyal da, mif də bəzən yaşananların, bəzən isə yaşanmaq arzusunun əksi, aynasıdır.Ağarəhim müəllimin 70 yaşı tamam olur. O bir yazıçı, alim kimi xalqımız üçün dəyərlidir.Bu yaşın elmə, sənətə, ədəbiyyata faydası böyükdür. Arzu edirəm ki, bundan sonra da Azərbaycan oxucusu Ağarəhim Rəhimovla üzbəsurət təmasda olsun.Ağarəhim müəllimi təbrik edir, ona cansağlığı, yeni-yeni uğurlar arzulayıram! Həyat və yaradıcılığı həmişə səliqəli-sahmanlı, məhsuldar və xoşovqatlı olsun!..Təranə ŞükürlüFilologiya üzrə fəlsəfə doktoru, dosentZiM.Az. Muəllif huquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mutləqdir.